ADO theatre / performing & visual arts

ADO theatre / performing & visual arts ADO (Azərbaycan Dağınıq Oda teatrı)
Təsisçi: Elmin Bədəlov
fb: Theatre Elmin
instagram:

ADO Theatre (Azərbaycan Dağınıq Oda teatrı)

Təsisçi: Elmin Bədəlov
Tel: +994 70 219 83 33
E-mail: [email protected]
Rəsmi sayt:
www.ado.az
Rəsmi səhifələr:
fb.com/adotheatre
instagram.com/adotheatre
https://t.me/adotheatre
____________________________

Founder: Elmin Badalov
Tel: +994 70 219 83 33
E-mail: [email protected]
Official website:
www.ado.az
Official pages:
fb.com/adotheatre
instagram.com/adotheatre
https://t.me/adotheatre

📣 OFFICIAL STATEMENTRegarding the Suspension of ADO Theatre’s ActivitiesADO no longer exists.But those who silenced its ...
21/11/2025

📣 OFFICIAL STATEMENT

Regarding the Suspension of ADO Theatre’s Activities

ADO no longer exists.

But those who silenced its voice will not be able to control the silence either.

_

I, Elmin Bədəlov, as the founder of ADO Theatre, feel responsible to share this statement with everyone who has followed, supported, and believed in us.

Founded in 2013, ADO (Azerbaijan Dağınıq Oda) was a theatre that refused to fit within the system’s boundaries — free, questioning, reflective, and driven by conscience.

We brought theatre into the streets, metro passages, and abandoned buildings, breaking the limits of “official culture” — because freedom must be lived not only on stage, but at every step.

For ADO, the stage was a space of free thought and moral truth.

This stance disturbed many.

From 2020 onwards, the pressures became systemic and overt.

By 2022, ADO’s operations were informally blocked, and I was personally subjected to intimidation and threats.

It was made clear that ADO’s artistic language and position were “unacceptable” to the system.

This was not merely the closure of a theatre.

It was the suffocation of art and the silencing of free thought.

Creating under such conditions became impossible.

For the safety of myself and those around me, I had to leave the country.

As a result, ADO’s physical activity was forced to cease.

This silence lived inside me for years; speaking now is painful.

But it is time to speak.

Because silence, beyond a certain point, becomes a sin.

The suspension of ADO was not our choice.

It was a systematic act of repression carried out by the state.

Silencing ADO meant silencing the voice of free theatre in the country.

Yet ADO’s spirit did not die.

Today, that spirit speaks again — under a new name, Theatre Elmin, in another geography, in other languages, with the same freedom.

We did not stop; we simply moved to the new stage of freedom.

For us, theatre has never been merely a stage.

It is where memory is preserved, where fear dissolves into freedom, where conscience finds its voice.

Freedom is not only a political concept — it is the strength to remain faithful to one’s own conscience.

ADO’s voice was born from that strength, and exists to keep it alive.

And one day, perhaps in the hands of another generation, that stage will open again.

Our stage may close, our walls may fall — but this memory cannot be erased.

Because ADO’s story is not only the story of a theatre, but of conscience and human dignity.

ADO was silenced. But we are not silent.

We will continue to speak, to remember, and to resist.

Respectfully,

Elmin Badalov

Berlin, October 23, 2025

📣 RƏSMİ AÇIQLAMAADO Teatrının Fəaliyyətinin Dayanması ilə bağlıADO artıq yoxdur.Amma onun səsini susduranlar bu sükutu d...
23/10/2025

📣 RƏSMİ AÇIQLAMA
ADO Teatrının Fəaliyyətinin Dayanması ilə bağlı

ADO artıq yoxdur.
Amma onun səsini susduranlar bu sükutu da idarə edə bilməyəcək.
_

Mən, Elmin Bədəlov — ADO Teatrının qurucusu olaraq, bu açıqlamanı bizi izləyən, bizimlə birgə yol getmiş və ADO-ya inanan hər kəsə borclu olduğumu düşünürəm.

