Soyuqbulaq kənd Folklor Evi

Soyuqbulaq kənd Folklor Evi Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Soyuqbulaq kənd Folklor Evi, Cultural Center, Kedabek.

Bakı Enerji HəftəsiAzərbaycanın enerji siyasətinin mühüm tərkib hissəsindən biri də hər il keçirilən Bakı Enerji Həftəsi...
06/06/2024

Bakı Enerji Həftəsi
Azərbaycanın enerji siyasətinin mühüm tərkib hissəsindən biri də hər il keçirilən Bakı Enerji Həftəsidir. Bu platforma şərait yaradır ki, dünyada enerji sənayesi ilə məşğul olan təşkilatlar, onların lider və nümayəndələri bir araya gəlsin, enerji təhlükəsizliyi, enerji istehsalı və digər vacib məsələləri müzakirə etsinlər. Uzun illərin təcrübəsi göstərir ki, Bakı Enerji Həftəsi yeni əməkdaşlıqlar, təcrübə mübadilələri, gələcək perspektivlərin müəyyən edilməsi baxımdan olduqca faydalıdır.
İyunun 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakı Ekspo Mərkəzində Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 29-cu Beynəlxalq Xəzər Neft və Qaz - “Caspian Oil&Gas” və 12-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji - “Caspian Power” sərgilərinin rəsmi açılış mərasimində iştirak edib.
Cənab İlham Əliyev çıxışında Xəzər Neft və Qaz Sərgisinin otuz il bundan əvvəl 1994-cü ildə fəaliyyətə başlayaraq, Azərbaycanın enerji sektoruna birbaşa xarici investisiyaların cəlb edilməsində mühüm rol oynadığını qeyd etmişdir və bildirmişdir ki, o vaxtdan bəri bu tədbir miqyasını daha da genişləndirərək enerji siyasətinin bütün əsas seqmentlərini - neft, qaz, kəşfiyyat və hasilat, emal və nəqliyyatı və əlbəttə ki, yaşıl enerjini əhatə etdiyinə görə hazırda onun adı Bakı Enerji Həftəsidir. Otuz il bundan əvvəlki Azərbaycan başqa idi. Müstəqillik yolunda ilk addımlarını atırdı. O illər çətinliklər, çağırışlar və faciəvi hadisələrlə dolu olan bir dövr idi. 1991-ci ilin oktyabrında müstəqilliyimizin bərpası qonşu Ermənistanın təcavüzü və torpaqlarımızın demək olar ki, iyirmi faizinin işğalı ilə müşayiət olundu. 1993-cü ilin vətəndaş müharibəsi ölkəni uçuruma aparırdı. Azərbaycan müstəqilliyini itirmək təhlükəsini yaşadı. Ümummilli Lider Heydər Əliyevin 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı ölkəmizin həyatında dönüş nöqtəsi oldu.
Bir neçə ay sonra 1994-cü il 20 sentyabr tarixində Ulu Öndər Heydər Əliyevin səyləri nəticəsində “Əsrin müqaviləsi” imzalandı. Bu saziş Azərbaycanın iqtisadi və siyasi müstəqilliyini təmin etdi, ölkəmizə inamı artırdı, etibarlı tərəfdaş kimi tanınmasında və nüfuz qazanmasında əhəmiyyətli rol oynadı. Dövlət başçısı İlham Əliyev bu mühüm məqamı xüsusi qeyd etdi ki, bu gün 4 iyun tarixi, sadəcə, iyirmi il bundan əvvəl neft və qaz sərgisində “Şahdəniz” müqaviləsinin imzalanması ilə yadda qalmayacaq. Bu gün, həmçinin qardaş BƏƏ-dən olan “Masdar” şirkəti tərəfindən inşa ediləcək üç günəş və külək enerjisi elektrik stansiyalarının təməlqoyma mərasiminin keçirilməsi ilə də yadda qalacaq. Bu, Azərbaycanın və onun beynəlxalq tərəfdaşlarının qazıntı yanacağından bərpaolunan enerji resurslarına transformasiyasını nümayiş etdirir və qazıntı yanacağının uzun illər ərzində təkcə bizim üçün yox, həm də tərəfdaşlarımız üçün mühüm əhəmiyyət kəsb edəcəyini bildirir.
Azərbaycan tarixən neft ölkəsi kimi tanınır: “İllər keçdikcə qaz, elektrik enerjisi ixracatçısına çevrildi. “Şahdəniz” Azərbaycanda qaz qıtlığına son qoydu. Çünki ondan əvvəl təbii qazı idxal, indi isə ixrac edirik. İxrac imkanlarımız artır. Cənab İlham Əliyev bu statistik rəqəmi açıqladı ki, bu il 24 milyard kubmetrdən artıq olacaq. Səkkiz ölkə Azərbaycandan qaz alır və Azərbaycan qaz təchizatında etibarlı tərəfdaş olduğunu bir çox ölkələrə sübut etdi. Avropa Komissiyası Azərbaycanı ümum-Avropa qaz təchizatçısı adlandırır. Çünki Azərbaycandan təbii qaz alan səkkiz ölkədən altısı Avropa ölkəsidir. Qaz təchizatımızın coğrafiyası genişlənir.”
Dövlət başçısı İlham Əliyevin Bakı Enerji Həftəsinin açılış mərasimindəki çıxışında səsləndirdiyi “Bizim sözümüz imzamız qədər dəyərlidir” çağırışı özündə bütün məqamları ehtiva edir: “Belə ki, son 30 il ərzində imzalanmış bütün müqavilələr tam şəkildə icra olunub. Cənab İlham Əliyev qeyd etdi ki, onların hamısı parlament tərəfindən ratifikasiya olunub və qanun şəklində imzalanıb. Orada bir söz belə dəyişilməyib. Bu etibar onilliklər ərzində qazanılıb. Bunun nəticəsidir ki, bu gün bərpaolunan enerji sahəsində növbəti sürətli inkişafın şahidiyik. Qarabağ və Şərqi Zəngəzurda hidroelektrik stansiyalarla bağlı görülən işlər əlavə edilsə, 2027-ci ilədək 2 qiqavat həcmində bərpaolunan enerjinin əldə edilməsi tamamilə real hədəfdir. Bu, sadəcə, başlanğıcdır.”
Bakı Enerji Həftəsinin hər zaman yeni ideyalar, təmaslar, müqavilələr ilə nəticələnirdi. Bu dəfəki tədbirdə də mühüm nəticələr əldə ediləcək. Bu il Azərbaycanın neft tarixində yeni dövrün əsasını qoymuş “Əsrin müqaviləsi”nin imzalanmasından 30 il keçir. Vaxtilə “Şahdəniz” layihəsi böyük enerji strategiyasının əsasını qoyduğu kimi, 4 iyun 2024-cü ildə əsası qoyulan layihələr də bərpaolunan enerji sahəsində yeni eranın başlanğıcı olacaq.
Azərbaycan maksimal dərəcədə məsuliyyət nümayiş etdirməyə və eyni zamanda, beynəlxalq ictimaiyyətin müxtəlif komponentləri arasında körpülər qurmağa çalışır. COP29 çərçivəsində maliyyə məsələləri ilə yanaşı, əldə edə biləcəyimiz ən böyük nəticə qarşılıqlı ittihamlara son qoyulması olacaqdır.

