19/03/2026
“Humans of Lahij” silsiləsindən - Azadə Əlicəfər oğlu Manafov 1928-ci il martın 8-də İsmayıllı rayonunun Lahıc qəsəbəsində anadan olub. Gözləri görmürdü. Özünün dediyinə görə, keçmişdə anası kor dəvəyə güldükdən sonra doğulan uşaqları “toyuq korluğu” xəstəliyi ilə dünyaya gəlib.
Azadə baba gümrah və sağlam idi. 50 ildən artıq yəhərçiliklə məşğul olub, atlar üçün müxtəlif məmulatlar hazırlayıb. Onun üçün gözlər barmaqları idi - hər şeyi barmaqları ilə hiss edir, tanıyır və seçirdi. Gözləri görməsə də, həyat eşqi onu bu sənətə bağlamış və yaşamağa güc vermişdi.
Azadə babanın 8 övladı olub - 3-ü oğlan, 5-i qız. Təəssüf ki, övladlarından 4-nü gənc yaşlarında itirib. 18 nəvəsi, 19 nəticəsi var. Nəvələrini çox sevirdi və onlar daim onun yanında olurdular.
2007-ci ildə həyat yoldaşını itirdikdən sonra tək qalsa da, nəvələrinin nəfəsi və sevgisi ona yaşamaq üçün ilham verirdi. Azadə usta illər əvvəl vəfat edib. Onun xatirəsi və sənəti bu gün də Lahıcın ruhunda yaşayır.
******
“Humans of Lahij” series
Azadeh Alijafar oglu Manafov was born on March 8, 1928, in the Lahij settlement of the Ismayilli district. He was blind. According to his own account, after his mother once laughed at a blind camel, her children were born with a condition known as “night blindness.”
Grandpa Azadeh was energetic and resilient. For more than 50 years, he worked as a saddler, crafting various items for horses. His fingers were his eyes - he felt, recognized, and selected everything through touch. Although he could not see, his love for life bound him to his craft and gave him the strength to carry on.
He had eight children - three sons and five daughters. Sadly, he lost four of them at a young age. He had 18 grandchildren and 19 great-grandchildren. He loved them deeply, and they were always by his side.
After losing his wife in 2007, he lived alone, but the presence and love of his grandchildren continued to inspire him. Master Azadeh passed away years ago, yet his memory and craftsmanship still live on in the spirit of Lahij.