Ağdaş rayon Heydər Əliyev Mərkəzi

  • Home
  • Ağdaş rayon Heydər Əliyev Mərkəzi

Ağdaş rayon Heydər Əliyev Mərkəzi Ağdaş rayon Heydər Əliyev Mərkəzinin rəsmi facebook səhifəsinə xoş gəlmisiniz

Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilibİyunun 11-də Ağdaş rayon Heydər Əliyev Mərkəzinin və Gənclər İnkişaf ...
15/06/2026

Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib

İyunun 11-də Ağdaş rayon Heydər Əliyev Mərkəzinin və Gənclər İnkişaf və Karyera Mərkəzinin Ağdaş bölməsinin birgə təşkilatçılığı ilə 15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə iştirakçılara Azərbaycan xalqının taleyində mühüm yer tutan Milli Qurtuluş Gününün tarixi əhəmiyyəti haqqında ətraflı məlumat verilib. Bildirilib ki, Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı ölkəmizin müstəqilliyinin qorunması, dövlətçiliyin möhkəmləndirilməsi və sabitliyin bərqərar olunmasında mühüm rol oynayıb.

Çıxış edənlər 15 İyun tarixinin Azərbaycan tarixində dönüş nöqtəsi olduğunu vurğulayaraq, Ümummilli Lider Heydər Əliyevin ölkəmizin inkişafı naminə həyata keçirdiyi uğurlu siyasətdən bəhs ediblər. Tədbir iştirakçıları Milli Qurtuluş Gününün xalqımız üçün daşıdığı əhəmiyyət barədə fikir mübadiləsi aparıblar.

Ağdaş rayon Heydər Əliyev Mərkəzində “Müasir müstəqil Azərbaycan – Ulu Öndərin siyasi mirası” sənədli filminin nümayişi ...
11/06/2026

Ağdaş rayon Heydər Əliyev Mərkəzində “Müasir müstəqil Azərbaycan – Ulu Öndərin siyasi mirası” sənədli filminin nümayişi keçirilib.

Film zamanı iştirakçılar Ümummilli Lider Heydər Əliyevin həyatı, fəaliyyəti və Azərbaycan dövlətinin inkişafı naminə gördüyü işlər haqqında məlumat əldə ediblər.

Filmdə Heydər Əliyevin ölkəmizin müstəqilliyinin qorunması, dövlətimizin güclənməsi və xalqımızın rifahı üçün həyata keçirdiyi mühüm işlər əks olunub.

Nümayişdən sonra Ulu Öndərin zəngin irsinin öyrənilməsinin vacibliyi qeyd olunub, onun ideyalarının bu gün də Azərbaycanın inkişafına xidmət etdiyi vurğulanıb.

5-10 İyun tarixlərində Ağdaş rayon Heydər Əliyev Mərkəzində ekskursiyalar baş tutub. Ekskursiyalarda  məktəblilər iştira...
11/06/2026

5-10 İyun tarixlərində Ağdaş rayon Heydər Əliyev Mərkəzində ekskursiyalar baş tutub. Ekskursiyalarda məktəblilər iştirak ediblər. Mərkəzin əməkdaşları qonaqları Ümummilli Lider Heydər Əliyevin həyatı və siyasi fəaliyyəti əks olunan ekspozisiya zalı ilə tanış ediblər.

İyunun 8-də Ağdaş rayon Heydər Əliyev Mərkəzinin əməkdaşları tərəfindən şəhər 9 nömrəli məktəbdə “Heydər Əliyev və Təhsi...
10/06/2026

İyunun 8-də Ağdaş rayon Heydər Əliyev Mərkəzinin əməkdaşları tərəfindən şəhər 9 nömrəli məktəbdə “Heydər Əliyev və Təhsil” mövzusunda mühazirə təşkil olunub.

Mühazirədə Ümummilli Lider Heydər Əliyevin təhsilin inkişafına göstərdiyi diqqət və qayğıdan bəhs edilib. Bildirilib ki, Ulu Öndər gənclərin savadlı, bilikli və vətənpərvər yetişməsini ölkənin gələcəyi üçün vacib hesab edirdi.

Şagirdlərə Heydər Əliyevin təhsil sahəsində həyata keçirdiyi tədbirlər, gənclərin elmə və biliyə marağının artırılması istiqamətində gördüyü işlər haqqında məlumat verilib. Qeyd olunub ki, hər bir şagirdin yaxşı təhsil alması gələcək uğurların əsasını təşkil edir.

Sonda mövzu ətrafında fikir mübadiləsi aparılıb, şagirdləri maraqlandıran suallar cavablandırılıb.

Ağdaş rayon Heydər Əliyev Mərkəzində Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən “İz” sənədli filminin n...
08/06/2026

Ağdaş rayon Heydər Əliyev Mərkəzində Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən “İz” sənədli filminin nümayişi təşkil olunub.

Film nümayişi zamanı iştirakçılar Ümummilli Lider Heydər Əliyevin keçdiyi şərəfli ömür yolu, Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi istiqamətində gördüyü mühüm işlər, xalqımız və dövlətimiz qarşısındakı misilsiz xidmətləri haqqında ətraflı məlumat əldə ediblər.

Filmdə Ulu Öndərin siyasi fəaliyyəti, uzaqgörən rəhbərliyi, Azərbaycanın inkişafı naminə həyata keçirdiyi mühüm layihələr əks olunub.