Ölkələr malik olduqları təbii sərvətlərə görə mühakimə olunmamalıdırlarAzərbaycan Respublikasının Prezidenti İlham Əliye...
27/05/2024

Ölkələr malik olduqları təbii sərvətlərə görə mühakimə olunmamalıdırlar
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 26-da Almaniyanın paytaxtı Berlində keçirilən “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirakı zamanı “Euronews” telekanalına müsahibə verib.
Prezident İlham Əliyev müsahibədə bir sıra önəmli məqamlara diqqət çəkib. Qarabağ problemini kökündən həll edən Azərbaycan hazırda dünyanın ən sabit ölkələrindən biridir. Bunun nəticəsidir ki, Azərbaycana intensiv şəkildə xarici dövlət rəhbərlərinin, şirkət nümayəndələrinin səfərləri olur, birgə müqavilələr imzalanır, gələcəyə hesablanan layihələrin əsası qoyulur. Eyni zamanda Azərbaycan daha böyük tədbirlərə ev sahibliyi etməyə hazırlaşır. Onlardan biri də yaxın gələcəkdə baş tutacaq olan COP29-dur.
Cənab Prezident qarşıda bizi gözləyən tədbir barədə suallara aydınlıq gətirib. Bir növ təminatlı təhlükəsizlik barəsində danışıb və COP29 zamanı Azərbaycanda bütün tərəflərin özlərini rahat hiss etdiyi bir mühit yaradılacağını elan edib.
Yuxarıda da qeyd etdiyimiz kimi sülhün tərəfdarı olan Azərbaycan digər dövlətlərlə balanslı siyasət aparır. Bunun nəticəsidir ki, Azərbaycana qarşı məkrli addımlar nəticəsiz qalır, bizi oyunlara çəkmək istəyənlər heç bir şey əldə etmirlər.
Ölkəmizin Qoşulmama Hərəkatında körpü rolunu oynamaqda böyük təcrübəsi var. Azərbaycan Hərəkata dörd il sədrlik etdi. 120 üzv ölkə ilə həqiqətən də böyük tərəqqiyə nail olduq.
Prezidentin müsahibəsində Avropa İttifaqı ilə bağlı münasibətlərə də toxunub. Ölkə Prezidenti bildirib ki, Azərbaycan Avropa İttifaqına üzv olan ölkələrlə fəal işləyir. Üzv ölkələrin doqquzu ilə strateji tərəfdaşlıq haqqında Bəyannamə imzalamış və qəbul edilmişdir.
Cop29 zamanı nələrin baş verəcəyindən danışan ölkə başçısı bir sıra önəmli anonslar da verib. Prezident qeyd edib ki, Azərbaycanda tədbir zamanı qlobal əhəmiyyətli məsələlər müzakirə olunacaq: “Qlobal Cənub və Qərb və iqlim dəyişikliyi məsələlərinin öhdəsindən gəlmək üçün birlikdə bu prosesdə necə iştirak etməliyik, həmrəyliyi, ortaq məsuliyyəti necə gücləndirməliyik və iqlim dəyişikliyi məsələləri ilə bağlı müəyyən inamsızlığı necə azaltmalıyıq kimi məsələlər fərqli yanaşmalar kontekstində aktiv şəkildə müzakirə olunacaqlar”.
Bu gün bəzi ölkələr var ki, onlar təbii sərvətlərinə görə mühakimə olunurlar. Bunu da o ölkələr edirlər ki, neftləri olmasa da zavodları var. Hansı ki, həmin zavodlar ətraf mühiti daha çox çirkləndirir. Ancaq nədənsə, onlar bunu görmək istəmirlər.
Prezident İlham Əliyev qeyd edib ki, “Ölkələr malik olduqları təbii sərvətlərə görə mühakimə olunmamalıdırlar. Ölkələr onlardan necə istifadə etdiklərinə görə mühakimə olunmalıdırlar. COP-dan əvvəl daha çox maliyyələşməni təmin etmək üçün Azərbaycan və neft hasil edən digər ölkələrin hansı əlavə töhfələri ola bilər kimi həmrəylik paketini yaratmaq üçün bir çox neft hasil edən ölkələrlə işləyirik. Azərbaycan həm də OPEC+ üzv ölkəsidir. Neft hasil edən ölkələr, xüsusilə neftin qiyməti yüksək olanda problemin öhdəsindən gəlmək üçün daha çox ödəniş etməli və daha çox töhfə verməlidir. Həmrəylik maliyyələşmənin və necə uğur qazanacağımızın ayrılmaz hissəsidir. Əgər yaşıl dünyaya doğru əlavə və davamlı olan konkret addımlar ata bilsək, bu, ən vacib miras olacaq”.
Cop29 zamanı nələrin baş verəcəyindən danışan ölkə başçısı bir sıra önəmli anonslar da verib.
Azərbaycan bərpa olunan enerji mənbələrinin əsas ixracatçılarından birinə çevrilmək iddiasındadır. Bunun üçün bizim potensialımız mövcuddur. Azərbaycan bu gün külək və günəş enerjisindən istifadə edir. Azərbaycanın paytaxtı Bakıda iqlim dəyişikliklərilə bağlı mövzuların tənzimlənməsin üçün çoxsaylı təşəbbüslər olacaq.
Mövzu ilə bağlı Azərbaycan prezidenti bildirib ki, COP üçün yenilik olan bir təşəbbüs Azərbaycan tərəfindən irəli sürülüb: “Üçlük, üç ölkə mexanizminin yaradılması. Burada məqsəd bu üçtərəfli əməkdaşlıq formatını yaratmaq üçün BƏƏ-nin, Azərbaycanın və sonra Braziliyanın təcrübəsindən istifadə etməkdir. BƏƏ, Azərbaycan və Braziliya müxtəlif regional, iqtisadi, siyasi və sair məsələlərdə iştirak edir. Biz qarşılıqlı səylər, həmrəylik göstərməli, bir-birimizi günahlandırmağı dayandırmalıyıq. Nefti olmayan ölkələr nefti olan ölkələri ittiham etməməlidir, kiçik və inkişaf etməkdə olan ölkələr inkişaf etmiş böyük ölkələrə “siz iqlim fəlakətinə görə məsuliyyət daşıyırsınız” deməklə onlara qarşı tələblər irəli sürməməlidirlər. Bu diplomatiyadır, siyasətdir, maliyyədir və Azərbaycan bunun üçün bir platforma yarada bilər”.

Azərbaycan-Tacikistan münasibətlərinin strateji xarakteri region ölkələri üçün mühüm əhəmiyyət kəsb edirTacikistan Prezi...
27/05/2024

