Qax Dovlet Kukla Teatrı

Qax Dovlet Kukla Teatrı Qax Dovlet Kukla Teatrı

Teatr 1971-ci ildə Əməkdar Mədəniyyət işçisi İsako Zeynalaşvili tərəfindən dərnək olaraq yaradılıb. İsako Zeynalaşvili 1973-cü ildə hərbi xidmətini başa vurduqdan sonra yenidən teatrda fəaliyyətinə başlayıb. "Xalq Kukla teatrı" adlanan teatr, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1992-ci il 14 aprel tarixli 214 nömrəli qərarına əsəsən "Qax Dövlət Kukla teatrı" statusu alıb.

01/08/2026

1 avqust 2026-cı il tarixdə teatrımız "Qax Günləri" sərgisinin 2-ci günündə də öz fəallığı ilə seçildi.

Teatrımız Qax Günləri sərgisində.👍
01/08/2026

Teatrımız Qax Günləri sərgisində.👍

20.07.2026-cı il tarixdə Qax Dövlət Kukla Teatrının 2025-2026-cı il mövsümünün yekun iclası keçirildi. İclasda mövsüm ər...
25/07/2026

20.07.2026-cı il tarixdə Qax Dövlət Kukla Teatrının 2025-2026-cı il mövsümünün yekun iclası keçirildi. İclasda mövsüm ərzində keçirilən tamaşalar, yaradıcı işlər, qastrollar səfərlər və teatrın uğurları barədə müzakirələr aparıldı.
Sonda mövsüm ərzində fərqlənən yaradıcı və texniki heyət üzvləri diplomlarla təltif olundu.
Tamaşalarda ən çox rol aldığına görə dram artisti Elnarə Raziyeva Fəxri diplomla, kukla hazırlayan butafor-dekorçu Zümrüd Əminova Fəxri diplomla, 65 illik yubiley münasibətilə və mədəniyyət sahəsində uğurlu fəaliyyətinə görə dram artisti Rahib Məmmədov diplomla və teatrın Menecer-Marketinq üzrə mütəxəssisi Cavidan İsaqlı Azərbaycan Milli Mətbuatının 151 illiyi münasibətilə Azərbaycan Teatr Xadimləri İttifaqının Bakı şəhərində keçirilən tədbirində, teatr sənətinin təbliğ olunmasında uğurlu fəaliyyətinə görə Fəxri fərmanla təltif olundu.

20 iyul 2026-cı il tarixdə Qax Dövlət Kukla Teatrının aktyoru Rahib Məmmədovun 65 yaşı tamam olur.Gənc yaşlarından uzun ...
20/07/2026

20 iyul 2026-cı il tarixdə Qax Dövlət Kukla Teatrının aktyoru Rahib Məmmədovun 65 yaşı tamam olur.
Gənc yaşlarından uzun müddət mədəniyyət sahəsində uğurlu fəaliyyəti ilə tanınmış istedadlı aktyor Rahib Məmmədov bu gün də teatrda böyük məsuliyyətlə çalışır.
O 1992-ci ildə Qax Dövlət Kukla Teatrının ilk direktoru vəzifəsində çalışmış, həmin illərdə baş rejissor, bədii rəhbər, aktyor və 15 tamaşanın quruluşçu rejissoru olmuşdur.
Hal-hazırda Qax Dövlət Kukla Teatrında aktyor vəzifəsində çalışır.
Biz də Teatr kollektivi adından bir daha Rahib Məmmədovu təbrik edirik. Ona sağlıqlı uzun ömür, yaradıcılığında yeni-yeni uğurlar arzulayırıq.

14 iyul 2026-cı il tarixdə Qax Dövlət Kukla Teatrında Aleksandr Veselovun "Günəş və qar adamlar" tamaşasının premyerası ...
16/07/2026

14 iyul 2026-cı il tarixdə Qax Dövlət Kukla Teatrında Aleksandr Veselovun "Günəş və qar adamlar" tamaşasının premyerası baş tutdu.
Tədbirə rayon ictimaiyyətinin nümayəndələri, o cümlədən Şəki Dövlət Dram Teatrının direktoru Mirbala Səlimli və İlya Çavçavadze adına Qax Dövlet Dram Teatrının direktoru Zita Xəlilova dəvətli idilər.
Tədbirin sonunda gələn qonaqlar tamaşa haqqında öz müsbət fikirlərini bölüşdülər.

11 iyul 2026-cı il tarixdə Qax Dövlət Kukla Teatrı Əzizə Əhmədovanın "Necə boz ayı, aldı ev payı" tamaşası ilə balacalar...
11/07/2026

11 iyul 2026-cı il tarixdə Qax Dövlət Kukla Teatrı Əzizə Əhmədovanın "Necə boz ayı, aldı ev payı" tamaşası ilə balacaları sevindirdi.

14 iyun saat 11:00-daBilet qiyməti 2 azn.
11/06/2026

14 iyun saat 11:00-da
Bilet qiyməti 2 azn.

01.06.2026-ci il tarixdə Qax Dövlət Kukla Teatrı balacaları 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi günü münasibətilə Elçi...
01/06/2026

01.06.2026-ci il tarixdə Qax Dövlət Kukla Teatrı balacaları 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi günü münasibətilə Elçin Məhərrəmin "Günəşin dostları" tamaşası ilə sevindirdi.

25.05.2026-cı il tarixdə Lənkəran Dövlət Dram Teatrı  Fridrix Şillerin "Məkr və Məhəbbət" tamaşası ilə Qax Dövlət Kukla ...
29/05/2026

25.05.2026-cı il tarixdə Lənkəran Dövlət Dram Teatrı Fridrix Şillerin "Məkr və Məhəbbət" tamaşası ilə Qax Dövlət Kukla Teatrının qonağı oldu.
Tamaşanın quruluşçu rejissoru Azərbaycan və Kalmıkiya Respublikalarının əməkdar incəsənət xadimi Bəhram Osmanov, quruluşçu rəssamı Fuad Babazadə və musiqi tərtibatçısı Vüqar Fərəcovdur.

29/05/2026

25.05.2026-cı il tarixdə Lənkəran Dövlət Dram Teatrı Fridrix Şillerin "Məkr və Məhəbbət" tamaşası ilə Qax Dövlət Kukla Teatrının qonağı oldu.
Tamaşanın quruluşçu rejissoru Azərbaycan və Kalmıkiya Respublikalarının əməkdar incəsənət xadimi Bəhram Osmanov, quruluşçu rəssamı Fuad Babazadə və musiqi tərtibatçısı Vüqar Fərəcovdur.

Address

28 May Küçəsi 28
Qax
034

Opening Hours

Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 17:00
Sunday 09:00 - 13:00

Website

Alerts

Be the first to know and let us send you an email when Qax Dovlet Kukla Teatrı posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Establishment

Send a message to Qax Dovlet Kukla Teatrı:

Shortcuts

Share

Category