Nümayişdən sonra Heydər Əliyevin zəngin siyasi irsinin öyrənilməsinin əhəmiyyəti vurğulanıb, onun ideyalarının bu gün də ölkəmizin inkişafına xidmət etdiyi qeyd edilib.

Gənclər üçün "Erkən nikaha yox deyək" mövzusunda maarifləndirici tədbir keçirilibİyunun 5-də Ağdaş Heydər Əliyev Mərkəzi...
08/06/2026

Gənclər üçün "Erkən nikaha yox deyək" mövzusunda maarifləndirici tədbir keçirilib

İyunun 5-də Ağdaş Heydər Əliyev Mərkəzinin, Ağdaş rayon Qeydiyyat Şöbəsinin, Ağdaş rayonu üzrə Gənclər və İdman Sektorunun, Gənclər İnkişaf və Karyera Mərkəzinin Ağdaş bölməsinin birgə təşkilatçılığı ilə gənclər arasında mühüm əhəmiyyət kəsb edən "Erkən nikaha yox deyək" mövzusunda tədbir baş tutub.

​Dövrümüzün ən ağrılı bəlalarından və aktual problemlərindən biri olan erkən nikahların fəsadlarına həsr olunmuş görüşdə 9-11-ci sinif şagirdləri iştirak ediblər. Tədbir zamanı çıxış edən natiqlər erkən yaşda qurulan nikahların gənclərin gələcəyinə, təhsilinə və sağlamlığına vurduğu zərərlərdən bəhs edib, hüquqi və mənəvi aspektləri şagirdlərin diqqətinə çatdırıblar.

​Məqsədimiz — sağlam düşüncəli, təhsilli və parlaq gələcəyi olan bir nəsil formalaşdırmaqdır!

İyunun 4-də Ağdaş rayon Heydər Əliyev Mərkəzinin əməkdaşları tərəfindən şəhər 9 nömrəli məktəbdə “Heydər Əliyev və Vətən...
08/06/2026

İyunun 4-də Ağdaş rayon Heydər Əliyev Mərkəzinin əməkdaşları tərəfindən şəhər 9 nömrəli məktəbdə “Heydər Əliyev və Vətən sevgisi” mövzusunda mühazirə təşkil olunub.

Mühazirədə şagirdlərə Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyəti haqqında sadə və anlaşıqlı məlumat verilib. Bildirilib ki, Heydər Əliyev Azərbaycanı çox sevib, ölkəmizin inkişafı və xalqımızın rifahı naminə mühüm işlər görüb.

Şagirdlərlə Vətənə sevgi, dövlət rəmzlərinə hörmət və milli-mənəvi dəyərlərimizin qorunmasının əhəmiyyəti barədə söhbət aparılıb. Onlara yaxşı təhsil almağın, vətənini sevməyin və faydalı vətəndaş olmağın vacibliyi izah edilib.

Sonda şagirdlərin sualları cavablandırılıb və mövzu ətrafında fikir mübadiləsi aparılıb.

İyunun 4-də Ağdaş rayon Heydər Əliyev Mərkəzinin əməkdaşları tərəfindən P. Babayev adına 7 nömrəli məktəbdə “Heydər Əliy...
08/06/2026

İyunun 4-də Ağdaş rayon Heydər Əliyev Mərkəzinin əməkdaşları tərəfindən P. Babayev adına 7 nömrəli məktəbdə “Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusunda mühazirə təşkil olunub.

Mühazirədə Ümummilli Lider Heydər Əliyevin Azərbaycan gəncliyinə göstərdiyi diqqət və qayğıdan, onların təhsilinin, intellektual inkişafının və vətənpərvər ruhda yetişdirilməsinin vacibliyindən bəhs edilib. Bildirilib ki, Ulu Öndər gəncləri ölkənin gələcəyi hesab edir və onların hərtərəfli formalaşmasına xüsusi önəm verirdi.

Şagirdlərə Heydər Əliyevin gənclər siyasətinin əsas istiqamətləri, milli-mənəvi dəyərlərə bağlı, savadlı və vətənini sevən gənclərin yetişdirilməsi sahəsində həyata keçirdiyi tədbirlər haqqında məlumat verilib.

Sonda mövzu ətrafında şagirdlərlə fikir mübadiləsi aparılıb, onları maraqlandıran suallar cavablandırılıb.

1-4 May tarixlərində Ağdaş rayon Heydər Əliyev Mərkəzində ekskursiyalar baş tutub. Ekskursiyalarda  məktəblilər iştirak ...
08/06/2026

1-4 May tarixlərində Ağdaş rayon Heydər Əliyev Mərkəzində ekskursiyalar baş tutub. Ekskursiyalarda məktəblilər iştirak ediblər. Mərkəzin əməkdaşları qonaqları Ümummilli Lider Heydər Əliyevin həyatı və siyasi fəaliyyəti əks olunan ekspozisiya zalı ilə tanış ediblər.

Address


Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00
Saturday 09:00 - 18:00

Telephone

+994515575766

Alerts

Be the first to know and let us send you an email when Ağdaş rayon Heydər Əliyev Mərkəzi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Establishment

Send a message to Ağdaş rayon Heydər Əliyev Mərkəzi:

  • Want your establishment to be the top-listed Arts & Entertainment?

Share