Azərbaycan-Tacikistan münasibətlərinin strateji xarakteri region ölkələri üçün mühüm əhəmiyyət kəsb edir
Tacikistan Prezidenti Emoməli Rəhmonun may ayının 23-də Azərbaycana etdiyi dövlət səfəri Azərbaycan-Tacikistan əməkdaşlıq əlaqələrinin inkişafına və daha da dərinləşməsinə böyük töhfə olmuşdur. Bu səfər cənab Prezident İlham Əliyev tərəfindən iki ölkə arasında münasibətlərin aktual məsələlərini ətraflı müzakirə etmək və yeni artım nöqtələrini müəyyənləşdirmək üçün yaxşı fürsət kimi dəyərləndirilmişdir.
Prezident İlham Əliyev qeyd etmişdir ki, Azərbaycan ilə Tacikistan arasında qarşılıqlı münasibətlərin tarixinə və xarakterinə nəzər salsaq, onların çoxdan strateji tərəfdaşlıq xarakteri daşıdığını görərik. İki ölkə arasında Strateji Tərəfdaşlıq Bəyannaməsinin imzalanması isə münasibətlərin inkişafında mühüm mərhələlərdən biri olacaq və bununla da, münasibətlərimizin səviyyəsi rəsmi şəkildə daha da yüksələcək.
Görüşdə çıxış edən Prezident İlham Əliyev bildirib ki, bizim hədəfimiz bütün istiqamətlər üzrə fəal qarşılıqlı fəaliyyətdir: “Bildiyiniz kimi, Sizin səfərinizdən əvvəl biznes-forum olub. Tacikistanın Azərbaycanda Mədəniyyət Günləri keçirilir. Bütün bunlar münasibətlərimizi konkret məzmunla zənginləşdirir”.
Prezident deyib ki, imzalanan sənədlər Azərbaycan-Tacikistan münasibətlərinin müqavilə-hüquq bazasını xeyli möhkəmləndirir: “Bu gün iqtisadi əməkdaşlıq məsələlərini ətraflı müzakirə etdik. Strateji Tərəfdaşlıq Bəyannaməsi ilə yanaşı ümumilikdə 14 sənəd imzalanıb ki, onlardan bəziləri burada, bəziləri isə əvvəllər imzalanıb”.
Prezident İlham Əliyev onu da qeyd edib ki, Tacikistan Prezidentini noyabrda keçiriləcək iqlim konfransında iştiraka dəvət edib və dəvət qəbul olunub. “Biz bu beynəlxalq tədbirin keçirilməsinə fəal hazırlaşırıq və Tacikistanın aktiv iştirakını gözləyirik”, - deyən dövlət başçısı tacik dostlarımızın bu konfransın uğurla keçirilməsinə və yaxşı nəticələr əldə edilməsinə böyük töhfə verəcəklərinə əminliyini ifadə edib.
Transxəzər nəqliyyat dəhlizinin Avropa və Mərkəzi Asiya üçün əhəmiyyətinə toxunan dövlət başçısı bildirib ki, Tacikistan Prezidenti ilə müzakirə olunan mövzulardan biri də Tacikistanın və Azərbaycanın nəqliyyat-logistika infrastrukturunun yeni imkanlarının nəzərə alınması ilə nəqliyyat sektorunda əməkdaşlıqdır: “Hesab edirəm ki, bu istiqamətdə səylərimizi birləşdirmək, addımlarımızı daha sıx əlaqələndirmək faydalı olacaq”.
Daha sonra Prezident İlham Əliyevin və Tacikistan Prezidenti Emoməli Rəhmonun iştirakı ilə Azərbaycan-Tacikistan sənədlərinin imzalanması mərasimi olub. Prezident İlham Əliyev və Tacikistan Prezidenti Emoməli Rəhmon “Azərbaycan Respublikası ilə Tacikistan Respublikası arasında strateji tərəfdaşlıq haqqında Bəyannamə”ni imzalayıblar.

Dünyəvi və parlamentli respublikaMilli istiqlal tariximizin şərəfli səhifəsi olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranm...
27/05/2024

