Gencland

Gencland Ailəvi istirahət və əyləncə kompleksi Yeni Gəncə qəs. yerləşir.Ərazidə ailəvi və ekstrimal attraksonlar,restoran,futbol meydançaları,ippodrom mövcuddur.

“GəncLand” ailəvi istirahət və əyləncə kompleksinin ərazisində müxtəlif yaşda uşaq,yeniyetmə, gənclər, orta və yaşlı təbəqədə olan insanlar üçün İtaliya, Türkiyə, Rusiya Federasiyasından gətirilmiş “Üzən ördəklər”, “Uçan fillər”, “Karnaval”, “Zəncirli karusel”, “Çay dəzgahı” və “Şən qatar” kimi 30 ədəd müxtəlif attraksion, ayaq üstü şahmat, 8d Tir və 7D kinoteatr, AFFA standartlarına tam uyğun gə

lən futbol meydançaları, spirtli içki və tütün məmulatlarının istifadısinə icazə verilməyən restoran və kafelər, 10 yaşadək uşaqlar üçün nəzərdə tutulan “Uşaq dünyası” meydançasının ərazisində “BabyLand” ana və uşaq kafesi, həmçinin “Şən qayıqlar”, “Yellənçəklər”, “Körpə dünyası”, “Kiçik qatar”, “Hellikopter”, “Kiçik günəş” və “Böyük batut” kimi uşaq attraksionları yer alıb. Respublikanın Qərb regionunda ilk dəfə olaraq hündürlüyü 50 metr olan “Ətrafa baxış” dairəvi karuseli, eləcə də “Qalaktika”, “Amerikan təpəcikləri”, “Hava velosipedi”, “Nəhəng sürüşgən”, “Disco”, “Nəhəng gəmi”, “Qar axını”, “Yanan kürə”, “Avtoralli” və bu kimi ekstrimal attraksionlar adrenalin həvəskarlarının marağına səbəb olub. Qərb regionunun ən böyük ilki olan «Mustang» atçılıq klubu – «Gəncland» ailəvi istirahət və əyləncə kompleksində. «Gəncland» ailəvi istirahət və əyləncə kompleksinin nəzdində spirtli içki və tütün məmulatlarının istifadəsinə icazə verilməyən ailəvi kafe və restoranlar, ayrıca olaraq 235 metrlik qapalı sahəyə və 45 metrlik mətbəxə malik “Bu-Bu” fastfood kafesi, 120 kvadrat metrlik bağlı sahəsi, 440 kavdrat metrlik mətbəxi və 300 kvadrat metr açıq sahəsi olan “Oskar” alakarta restoranı fəaliyyət göstərir. 100 nəfərlik tutuma malik amfiteatrda hər gün Disney personajlarından ibarət qrup tam ödənişsiz parkın qonaqlarına bir birindən maraqlı və şən tamaşalar nümayiş edir.

22/06/2026

Address

Yeni Gəncə Qəs. , Heyder Eliyev Merkezinin Yaxinligi
G***a
AZ2000

Alerts

Be the first to know and let us send you an email when Gencland posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Establishment

Send a message to Gencland:

Share