2013-cü ildə yaranan ADO (Azərbaycan Dağınıq Oda) — sistemin çərçivəsinə sığmayan, azad, sorğulayıcı, cəmiyyətə güzgü tutan, vicdanı səhnəyə daşıyan bir teatr idi.
Biz teatrı küçələrə, metro keçidlərinə, tərk edilmiş binalara da daşıyaraq, “rəsmi mədəniyyət”in sərhədlərini aşırdıq — çünki azadlıq yalnız səhnədə yox, hər addımda yaşamalı idi.
ADO üçün səhnə — həm də azad düşüncənin və vicdanın məkanı idi.

Bu duruş çoxlarını narahat etdi.
2020-dən etibarən isə bu təzyiqlər sistemli və açıq formaya keçdi.
2022-ci ildə isə ADO-nun fəaliyyəti qeyri-rəsmi şəkildə əngəlləndi, mən isə hədə və təhdidlərə məruz qaldım.
Açıq şəkildə bildirildi ki, ADO-nun sənət dili və duruşu bu sistem üçün “qəbuledilməzdir”.

Bu, sadəcə bir teatrın bağlanması deyildi.
Bu, sənətin boğulması, azad düşüncənin səssizləşdirilməsi idi.
Belə şəraitdə sənət yaratmaq mümkün deyildi.
Öz təhlükəsizliyimi və ətrafımdakı insanları düşünərək ölkəni tərk etməli oldum.
Nəticədə ADO-nun fiziki fəaliyyəti dayandırıldı.

Bu sükut illərlə içimdə qaldı; söz çıxarmaq ağrılı idi.
Amma indi danışmaq vaxtıdır.
Çünki səssizlik bir nöqtədən sonra günaha çevrilir.

ADO-nun fəaliyyətinin dayandırılması bizim seçimimiz deyildi.
Bu, sistem tərəfindən mərhələli şəkildə həyata keçirilmiş bir fiziki susdurma aktı idi.
ADO-nun susdurulması, ölkədə azad teatrın səsinin boğulması demək idi.

Buna baxmayaraq, ADO-nun ruhu ölmədi.
Bu ruh bu gün başqa adla — Theatre Elmin — başqa coğrafiyada və başqa dillərdə, eyni azadlıqla danışır.
Biz dayanmadıq; sadəcə azadlığın yeni səhnəsinə köçdük.

Bizim üçün teatr heç vaxt təkcə səhnə olmayıb.
O, yaddaşın qorunduğu, qorxunun çözülüb azadlığa çevrildiyi, vicdanın səsləndiyi bir məkandır.
Azadlıq yalnız siyasi bir anlayış deyil — o, insanın öz vicdanına sadiq qalmaq gücüdür.
ADO-nun səsi bu gücdən doğdu və bu gücü yaşatmaq üçün var idi.

Və bir gün, bəlkə də başqa bir nəslin əllərində, bu səhnə yenidən açılacaq.

Bizim səhnəmiz bağlana bilər, divarlarımız sökülə bilər, amma bu yaddaş silinməz.
Çünki ADO-nun hekayəsi təkcə bir teatrın yox, vicdanın və insani ləyaqətin hekayəsidir.

ADO susduruldu. Amma biz susmuruq.

Danışmağa, xatırlamağa və müqavimət göstərməyə davam edəcəyik.

Hörmətlə,
Elmin Bədəlov
Berlin, 23 oktyabr 2025

Əslində hamımız quşların köç yoluyuqLeylək tanrını doğur bizi görəndəTanrı biz olur leyləyi uçandaBiz leyləyi doğuruq ta...
28/11/2022

Əslində hamımız quşların köç yoluyuq
Leylək tanrını doğur bizi görəndə
Tanrı biz olur leyləyi uçanda
Biz leyləyi doğuruq tanrı uçanda
Biz uçaq leylək olsun tanrı