Dünyəvi və parlamentli respublika
Milli istiqlal tariximizin şərəfli səhifəsi olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranma tarixi, qısa vaxt ərzində həyata keçirilən islahatlar və insan hüquqları sahəsində atılan addımlar, dövlətçiliyimizin möhkəmləndirilməsinə hesablanmışdı. Bolşeviklər tərəfindən devrilməsinə baxmayaraq, istiqlal ideyası yenilməyən Azərbaycan 1991-ci ildə Sovet İmperiyasının dağılması ilə yenidən öz müstəqilliyini elan etmişdir. Bununla Azərbaycan Respublikası müstəqilliyin ilk illərində böyük təhlükə ilə üzləşsə belə Ulu Öndər Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı ilə ölkəmiz xilas olaraq, sabit inkişaf yoluna qədəm qoymuşdur.
1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin Milli Şurası İstiqlal Bəyannaməsini imzalamaqla Azərbaycanın müstəqilliyini dünyaya bəyan etmiş, xalqımızın çoxəsrlik dövlətçilik ənənələrini davam etdirmişdir.
Həmin dövr ərzində Azərbaycanın ilk parlamenti, hökuməti yaradılmış, dövlət atributları təsis olunmuş, dövlət quruculuğu sahəsində mühüm tədbirlər həyata keçirilmiş, Cümhuriyyətin beynəlxalq münasibətlər sistemində tanınması, diplomatik müstəvidə milli maraqların qorunması istiqamətində mühüm addımlar atılmışdır. Yeni fəaliyyətə başlamış parlamentin qəbul etdiyi qanunlar milli müstəqilliyin möhkəmləndirilməsində, ölkədə siyasi, iqtisadi və mədəni inkişafın təmin olunmasında, habelə demokratik prinsiplərin təsbit edilməsində əsaslı rol oynamışdır.
Mövcudluğunun ilk günlərindən xalq hakimiyyəti və insanların bərabərliyi prinsiplərinə əsaslanan Azərbaycan Xalq Cümhuriyyəti bütün ölkə vətəndaşlarına eyni hüquqlar verərək irqi, milli, dini, sinfi bərabərsizliyi ortadan qaldırdı. Hətta bir çox Avropa ölkəsindən daha əvvəl qadınlara seçki hüququnun verilməsi, həmçinin Azərbaycan dilinin dövlət dili elan edilməsi, təhsil və mədəniyyətin inkişafına xüsusi diqqət göstərilməsi, nizami milli ordunun, təhlükəsizlik strukturlarının qurulması və sair işlər Xalq Cümhuriyyəti hökumətinin yürütdüyü siyasətin miqyasını, mahiyyət və mənasını əyani şəkildə səciyyələndirir.
Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay mövcud olmasına baxmayaraq, milli dövlətçilik tariximizdə silinməz izlər qoymaqla, sübut etdi ki, Azərbaycan xalqı müstəqil yaşamağa, öz dövlətçilik ənənələrini bərpa etməyə və yaşatmağa qadirdir.
Müstəqilliyin əldə edilməsi mürəkkəb bir proses olsa da onu qoruyub saxlamaq daha çətin, məsuliyyətli bir işdir. XX əsrin sonlarında müstəqilliyinə yenidən qovuşan Azərbaycan suverenliyini qoruyub saxlamağı bacardı. Kiçik bir ölkə Ulu Öndər Heydər Əliyevin uğurlu siyasəti sayəsində dünyada tanınan nüfuzlu bir dövlətə çevrildi. Yalnız Ulu Öndərin hakimiyyətə qayıdışından sonra Azərbaycan özünün geosiyasi imkanlarını gerçəkləşdirməyə başlamışdır.
Zamanın hökmü ilə ötən əsrin 90-cı illərində dövlət müstəqilliyini bərpa edən Azərbaycan Ermənistanın təcavüzü, xarici təzyiqlər və daxili çəkişmələr üzündən dünyanın siyasi xəritəsindən silinmək və dövlətçiliyini itirmək təhlükəsi ilə qarşılaşdı.
Taleyimizin həll olunduğu ağır bir zamanda xalqın təkidli tələbinə səs verərək yenidən hakimiyyətə qayıdan Heydər Əliyev doğma Vətənin xilası naminə misilsiz fədakarlıq nümayiş etdirdi. O, ölkəmizi ictimai-siyasi pərakəndəliyin və anarxiyanın məngənəsindən qurtararaq, bütün sahələrdə müşahidə olunan dərin tənəzzülün qarşısını aldı, yenidən qurduğu və hər cür qəsdlərdən qoruduğu dövlətin dayanıqlı inkişaf yolunu müəyyən etdi.
Görkəmli dövlət xadimi Heydər Əliyevin respublikada uğurla gerçəkləşdirdiyi siyasət xalqımızın tarixi-mədəni yaddaşını özünə qaytararaq milli mənlik şüurunu inkişaf etdirdi, azərbaycançılıq məfkurəsi işığında müstəqillik arzularının güclənməsi və yaxın gələcəkdə yenidən həqiqətə çevrilməsinə zəmin yaratdı. İlk dəfə olaraq rəsmi qaydada üçrəngli bayrağı Heydər Əliyev Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sessiyasında rəsmi dövlət bayrağı kimi qaldırdı. Belə ki, Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli Dövlət bayrağı 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, xalqımızın ümummilli lideri Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən sessiyada Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı olaraq təsdiq edildi. Bununla da müstəqilliyə gedən yolun əsası qoyuldu. Sovet İttifaqının mövcud olduğu bir vəziyyətdə belə cəsarətli addımın atılması dahi rəhbərin xalqına, dövlətinə nə qədər bağlı olduğunu, bu yolda nə qədər cəsarətli, dönməz olduğunu bir daha göstərdi.
