Haydar Aliyev Uluslararası Kültür Merkezi KKTC

Haydar Aliyev Uluslararası Kültür Merkezi KKTC Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Haydar Aliyev Uluslararası Kültür Merkezi KKTC, Cultural Center, Manolya sokak 1A, Lapithos.

Azərbaycan–Kipr Dostluq Cəmiyyəti Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Tufan Erhürman ilə rəsmi görüş keçirib. Az...
22/01/2026

Azərbaycan–Kipr Dostluq Cəmiyyəti Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Tufan Erhürman ilə rəsmi görüş keçirib.

Azərbaycan–Kipr Dostluq Cəmiyyətinin sədri, Kipr Heydər Əliyev adına Beynəlxalq Mədəniyyət Mərkəzinin direktoru Orxan Həsənoğlu cəmiyyətin idarə heyətinin bir qrup üzvü ilə birlikdə Şimali Kipr Türk Cümhuriyyətinin Prezidentini Prezident iqamətgahında ziyarət edib.

Görüş zamanı Orxan Həsənoğlu Prezident Tufan Erhürmanı yeni vəzifəsinin icrasına başlaması münasibətilə təbrik edib, 2012-ci ildən fəaliyyət göstərən *Azərbaycan–Kipr Dostluq Cəmiyyəti*nin gördüyü işlər, həyata keçirdiyi layihələr və qarşıdakı dövr üçün nəzərdə tutulan planlar barədə ətraflı məlumat verib.

Qeyd olunub ki, hazırda Şimali Kipr Türk Cümhuriyyətində iki minə yaxın azərbaycanlı yaşayır. Onların arasında tələbələrlə yanaşı, ali təhsil müəssisələrində çalışan elm adamları və mütəxəssislər də var. Bildirilib ki, 300-dən artıq azərbaycanlı bu ölkədə rəsmi qaydada sığortalı şəkildə çalışır və müxtəlif sahələrdə idarəedici vəzifələrdə fəaliyyət göstərən soydaşlarımız iki qardaş ölkə arasında əlaqələrin inkişafına mühüm töhfə verirlər.

Orxan Həsənoğlu Azərbaycan–Kipr Dostluq Cəmiyyətinin mədəniyyət, təhsil, ticarət və universitetlərarası əlaqələrin genişləndirilməsi istiqamətində fəaliyyətini ardıcıl şəkildə davam etdirdiyini vurğulayıb. O, Prezident Tufan Erhürmanın gələcəkdə Azərbaycana rəsmi səfərinin təşkil olunması üçün müvafiq səylərin göstəriləcəyini də qeyd edib.

Prezident Tufan Erhürman Azərbaycan–Kipr Dostluq Cəmiyyətinin rəhbərliyinə və idarə heyətinə ziyarətə görə minnətdarlığını bildirib, Azərbaycan Respublikası ilə münasibətlərin daha da inkişaf etdirilməsində maraqlı olduqlarını vurğulayıb. O qeyd edib ki, qardaş Azərbaycanla əlaqələrin dərinləşdirilməsi Şimali Kipr Türk Cümhuriyyəti üçün xüsusi əhəmiyyət daşıyır və yaxın gələcəkdə Azərbaycan da daxil olmaqla bir sıra ölkələrdə Kipr Mədəniyyət Günlərinin keçirilməsi planlaşdırılır.

Prezident həmçinin Şimali Kipr Türk Cümhuriyyətində yaşayan azərbaycanlıların daim diqqət mərkəzində olduğunu və gələcəkdə birgə layihələrin həyata keçirilməsinin nəzərdə tutulduğunu bildirib.

Görüşdə Azərbaycan–Kipr Dostluq Cəmiyyətinin idarə heyətinin üzvləri, Şimali Kipr Türk Cümhuriyyətində fəaliyyət göstərən professor Rəcəb Rəcəbov, doktor Bəxdiyar Məmmədov və doktor Rəşad Məmmədov da çıxış edərək, elmi, mədəni və ictimai əməkdaşlığın genişləndirilməsi ilə bağlı fikirlərini bölüşüblər.

Can Azərbaycanın Gürcüstandakı səfiri, dəyərli insan və gözəl dost, hörmətli Faiq Quliyev ilə səfirlikdə görüş keçirdik....
17/01/2026

Can Azərbaycanın Gürcüstandakı səfiri, dəyərli insan və gözəl dost, hörmətli Faiq Quliyev ilə səfirlikdə görüş keçirdik. Tbilisi Dövlət Universitetində (İvane Cavaxişvili adına) Azərbaycan Səfirliyinin dəstəyi ilə fəaliyyət göstərən Heydər Əliyev Auditoriyasında təşkil etdiyimiz tədbirə verdiyi dəstəyə görə ona dərin minnətdarlığımızı bildirdik. Mərkəzin rəhbəri Leyla Emrahova ilə birlikdə gələcək planlar barədə məsləhətləşmələr apardıq.

