Zaur Hemidli

Zaur Hemidli Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Zaur Hemidli, Art, Beylagan.

25/02/2025


23/04/2024

Ülfət Nəsirov: Azərbaycan – Rusiya münasibətləri
Artıq bir neçə əsrdir ki, Rusiya Cənubi Qafqazda mühüm xarici siyasət vektorudur. Müasir Azərbaycan Respublikasının ərazisi iki əsrə yaxın müddət ərzində əvvəl Rusiyanın, sonra isə SSRİ-nin tərkib hissəsi olub. 1991-ci ilin dekabrından isə SSRİ-nin süqutundan sonra Rusiya dünya arenasına yeni simada, Rusiya dövlətçiliyinin tarixi formalarının hamısından kəskin fərqli tərzdə çıxdı. Elə həmin arada dövlət müstəqilliyini bərpa edən Azərbaycan Respublikasının qarşısında duran ən əsas vəzifələrdən biri SSRİ-nin dağılması nəticəsində meydana gələn yeni müstəqil dövlətlərlə, xüsusilə Rusiya Federasiyası ilə qarşılıqlı münasibətlərin formalaşdırılması idi.
Azərbaycan xarici siyasəti qarşısında Rusiya ilə bağlı bir sıra yeni prinsipial problemlər dururdu: Rusiyanın Azərbaycan Respublikası ərazisindəki qoşunlarının çıxarılması, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında şimal qonşunun iştirakı, Xəzərin statusu probleminə Rusiyanın münasibəti və nəhayət, bu ölkədə yaşayan azərbaycanlıların taleyi. Bu problemlərin hər birinin həlli iki ölkə arasında münasibətlərin xarakterindən çox asılı idi.
Azərbaycan-Rusiya əlaqələrinin tarixinə kiçik bir ekskursiya edilsə sezilər ki, müstəqilliyin bərpasından sonrakı ilk illərdə iki ölkə arasında münasibətlər o qədər də asan olmayıb. Lakin Azərbaycanın ümummillli lideri Heydər Əliyev hakimiyyətə gəldikdən sonra vəziyyət yaxşılığa doğru dəyişməyə başlayıb. Məhz 1993-cü ilin yayından müstəqil Azərbaycana rəhbərlik etməyə başlayan Heydər Əliyev Rusiya ilə dostluq münasibətlərinin qurulmasında mühüm rol oynadı, iki ölkə arasında strateji tərəfdaşlığın əsaslarını qoydu.
Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında humanitar əməkdaşlıq əsasən humanitar sahədə əməkdaşlıq proqramları ilə tənzimlənir. İki ölkə arasında humanitar əlaqələrin demək olar ki, bütün aspektlərini tənzimləyən ikitərəfli saziş və müqavilələr, həmçinin, hər iki ölkənin mədəniyyət nazirlikləri arasında hər il yenilənən əməkdaşlıq proqramları, təhsil nazirlikləri arasında əməkdaşlıq haqqında protokollar mövcuddur. Azərbaycan tərəfi mərkəzi federal hökumətlə yanaşı, RF-nin subyektləri ilə də humanitar sahədə sıx əməkdaşlıq edir.
Azərbaycanda 150 mindən artıq rus yaşayır. Bu, Cənubi Qafqazda öz etnik identikliyini, mədəniyyətini, dilini və dinini qoruyub saxlamış ən böyük rus diasporudur. Azərbaycanda digər xalqlar kimi ruslara da ölkənin sosial-iqtisadi, siyasi və mədəni həyatına tam şəkildə inteqrasiya edə bilmək ucun hər cur şərait yaradılıb. Rusiya İnformasiya-Mədəniyyət Mərkəzi fəaliyyət göstərir, Səməd Vurğun adına Rus Dram Teatrı çox populyardır. Rus icması – iki xalq arasında real birləşdirici həlqədir.
Azərbaycan ilə Rusiya arasında ictimai-siyasi və humanitar münasibətlərin mühüm amillərindən biri də respublikada rus dilinin qorunub saxlanması və inkişafıdır. Azərbaycanda 327 orta məktəb və 27 universitetdə tədris Azərbaycan və rus dillərində, 16 məktəbdə isə yalnız rus dilində aparılır. Rus dilində təhsil alan şagirdlərin və tələbələrin sayı 100 min nəfərdən çoxdur. Bakıda rus dilinin öyrənilməsi üzrə iri mərkəzlərdən biri – Bakı Slavyan Universiteti fəaliyyət göstərir.