Ulu Öndərin 1993-cü ilin oktyabrında dövlət başçısı seçilməsindən sonra müstəqil Azərbaycanın hüquqi və siyasi-iqtisadi suverenliyinin təmin olunması prosesi əsaslı şəkildə sürətləndi. Ulu Öndər rəhbərlik etdiyi dövr ərzində Azərbaycanı bir dövlət kimi zamanın ağır və sərt sınaqlarından çıxara bilmiş, ölkənin gələcək inkişaf strategiyasını müəyyən etmiş və onun həyata keçirilməsi üçün mühüm addımlar atdı.
Azərbaycanda daxili ictimai-siyasi sabitlik möhkəmlənməyə başladı. Azərbaycanın dünyanın bir çox ölkələri ilə iqtisadi əlaqələri quruldu.
Heydər Əliyevin müstəqil Azərbaycana rəhbərliyi ilə ölkənin ictimai-siyasi, sosial, iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrində əsl dönüş yarandı, elmi əsaslara, beynəlxalq norma və prinsiplərə uyğun dövlət quruculuğu prosesi başlandı. Uzaqgörən liderin həyata keçirdiyi təxirəsalınmaz tədbirlər nəticəsində Milli Ordu formalaşdırıldı, bütün siyasi və diplomatik vasitələrin işə salınması ilə 1994-cü ilin mayında həyati əhəmiyyət kəsb edən atəşkəsə nail olundu. Həmçinin beynəlxalq aləmdə Azərbaycana qarşı artan inam və maraqdan istifadə edərək 1994-cü ilin sentyabrında “Əsrin müqaviləsi” imzalandı.
Bu gün Ulu Öndərin layiqli davamçısı cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikasında demokratik, hüquqi, dünyəvi dövlət, vətəndaş cəmiyyəti quruculuğu prosesi, siyasi, iqtisadi və sosial islahatlar uğurla həyata keçirilir, ölkə iqtisadiyyatı dönmədən inkişaf etdirilir, əhalinin sosial müdafiəsinin gücləndirilməsi üçün əsaslı tədbirlər görülür. Qazanılmış nailiyyətlər hər bir Azərbaycan vətəndaşında qürur hissi doğurur. Prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində xarici dövlətlərlə hərtərəfli beynəlxalq münasibətlər inkişaf etdirilib, balanslaşdırılmış siyasət nəticəsində Cənubi Qafqazda sabitlik təmin olunub, Azərbaycan Avropanın əsas enerji təchizatçılarından birinə çevrilib.
Prezident İlham Əliyevin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinin keçirilməsi haqqında sərəncamı milli yaddaşın formalaşması prosesində mühüm əhəmiyyət kəsb edir.
2018-ci ilin ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi Azərbaycanın dövlətçilik tarixində çox mühüm və şərəfli bir mərhələ olan Şərqdə ilk parlamentli respublikanın əhəmiyyətinin hər zaman uca tutulduğunun, eləcə də dövlətçilik ənənələrinə böyük dəyər verildiyinin sübutudur.
44 gün davam edən Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin uğurlu siyasəti və diplomatiyası, xalqımızın qətiyyəti, ordumuzun şücaəti nəticəsində Azərbaycan ərazi bütövlüyünə qovuşdu, xalqımız dünyada mübariz, döyüşkən və müzəffər xalq kimi tanındı. Bütün istiqamətlərdə qazanılan uğurların, əldə edilən nailiyyətlərin əsas hədəfi işğal altında olan torpaqlarımızın düşməndən azad edilməsi və Azərbaycanın bütün sərhədləri boyunca bayrağımızın dalğalanması idi.
2021-ci il 15 oktyabr tarixində “Müstəqillik günü haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edildi. Bu Qanunla 28 May Müstəqillik Günü, oktyabrın 18-i isə Müstəqilliyin Bərpası Günü elan edildi. 28 may tarixinin Müstəqillik Günü, 18 oktyabr tarixinin isə Müstəqilliyin Bərpası Günü kimi təsbit olunması Azərbaycanın dövlət suverenliyinin məhz 1918-ci ildə bərqərar olunması faktına əsaslanır. Bu, ərazi bütövlüyünü bərpa etmiş müasir Azərbaycanın 1918-ci ildə qurulmuş Azərbaycan Xalq Cümhuriyyətinin tamhüquqlu varisi olduğunu göstərir.
Müstəqilliyə qovuşmuş Azərbaycan Respublikası bu gün dünyanın inkişaf etmiş dövlətlərindəndir. Bunu Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin rəhbərlik etdiyi, bu günki Müstəqil Azərbaycan Respublikasının beynəlxalq nüfuzu, gücü və qüdrəti təsdiq edir.