“Yenisey çöllərinin içi çəmənlik atlarına” şeiri ilə başlayır bu rəqs gecəsivari tamaşa. Aktyorun içindəki 1447 heyvanın verdiyi hərəkətlərdir ki, vizuallarla rəqsə dönüşür. Bu tamaşa vizuallarla rəqsin, musiqiylə sözlərin ahəngindən doğan performans ruhludur. Bu “qarabasma janrı”dır? Xeyr, belə bir janr olmayıb, burada hiss etmək vacibdir. “kiv-d” şeirindəki kimi:

Yağıntı gözlənilmir
Hökumət rüsumu ona görə artırdı ki…
musiqili teatrın səhnəsində sovet abu-havası var

Göstəriləcəyi vaxt: 1 dekabr 2022, 20:00
Müddət: 60 dəqiqə
Aktyor və müəllif: Elmin Bədəlov
Şeirlərin müəllifi: Alyoşa (“Sözləşmələr” kitabından)
Biletlər: 15 azn (Şəhərin kassalarında və iTicket.az saytında)
Yaş həddi: 18+
Məkan: İçərişəhər, 27qm Gallery Cafe
Əlaqə: +994 55 425 09 76
Online bilet: şərh bölümündəki keçiddə 🔻

- Yoldaşlar, yəqin hamınız dünən gecə qəribə yuxu gördüyümü eşitmisiniz. Yuxu məsələsinə sonra qayıdacağam. İndi başqa s...
22/11/2022

- Yoldaşlar, yəqin hamınız dünən gecə qəribə yuxu gördüyümü eşitmisiniz. Yuxu məsələsinə sonra qayıdacağam. İndi başqa sözüm var.. Yoldaşlar, mən sizi üsyana səsləyirəm. Bilmirəm, bu üsyan nə vaxt olacaq - bir həftə, yoxsa yüz il sonra?! Lakin altımdakı samanı gözümlə gördüyümə inandığım kimi ədalətin də tez, ya gec zəfər çalacağına o qədər inanıram. Bu fikri əsla yadınızdan çıxarmayın, yoldaşlar! Həyatınızın sonuncu saatına qədər onun gerçəkləşməsi üçün çalışın. Bir də hamınıza vəsiyyətim budur: dediklərimi özünüzdən sonra gələnlərə də çatdırın. Qoy gələcək nəsillər tam qələbə qazanılana kimi mübarizəni davam etdirsinlər.
Yoldaşlar, onu da yaddan çıxarmayın ki, qətiyyət və iradəniz sarsılmaz olmalıdır. Gərək qarşı tərəfin gətirdiyi heç bir dəlil-sübut sizi tutduğunuz yoldan çəkindirməsin. İnsanın və heyvanların ümumi maraqlarının olması, bir tərəfin inkişaf və tərəqqisinin o biri tərəfin də rifah və yüksəlişinə yol açması haqqında deyilənlərə heç vaxt qulaq asmayın! Bunlar hamısı ağ yalandır. İnsanı öz şəxsi maraqlarından başqa heç bir canlının mənafeyi düşündürmür. Biz heyvanlar arasında isə bundan sonra qoy sarsılmaz birlik, mübarizədə bərkiyən dostluq ruhu hökm sürsün! Bütün insanlar - düşməndirlər! Bütün heyvanlar - dostdurlar!

Tezliklə…

24 Noyabr tarixində İçərişəhər, 27qm Gallery’də "Axır ki qurtarmadı" adlı tamaşa baş tutacaq. Biletləri şəhərin istənilə...
21/11/2022

24 Noyabr tarixində İçərişəhər, 27qm Gallery’də "Axır ki qurtarmadı" adlı tamaşa baş tutacaq. Biletləri şəhərin istənilən kassalarından, iTicket.az saytından əldə edə bilərsiniz;

✅️ Biletləri əldə etməyə tələsin!

📍 - 27qm.gallery.cafe
📅 - 24.11.2022
🕖 - 20:00-21:00
🎟️ - 15₼

🔻 Online bilet şərh bölümündə

Aktyorların maaşı niyə gecikdirilir? Dövlət büdcəsindən mədəniyyət sahəsinə ayrılan vəsaitlər niyə istiqaməti üzrə xərcl...
15/11/2022

Aktyorların maaşı niyə gecikdirilir? Dövlət büdcəsindən mədəniyyət sahəsinə ayrılan vəsaitlər niyə istiqaməti üzrə xərclənmir?