23/04/2024

Ləman Cəfərova:"Şimal-Cənub Nəqliyyat Dəhlizi Hindistandan və Fars körfəzindən Rusiyaya, Qərbi Avropaya, Baltikyanı və Skandinaviya ölkələrinə məhsul daşımalarına imkan yaradan multimodal layihədir"

Şimal-Cənub Nəqliyyat Dəhlizi - Litva – Belarusiya – Ukrayna və Gürcüstan – Azərbaycan / Mərkəzi Asiya – Çin / İran – Hindistan
Şimal-Cənub Nəqliyyat Dəhlizi əsasən Hindistandan və İran Körfəzi regionundan, yüklərin Rusiya, Qərbi Avropa, Baltikyanı və Skandinaviya ölkələrinə çatdırılmasına hesablanıb. Şimal-Cənub Tranzit Dəhlizinin digər marşrutlarla müqaisədə əsas üstünlüyü tranzit məsafəsinin və tranzit vaxtının iki-üç dəfə az olmasıdır. Əgər dəniz yolu ilə daşıma İran körfəzi və Hind Okeanı, Süveyş kanalı, Aralıq Dənizi, Baltik Dənizindən keçərək Helsinki şəhərinə 45-60 gün ərzində daşıma müddəti təşkil edirsə, Şimal-Cənub Tranzit Dəhlizi ilə bu müddət 20-25 gün təşkil edir.
Şimal-Cənub Beynəlxalq nəqliyyat dəhlizi çərçivəsində, Azərbaycan və İran dəmir yollarının birləşdirilməsinə dair işlər görülür. Azərbaycanın Astara stansiyasından İranın Astara şəhərinə qədər dəmir yolu artıq inşa edilib. Növbəti mərhələdə İran ve Azərbaycan dəmir yollarının tam birləşdirilməsi uçun çatışmayan 167 km uzunluğundakı Astara-Rəşt dəmir yolunun tikintisi reallaşdırılacaq. Bütün işlər yekunlaşandan sonra, Skandinaviya ölkələri, Rusiya, Azərbaycan və İranın dəmir yolları bir şəbəkədə birləşəcək və Şimaldan İran körfəzinə qədər vahid dəmir yolu formalaşacaq.
Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi Azərbaycana yaxın gələcəkdə daha geniş iqtisadi və siyasi imkanlar verəcək.

23/04/2024

💛

“İMZA”- İLHAMLA MEHRİBANLA ZİRVƏLƏRƏ AZƏRBAYCAN!

Mənim seçimim - İlham Əliyev! Qalib Xalqın Qalib Lideri! Hər bir Azərbaycan vətəndaşını seçkilərdə fəal olmağa çağırıram...
06/02/2024

Mənim seçimim - İlham Əliyev! Qalib Xalqın Qalib Lideri! Hər bir Azərbaycan vətəndaşını seçkilərdə fəal olmağa çağırıram! Vətənin, gələcəyin üçün səs ver!

03/02/2024

Qalib Xalqın Qalib Lideri!

03/02/2024

Xəbərlər “Sözü imzası qədər dəyərli olan Qalib Liderin yanındayıq!” - FLƏŞMOB 31 Yanvar 2024    14:18 2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham H...

03/02/2024

Əziz gənclər, gününüz mübarək!

Hər birinizi 2 fevral - Azərbaycan Gəncləri Günü münasibətilə ürəkdən təbrik edir, sizə sevincli və uğur dolu həyat yolu arzu edirik.

Address

Beylagan
1200

Telephone

+994703044487

Website

Alerts

Be the first to know and let us send you an email when Zaur Hemidli posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Establishment

Send a message to Zaur Hemidli:

Share

Category