Azərbaycan-Belarus münasibətləri yeni müstəviyə yüksəlir Azərbaycanla Belarus dövlətləri arasında münasibətlər dərin tar...
22/05/2024

Azərbaycan-Belarus münasibətləri yeni müstəviyə yüksəlir

Azərbaycanla Belarus dövlətləri arasında münasibətlər dərin tarixi köklərə malikdir və hər iki ölkə müstəqilliyini elan etdikdən sonra yeni inkişaf mərhələsinə qədəm qoyub. İki dövlət arasındakı ikitərəfli münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Bu münasibətlərin formalaşmasında və inkişafında dövlətlərimizin başçıları arasında səmimi dostluq münasibətləri, yüksək səviyyəli dialoq və qarşılıqlı anlaşma mühüm rol oynayır. Bu baxımdan Belarus Prezidenti Aleksandr Lukaşenkonun ölkəmizə rəsmi səfəri ikitərəfli münasibətlərin dərinləşməsi baxımından mühüm əhəmiyyət kəsb edir.
Azərbaycan Respublikası ilə Belarus Respublikasıarasında bütün sahələri əhatə edən əlaqələr bu gün dinamik şəkildə inkişaf edir. İki ölkə arasındakı bütün dövrlərdə mövcud olan qarşılıqlı əməkdaşlıq münasibətləri əsaslı təməllər üzərində qurulub, səmimi və etibarlı olması ilə hər zaman fərqlənib. Azərbaycanla Belarus arasındakı əməkdaşlıq ötən illər ərzində MDB çərçivəsindən kənara çıxaraq, ikitərəfliəlaqələrin dərinləşməsinə möhkəm baza yaradıb. Kənd təsərrüfatı, sənaye, maşınqayırma və digər sahələrdə ticarət dövriyyəsi son illərdə əhəmiyyətli dərəcədə artmaqdadır.Ölkələr arasında indiyədək imzalanmış xeyli sənəd münasibətlərin daha da dərinləşdirilməsi üçün geniş imkanlar açıb.
Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkonun mayın 16-da ölkəmizə rəsmi səfəri çərçivəsində Azərbaycan Respublikasının dövlət başçısı İlham Əliyevlə birlikdə mətbuata bəyanatlarla çıxış etmişlər.
Cənab İlham Əliyev öz çıxışında qeyd etmişdir ki, aparılan danışıqlar - təkbətək və geniş tərkibdə görüşlər ölkələrimizin mehriban dostlar olduğunu bir daha əyani şəkildə nümayiş etdirir. Qarşılıqlı münasibətlərin dinamik şəkildə inkişaf etdiyini, gələcəkdə qarşılıqlı fəaliyyət yollarının müəyyən edildiyini söyləyən dövlət başçımız bildirib ki, səfər çərçivəsində müzakirə olunan məsələlərin hamısı kifayət qədər konkret xarakter daşıyır. Geniş şəkildə müzakirə olunan məsələlərə ölkələrimizin iqtisadiyyatının inkişafı üçün praktiki əhəmiyyət daşıyacaq hərbi-sənaye kompleksində, kənd təsərrüfatında, nəqliyyatda əlaqələrin inkişafı, sənaye kooperasiyası, Belarusda və Azərbaycanda artıq bir çox illər öncə yaradılmış birgə istehsal potensialının artırılması məsələləri aiddir.
Belarus Prezidenti Aleksandr Lukaşenkonun səfər çərçivəsində işğaldan azad edilmiş ərazilərimizə- Şuşaya və Füzuliyə səfəri, işğal dövründə burada törədilən dağıntılarla yanaşı, Azərbaycanın qısa müddətdə hər bir işi sıfırdan başlayaraq genişmiqyaslı bərpa-quruculuq işlərini yaxından görmək istəyi böyük etimada və təmələ əsaslanan dostluğun, qardaşlığın təqdimatı oldu.
Aleksandr Lukaşenkonun səfəri zamanı Şuşa və Füzuli şəhərlərində Azərbaycanın həyata keçirdiyi quruculuq prosesinə şahidlik etməsi, habelə bu işlərdə səmimi olaraq öz yardımlarını təklif etməsi iki ölkə arasında iqtisadi əməkdaşlıq çərçivəsində görüləcək işlərin təməli hesab edilə bilər. Müşahidə edilən dostluq münasibətləri, keçirilən görüşlər bu gün Cənubi Qafqazda sülh və davamlı inkişafın təmin olunmasına, habelə hər iki ölkə xalqlarının rifahı naminə böyük işlərin uğurla davam etdirilməsinə rəvac verir.

