26/05/2026
Zaqatalada 28 May- Müstəqillik Gününə həsr olunmuş silsilə tədbirlər təşkil olunub
26.05.2026-cı il tarixində Zaqatala Tarix- Diyarşünaslıq Muzeyində Zaqatala Dövlət Rəsm Qalereyası və Zaqatala Tarix- Mədəniyyət Qoruğu ilə birgə "Müstəqil Azərbaycan" adlı tədbir keçirilib. Tədbirdə Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının milli dövlətçilik tarixində mühüm və dönüş yaradan mərhələ olduğunu vurğulayıb. 1918-ci ildə Şərqdə ilk demokratik respublikanın yaradılması xalqımızın azadlıq iradəsinin və dövlətçilik ənənələrinin parlaq təzahürüdür.Tədbir iştirakçıları Muzeyin Azərbaycan Xalq Cümhuriyyəti dövrünü əks etdirən fotosərgiyə baxış keçiriblər.