Azərbaycanın 🇦🇿 və Gürcüstanın 🇬🇪 bayraqları altında, Azərbaycanın Gürcüstandakı Səfirliyinin dəstəyi ilə Tbilisi Dövlət...
17/01/2026

Azərbaycanın 🇦🇿 və Gürcüstanın 🇬🇪 bayraqları altında, Azərbaycanın Gürcüstandakı Səfirliyinin dəstəyi ilə Tbilisi Dövlət Universitetində (İvane Cavaxişvili adına) Heydər Əliyev Auditoriyasında gənclərimizlə çox yadda qalan bir görüş keçirdik. Görüş mərkəzin rəhbəri Leyla Əmrahova təşkilatçılığı ilə baş tutdu.
Bu görüşdə tanıdığım gənclər savadlı, zəkalı, milli dəyərlərə bağlı və gələcəyin əsl liderləri idi. Onların sualları, dünyagörüşləri və baxış bucaqları gələcəyimizə olan ümidimi daha da gücləndirdi.
Təşkilatçılara və görüşdə iştirak edən bütün gənclərimizə təşəkkür edirəm. 🇦🇿🤝🇬🇪

24/12/2025
Bu gün, Azərbaycan xalqının qəlbində dərin iz qoymuş, Azərbaycan Respublikasının dövlətçiliyinin inkişafında müstəsna ro...
12/12/2025

Bu gün, Azərbaycan xalqının qəlbində dərin iz qoymuş, Azərbaycan Respublikasının dövlətçiliyinin inkişafında müstəsna rol oynamış, milli maraqlarımızın qorunmasında misilsiz xidmətləri olan Ulu Öndər Heydər Əliyevin vəfatından 22 il ötür.

Onun müdrik siyasəti, uzaqgörənliyi və xalqına sonsuz bağlılığı Azərbaycanın inkişaf tarixində silinməz iz qoymuşdur.

Ulu Öndərin əziz xatirəsini dərin hörmət və böyük ehtiramla yad edirik.

Allah rəhmət eləsin!

Turan Balabilge Akademisi — Türk Dünyasının Ortak Ruhuna Açılan KapıBugün Bakü’de yalnız bir Akademi açılmadı; Türk düny...
05/12/2025

Turan Balabilge Akademisi — Türk Dünyasının Ortak Ruhuna Açılan Kapı

Bugün Bakü’de yalnız bir Akademi açılmadı; Türk dünyasının uzun zamandır qurduğu maarif hayali bir addım daha gerçekleşti.
Kurucu üyeleründen biri olmaktan gurur duyduğum bu Akademi, bizi birleştiren dilin, ruhun ve ideallerin modern bir yansımasıdır.

Bu yolda emek veren değerli başkanımız Şəmil Sadıqov ve tüm kurucu ekib arkadaşlarımıza içten teşekkür ediyorum.
Onların inancı sayesinde Turan’ın geleceğine uzanan ışıklı bir yol daha açıldı.

Turan Balabilge Akademisi, gelecek nesiller için ortak bir bilik yuvası, Türk xalqları üçün ise birlik ve ümidin simgesi olacaktır.

Yolumuz aydın, niyetimiz xeyirli olsun.

22 noyabr tarixində can Azərbaycanımızın paytaxtı Bakıda — Azerbaycan–Kıbrıs Dostluq Cəmiyyəti, Beynəlxalq Final Univers...
25/11/2025

22 noyabr tarixində can Azərbaycanımızın paytaxtı Bakıda — Azerbaycan–Kıbrıs Dostluq Cəmiyyəti, Beynəlxalq Final Universiteti, Green Start Academy və Global Career Institute olaraq mühüm bir tədbirə ev sahibliyi etməyin qürurunu yaşadıq. Pandemiya dövründə məcburi fasilə verdiyimiz beynəlxalq seminarlarımıza yenidən başlamaq bizim üçün xüsusi əhəmiyyət daşıyır.

Artıq çox sayda ziyalımız ödənişsiz olaraq bu tədbirlərimizə qatılacaq və beynəlxalq sertifikatlar əldə edəcəklər. Seminar çərçivəsində bizi yalnız buraxmayan Azərbaycan Parlamentinin dəyərli millət vəkilləri Vüqar İsgəndərov və Ceyhun Məmmədova səmimi təşəkkürümüzü bildiririk.

Bu seminar üçün ölkəmizə gələn Beynəlxalq Final Universitetinin Fakültə Dekanı Prof. Dr. Ece Müezzin və Psixologiya kafedrasının müəllimi Zeydan Baycana da xüsusi minnətdarlığımı bildirirəm. Onların dəyərli elmi bilikləri və peşəkar təqdimatları seminarın yüksək səviyyədə keçməsinə böyük töhfə verdi.