İki ölkə arasında nəqliyyat layihələri xüsusi rol oynayırMayın 19-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi...
22/05/2024

İki ölkə arasında nəqliyyat layihələri xüsusi rol oynayır

Mayın 19-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və İran İslam Respublikasının Prezidenti Seyid İbrahim Rəisinin iştirakı ilə Araz çayı üzərində inşa edilmiş “Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız Qalası” hidroqovşağının açılış mərasimi keçirilib.
Azərbaycan Respublikası ilə İran İslam Respublikası dövlət sərhədində - Araz çayı üzərində inşa edilən “Xudafərin” və “Qız Qalası” hidroqovşaqları elektrik enerjisi istehsalı və suvarma məqsədilə tikilib. Hidroqovşaqların layihələri Sovet İttifaqı ilə İran İslam Respublikası arasında 1977-ci ilin oktyabrında imzalanan razılaşma əsasında hazırlanıb. Layihələri 1990-cı illərin əvvəllərində yenidən işlənilən hidroqovşaqların tikintisi Azərbaycan ərazisinin 20 faizi Ermənistan tərəfindən işğal edilməsi nəticəsində dayandırılsa da, sonrakı dövrlərdə tikinti işləri yalnız İran İslam Respublikası tərəfindən aparılıb.
Bu gün Azərbaycan yürütdüyü məqsədyönlü və praqmatik xarici siyasəti ilə beynəlxalq aləmdə nüfuzunu artırmaqla yanaşı, etibarlı tərəfdaş imicini də getdikcə möhkəmləndirir, bölgədə və dünya arenasında mühüm aktorlardan birinə çevrilir. Azərbaycan dövlətinin həyata keçirdiyi xarici siyasətin prioritetini dünyanın bütün ölkələri ilə xüsusilə də sərhəd qonşuları ilə bərabərhüquqlu, qarşılıqlı surətdə faydalı əlaqələr yaratmaq və inkişaf etdirmək təşkil edir. Bu baxımdan, ölkəmizin yaxın qonşularından olan İran İslam Respublikası ilə münasibətlərin yaxşılaşdırılması, əlaqələrin genişləndirilməsi və əməkdaşlığın getdikcə möhkəmləndirilməsi böyük əhəmiyyət kəsb edir.
İran və Azərbaycan xalqları İslam aləminə mənsub olan xalqlardır və əsrlər boyu bərabər yaşayıblar. Elmi, mənəvi, mədəni əlaqələr bu xalqları tarix boyu birləşdirib. Azərbaycanla İran arasında diplomatik münasibətlərin zəngin tarixi keçmişi vardır. Hələ 1920-ci il martın 20-də İran-Azərbaycan “Dostluq müqaviləsi” iki ölkə arasında imzalanmış sənədlərin dönüş nöqtəsi olmuşdur. İran Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra – 1991-ci il dekabrın 25-də Azərbaycanın müstəqilliyini tanıyıb. Müasir dövrdə iki müstəqil dövlət arasındakı əməkdaşlıq əlaqələrinin əsası xalqımızın Ümummilli Lideri Heydər Əliyev tərəfindən qoyulub.
1993-cü ildə Ulu Öndər Heydər Əliyevin Azərbaycanda hakimiyyətə gəlişindən sonra İranla qonşuluq və əməkdaşlıq siyasəti yeridilib ki, bu da münasibətləri normallaşdırıb və inkişaf etdirib.
Ümummilli Liderin siyasətini layiqincə davam etdirən Azərbaycan Prezidenti İlham Əliyev də ölkələrimiz arasında əlaqələri uğurla inkişaf etdirir. Bu gün Azərbaycan və İran dost, qardaş ölkələr, mehriban qonşulardır. Bu gün qarşılıqlı hörmətə və dostluğa əsaslanan tarixi və mədəni əlaqələrimiz həm ikitərəfli formatda, həm regional müstəvidə, həm də beynəlxalq təşkilatlar çərçivəsində yüksələn xətlə inkişaf edir. Bütün bunları şərtləndirən əsas amil kimi hər iki ölkənin siyasi rəhbərliyinin siyasi iradəsi xüsusilə vurğulanmalıdır. Azərbaycan Prezidenti İlham Əliyevin 2014-cü il aprelin 9-da İrana səfəri zamanı tərəflər arasında bir sıra sazişlər imzalanıb.
