Yoxlama

Yoxlama "Yoxlama" səhifəsi tarixi,elmi,ədəbi,dini,siyasi və sosial paylaşım platformasıdır

Şuşa şəhərində gündəlik kirayə verilən mənzillərin qiyməti 100-150 manat arasında dəyişir.“Yeni Avaz” xəbər verir ki, el...
24/08/2026

Şuşa şəhərində gündəlik kirayə verilən mənzillərin qiyməti 100-150 manat arasında dəyişir.

“Yeni Avaz” xəbər verir ki, elanlardan birində Şuşada 83 kvadratmetr sahəsi olan 2 otaqlı mənzil üçün günlük 120 manat qiymət müəyyənləşdirilib.

Digər elanda 90 kvadratmetrlik 2 otaqlı mənzilin gündəlik kirayəsi 150 manat göstərilib.

100 kvadratmetr sahəsi olan 2 otaqlı başqa bir mənzil isə günü 130 manata təklif olunur.

Bunlardan başqa 3 otaqdan ibarət olan daha bir neçə mənzil də gündəlik 150 manat qarşılığında kirayəyə verilir. Həmçinin günü 100 manata olan mənzillər də müştərilərə təqdim edilir.

Qeyd edək ki, kirayə verilən mənzillərin əksəriyyəti dövlət hesabına tikilərək keçmiş məcburi köçkünlərə verilən mənzillərdir.

23/08/2026

Biraz ruhumuz dincəlsin

23/08/2026

36 yaşlı Masallı rayon sakini, 5 uşaq atası Elmar Məmmədli özünün dənizdə boğulduğu barədə şayiə yayaraq, ölkəni hava yolu ilə tərk edib.)))

20/08/2026

Şərhsiz

20/08/2026

Dünyanın ən çox əhalisi olan 10 ölkəsi:

🇮🇳Hindistan – 1,47 milyard

🇨🇳Çin – 1,41 milyard

🇺🇸ABŞ – 349 milyon

🇮🇩İndoneziya – 287,9 milyon

🇵🇰Pakistan – 259,3 milyon

🇳🇬Nigeriya – 242,4 milyon

🇧🇷Braziliya – 213,6 milyon

🇧🇩Banqladeş – 177,8 milyon

🇷🇺Rusiya – 146 milyon

🇪🇹Efiopiya – 138,9 milyon

Bu ilin yanvar-iyun aylarında Azərbaycanda bir sıra şəhər və rayonlarda ölənlərin sayı doğulanların sayını üstələyib.Açı...
19/08/2026

Bu ilin yanvar-iyun aylarında Azərbaycanda bir sıra şəhər və rayonlarda ölənlərin sayı doğulanların sayını üstələyib.

Açıqlanan rəsmi məlumatlara istinadən xəbər verirlir ki, bu ilin ilk 6 ayı ərzində ölkə üzrə ümumilikdə 40 min 798 uşaq doğulub, 30 min 625 nəfər isə ölüb.

Beləliklə, Azərbaycan üzrə təbii artım 10 min 173 nəfər təşkil edib.
Lakin bəzi şəhər və rayonlarda ölənlərin sayı doğulanların sayından çox olub.

Qeyd edək ki, ölənlərin sayı doğulanların sayını ən çox Gəncə şəhərində üstələyib. Burada 6 ay ərzində 532 uşaq doğulub, 691 nəfər ölüb və təbii artımda mənfi göstərici qeydə alınıb.

Bu ilin ilk 6 ayında mənfi təbii artımın qeydə alındığı şəhər və rayonların siyahısı cədvəldə göstərilib.

19/08/2026

Azərbaycan dünya ölkələrinin təhsil sistemlərinin keyfiyyətinə görə hazırlanan reytinqdə 86-cı yerdə qərarlaşıb.

“Yeni Avaz” xəbər verir ki, reytinqə əsasən, Azərbaycan 4,8 bal göstəricisi ilə 203 ölkə və ərazi arasında 86-cı sırada yer alıb.

Dünya üzrə ən yaxşı təhsil sistemlərinə malik ölkələr arasında ilk 5-likdə Cənubi Koreya (1-ci yer), Yaponiya (2-ci yer), Danimarka (3-cü yer), Belçika (4-cü yer) və Sloveniya (5-ci yer) yer alır.

Reytinqdə yüksək mövqelərdə qərarlaşan ölkələrdə erkən uşaqlıq təhsilinin inkişafı, müəllimlərin hazırlıq səviyyəsi və məktəb sisteminin daha əlçatan və ədalətli olması əsas üstünlüklər sırasında qeyd edilir.

Reytinqin sonuncu pillələrində əsasən təhsil imkanlarının məhdud olduğu, məktəbə çıxış, savadlılıq və təhsilin maliyyələşdirilməsi ilə bağlı ciddi problemlər yaşayan ölkələr yer alıb.

Ən aşağı nəticələr Somali (203-cü yer), Cənubi Sudan (202-ci yer), Konqo (201-ci yer), Zambiya (200-cü yer) və Suriyada (199-cu yer) qeydə alınıb.

Təhsil reytinqi təhsil sistemlərinin keyfiyyəti, ali təhsilə çıxış və ölkələrin yüksək keyfiyyətli təhsil təmin etməsi ilə bağlı göstəricilər əsasında hazırlanır. Reytinqdə obyektiv məlumatlarla yanaşı, qlobal sorğu nəticələrindən də istifadə olunur.

Azərbaycanın qonşuları arasında ən yüksək nəticə Rusiyaya məxsusdur. Rusiya 22-ci, Türkiyə 37-ci, Qazaxıstan 43-cü, Gürcüstan 70-ci, İran 81-ci, Ermənistan isə 98-ci yerdə qərarlaşıb.

Şərhsiz)))
18/08/2026

Şərhsiz)))

18/08/2026

Mozalan

Address

Baku

Website

Alerts

Be the first to know and let us send you an email when Yoxlama posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Establishment

Send a message to Yoxlama:

Shortcuts

Share