Xüsusilə böyük əməyi və dəstəyi üçün əziz dostumuz Aysel Resulzade, eləcə də seminarın keçirilməsi üçün bizə tam təmənnasız şəkildə məkan təqdim edən Odlar Yurdu Universitetinin rəhbərliyinə, xüsusən də dəyərli millətvekilimiz Samir Vəliyevə təşəkkür etməyi özümüzə borc bilirik.

Azerbaycan-Kıbrıs Parlamentolar Arası Dostluk Grubu Başkanı Sn. Cavanşir Feyziyev ve beraberindeki milletvekillerimizle ...
16/11/2025

Azerbaycan-Kıbrıs Parlamentolar Arası Dostluk Grubu Başkanı Sn. Cavanşir Feyziyev ve beraberindeki milletvekillerimizle birlikte KKTC Cumhurbaşkanı Sn. Tufan Erhürman’ı ziyaret ettik.

Kardeş Kuzey Kıbrıs Türk Cumhuriyeti’nin kuruluşunun 42. yılı etkinliklerine, KKTC Cumhuriyet Meclisi Başkanı Sayın Ziya...
14/11/2025

Kardeş Kuzey Kıbrıs Türk Cumhuriyeti’nin kuruluşunun 42. yılı etkinliklerine, KKTC Cumhuriyet Meclisi Başkanı Sayın Ziya Öztürkler’in daveti üzerine; Azerbaycan–Kıbrıs Parlamentolar Arası Dostluk Grubu Başkanımız Sayın Cavanşir Feyziyev ile Azerbaycan Parlamentosu Milletvekilleri Sayın Azer Allahverenov ve Sayın Elçin Mirzebeyli ile birlikte katılmaktayız.

Bugün, Kuzey Kıbrıs Türk Cumhuriyeti’nde yeniden tarihi bir güne tanıklık ediyoruz.Azerbaycan Parlamentosu – KKTC Dostlu...
14/11/2025

Bugün, Kuzey Kıbrıs Türk Cumhuriyeti’nde yeniden tarihi bir güne tanıklık ediyoruz.
Azerbaycan Parlamentosu – KKTC Dostluk Grubu Başkanı Sayın Cavanşir Feyziyev ve beraberindeki değerli milletvekilleri adamıza teşrif ediyorlar.

KKTC’nin kuruluşunun 42. yıl dönümü münasebetiyle düzenlenecek bayram etkinliklerinin yanı sıra bir dizi resmî temas ve görüşme programımız bulunmaktadır.

Kuzey Kıbrıs Türk Cumhuriyeti Cumhurbaşkanlığı Mavi Salonunda Manas Forumu’nun Açılış Törenini başladı. Sayın Zeki Akçam...
06/11/2025

Kuzey Kıbrıs Türk Cumhuriyeti Cumhurbaşkanlığı Mavi Salonunda Manas Forumu’nun Açılış Törenini başladı. Sayın Zeki Akçam hocam açılış konuşmasını yapıyor.

Antalya'da düzenlenen Azerbaycan Kültür Elçileri Forumu kapsamında, yurtdışındaki Azerbaycan Kültür Merkezleri ile Azerb...
05/11/2025

Antalya'da düzenlenen Azerbaycan Kültür Elçileri Forumu kapsamında, yurtdışındaki Azerbaycan Kültür Merkezleri ile Azerbaycan Evleri'nin iş birliği, Azerbaycan Evlerinin tanıtımı ve faaliyetleri hakkında toplantı gerçekleştirildi.

Etkinliğe Azerbaycan Cumhuriyeti Kültür Bakanı Adil Kerimli, Diaspora ile Çalışma Devlet Komitesi Başkanı Fuad Muradov, çeşitli ülkelerde faaliyet gösteren Azerbaycan Evleri ve Azerbaycan Kültür Merkezleri başkanları ve medya temsilcileri katıldı.
Etkinlikte, Azerbaycan Evleri'nin faaliyetleri hakkında videolar gösterildi ve merkezlerin kültürümüzü, dilimizi ve milli kimliğimizi korumak için yürüttükleri projeler hakkında detaylı bilgi verildi.
Etkinlik kapsamında, Azerbaycan Evleri ve Azerbaycan Kültür Merkezleri arasında gelecekteki iş birliği yönleri, kültürel diplomasi ve diaspora faaliyetleri alanında karşılıklı girişimlerin güçlendirilmesi konuları da ele alındı.

Address

Manolya Sokak 1A
Lapithos

Opening Hours

Monday 08:30 - 19:30

Telephone

+905469996060

Alerts

Be the first to know and let us send you an email when Haydar Aliyev Uluslararası Kültür Merkezi KKTC posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share