İki ölkə arasında keçirilən bütün görüşlər və danışıqlar onu deməyə əsas verir ki, Azərbaycanla İran arasında tarixi köklərlə biri-birinə bağlı olan əlaqələr gündən-günə inkişaf etməkdədir və ölkə başçılarımızın səyi ilə bu əlaqələr daha genişmiqyaslı xarakter almaqdadır.Əsrlər boyu İran və Azərbaycan xalqları bir yerdə yaşayıb-yaratmışlar və bu gün bu möhkəm zəmin üzərində qurulan dövlətlərarası münasibətlər ən yüksək səviyyəyə qalxıb. İran Azərbaycan ilə ən böyük sərhədə malik dövlətdir və qarşılıqlı əlaqələrimizin tərəflər üçün səmərəli formada davam etməsi rəsmi Bakı ilə Tehranın maraqlarına cavab verir.
Azərbaycan bütün ölkələrlə əlaqələri bir-birinin işinə qarışmamaq və qarşılıqlı mənfəət əsasında qurur və bundan sonra da quracaq. Bölgənin inkişafı həmin ölkələrdə yaşayan xalqların iradəsi ilə təmin edilməlidir.
Qeyri-regional ölkələrin bizim işlərimizə müdaxiləsi qəbuledilməzdir. Yersiz və lazımsız müdaxilə bu günə qədər heç bir səmərə verməyib və verməyəcək. Əgər bölgəmizdən minlərlə kilometr uzaqlıqda yerləşən ölkələrin rəhbərləri bu bölgədə hər hansı bir nəticə əldə etmək istəyirlərsə, regionda yerləşən ölkələrin maraqlarını nəzərə almalıdırlar. Ermənistan səhv addım atmamalıdır. Regional məsələlər region ölkələrinin bilavasitə iştirakı və iradəsi ilə həll olunmalıdır.

Soyuqbulaq kənd Folklor evində qrafikə əsasən Vətən müharibəsinə həsr edilmiş tədbir təşkil edildi. Tədbirdə vətən mühar...
13/10/2021

Soyuqbulaq kənd Folklor evində qrafikə əsasən Vətən müharibəsinə həsr edilmiş tədbir təşkil edildi. Tədbirdə vətən müharibəsi iştirakçıları, 1ci Qarabağ müharibəsi şəhidi Habil Allahyarovun anası, məktəblilər, kənd sakinləri, kənd icra nümayəndəsi vəzifəsini icra edən Hüseyn Bağırov iştirak etdi. Tədbiri icra nümayəndəsi açıq elan etdi. Tədbirdə şəhidlərin ruhu 1 dəqiqəlik sükutla yad edildi. Şəhid anası Gülxar Allahyarova(kənd arasında Qızılgül kimi tanınır) çıxış edərək oğlun qisasının alındığını bildirdi. Məktəblilər öz hazırladıqları şer parçalarını səsləndirdilər. Növbəti planlarımız müharibədə iştirak etmiş və yenicə təxris olmuş döyüşçülərlə evlərində görüşməkdir.

03/05/2021

​8 aprel 2021-ci il tarixində “Sağlamlığın Qorunması” İctimai Birliyinin və Gədəbəy Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Gədəbəydə doğulan şairlər” kitabının onlayn təqdimatı həyata keçirildi.

03/05/2021

Moderator.az xəbər verir ki, 8 aprel 2021-ci il tarixində Sağlamlığın Qorunması İctimai Birliyinin və Gədəbəy Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Gədəbəydə doğulan şairlər kitabının onlayn təqdimatı həyata keçirildi.​Sağlamlığın Qorunması İ...

03/05/2021

 8, aprel, 2021-ci, il, tarixində, “Sağlamlığın, Qorunması”, İctimai, Birliyinin, və, Gədəbəy, Rayon, İcra

Address

Kedabek
AZ2132

Website

Alerts

Be the first to know and let us send you an email when Soyuqbulaq kənd Folklor Evi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share