MədəNiyyətI ADO karikatura müsabiqəsinin qalibi;“Azərbaycan mədəniyyəti bu gün”Müəllif: Elmail Qulami
04/11/2022

MədəNiyyət
I ADO karikatura müsabiqəsinin qalibi;
“Azərbaycan mədəniyyəti bu gün”
Müəllif: Elmail Qulami

foto:
03/11/2022

foto:

Növbəti nümayiş üçün biletlər satışdadır. Biletləri şəhərin istənilən kassasından və iTicket.az saytından online olaraq ...
01/11/2022

Növbəti nümayiş üçün biletlər satışdadır. Biletləri şəhərin istənilən kassasından və iTicket.az saytından online olaraq əldə edə bilərsiniz.
Tamaşa noyabrın 3-ü, saat 20:00-da .gallery.cafe məkanında göstəriləcək;

Bu iki dələduzun sifətində hər şey yazılmışdı, görünürdü ki, əllərindən bir xəta çıxa bilər, amma mən onların dalınca qa...
26/10/2022

Bu iki dələduzun sifətində hər şey yazılmışdı, görünürdü ki, əllərindən bir xəta çıxa bilər, amma mən onların dalınca qaçdım və fikirləşdim, biz bir yerdə pivə içə bilərik. Onların elə bir görünüşü vardı ki, mən onların dalınca qaçmaq və onlardan birinə, fərqi yoxdur hansına, demək istədim: “Paltarlarını, ayaqqabını, saçlarını, yerişini, sifətini, heç nəyi dəyişmədən, olduğu kimi mənə ver, mən də sənə istədiyini verərəm (əgər onlar mənə istədiyimi versəydilər, mən nə kökə düşdüyümü görmək də istəməzdim). Amma onlar geri baxmırdılar, məni görmürdülər. Mən onları gözlərimlə izləyirdim, onların dalınca metroya da mindim, düşündüm ki, onları pivəyə dəvət edərəm və biz axşamı bir yerdə keçirə bilərik. Hamıya da xoş olar, amma bu şeyləri fikirləşəndə hiss etdim ki, arxadan onlardan biri əlini mənim şalvarımın cibinə saldı, oradan pul kisəmi çıxardı. Mən özümü saxladım, tərpənmədim, öz-özümə dedim: “Dalaşmaq lazım deyil, indi onlarla danışacaqsan və hər şey yaxşı olacaq”. Mən üzümü çevirib dedim: “Hər şey yaxşıdır, sizi pivə içməyə dəvət edirəm, sonra baxaq görək, bir yerdə nə edə bilərik”. Onlar bir-birinə baxıb özlərini eşitməməzliyə vurdular, elə bil, məni heç görmürdülər. “Yaxşı, özünüzü gicliyə vurmayın, pulumu qaytarın, gedək bir yerdə pivə içək, bir az söhbət edək, vaxtımızı keçirək”. Onlar bir-birinə baxırdılar, sanki heç nəyi başa düşmürdülər, sonra isə yavaş-yavaş gözləri ilə bir-biriylə razılığa gəlib, hamı eşitsin deyə səs tonlarını qaldırıb danışmağa başladılar: “Bu bizdən nə istəyir? Bizimlə danışır? Kimdi e bu petux? Lap bezdirdi bizi”..- 27 oktyabr, “Axır ki, qurtarmadı” tamaşasında. Biletləri şəhərin istənilən kassasından və ya iTicket.az saytından əldə edə bilərsiniz. Online bilet əldə etmək üçün keçid şərh bölümündə 🔻

Address

Baku

Website

Alerts

Be the first to know and let us send you an email when ADO theatre / performing & visual arts posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Establishment

Send a message to ADO theatre / performing & visual arts:

Share