Dr. Elnurə Əliyeva

Dr. Elnurə Əliyeva cərrah mama-ginekoloq

❓Müalicə almadan vaginizm keçərmi?💔 Cinsi münasibətdə çətinlik çəkən, qorxu və həyəcanla partnyorunu yaxına buraxmayan x...
24/08/2020

❓Müalicə almadan vaginizm keçərmi?

💔 Cinsi münasibətdə çətinlik çəkən, qorxu və həyəcanla partnyorunu yaxına buraxmayan xanımların bir çoxu bunun vaginizm xəstəliyi olduğunun fərqinə varmır və problemin aşkarlanmasında çətinlik çəkirlər. Bəzi xanımlar demək olar ki, üzləşdikləri problemi görməzdən gəlməyə çalışır və “öz-özünə” keçər düşüncəsi ilə ümidlə gözləyirlər. Lakin fərqində də olmadan, bu xəstəliklə yaşamağa və yaşlanmağa davam edirlər.
❗ Birmənalı olaraq xanımlar bilməlidirlər ki, vaginizm öz – özlüyündə sağalan bir xəstəlik deyil.
👍 Bu xəstəliyin müalicəsi ancaq peşəkar həkimə müraciət etməklə mümkündür.
⌛Müalicə almadan keçən zamanın isə onların əleyhinə işlədiyinin fərqinə varmırlar. Yaş artdıqca vaginizm olduğu kimi qalır, amma bununla yanaşı ailədaxili münasibətləri soyudur, hamilə qalma ehtimalın azaldır. 😞 Problemin həllini gecikdirən xanımlar müəyyən yaşdan (35 –dən yuxarı) sonra bioloji olaraq yumurtalıq rezervləri azaldığı üçün digər problemlərlə üzləşirlər. Ona görə də vaginizmin müalicə müddəti uzandıqca vaxt sizin əleyhinizə çalışır və yaş ötdükcə hamilə qalma şansınız azalır. Daha sonra vaginizm problemini həll etsəniz belə, hamiləlik üçün digər müalicələri almaq məcburiyyətində qalırsınız.🥀
🌺 Dəyərli xanımlar, əgər belə bir xəstəliyiniz varsa, özünüzdə cəsarət tapın və ertələdiyiniz zamanın psixoloji təsirlərini yaşamadan bizə müraciət edin. Əmin ola bilərsiniz ki, ən qısa zamanda (3 seans) bizim dəstəyimizlə problemdən 100% qurtulacaq və xoşbəxt ailə həyatı yaşayacaqsınız.👍

Dr. Elnurə Əliyeva
cərrah mama ginekoloq

📱 (+99450) 4778529
🏥Baku Medikal Plaza Mərkəz filialı.

🎀 Kandiloma və onun müalicə metodları?🔹 Kandiloma  İPV (İnsan Papilloma Virusu) tərəfindən törənən, a**l və ge***al bölg...
19/08/2020

🎀 Kandiloma və onun müalicə metodları?
🔹 Kandiloma İPV (İnsan Papilloma Virusu) tərəfindən törənən, a**l və ge***al bölgədə yaranan törəmələrə verilən addır. Hazırki dövrə qədər, İPV -lərin 140-dan çox növü aşkar olunub ki, onlardan da 13-ü gələcəkdə xərçəng törədə bilmə ehtimallarını artıran riskli kandilomalardır.
🌸
Bu viruslar əsasən iki qrupa bölünür:
1.Yüksək onkogen riski olanlar. Onlar uşaqlıq boynu, v***a, uşaqlıq yolu, a**l nahiyədə yerləşir və bədxassəli törəmə ola bilmə ehtimalları yüksəkdir.
2.Aşağı onkogen riskli viruslar. Bunlar isə əksər vaxtlarda uşaqlıq boynunun itiuclu kondiloması və xoşxassəli törəmələr sayılır.
🌸
Tədqiqatlar virusun 3 yolla ötürülməsini müəyyən edib:
1.Cinsi yolla ötürülmə. Bu zaman intim münasibətin tipi əhəmiyyət daşımır: yoluxma ge***al, oral və manual-ge***al yolla baş verə bilər.
2.Məişət təmasları nəticəsində. Bu ötürülmə forması tam tədqiq edilməsə də, güman edilir ki, ümumi dəsmaldan, gigiyena əşyalarından və s. ortaq istifadə zamanı ola bilər.
3.Vertikal ötürmə. Məsələn, doğuş zamanı itiuclu kondiloması olan ana uşağı yoluxdura bilər.
🌸
Uşaqlıq yolunda yerləşən kondilomalar görünüş etibari ilə gül kələminə bənzər, nahamar səthə malikdir və uşaqlıq yolu xərçəngi ola bilmə ehtimalı yüksəkdir. Xüsusən, immun sisteminin zəyifləməsi, kondilomaların inkişafına zəmin yaradır.
🌸
Kondilomalar hamiləlik dövründə bəzi fəsadlar törədə bilər. Məsələn, iri kondilomalar qanaya bilər və ya uşaqlıq yolunda yerləşdikdə onun divarlarının elastikliyini azaldaraq, uşağın doğuş yollarından keçməsinə problem yarada bilər və s.
🌸
Daxili ge***al bölgələrdə kandilomanın müayinəsi əsasən kolposkopiya vasitəsi ilə həyata keçirilir. Kolposkop uşaqlıq boynu epitelində və uşaqlıq yolunda kandilomaların yerləşməsi, müxtəlif dəyişiklikləri və ehtiyac olarsa, biopsiya nümunələri götürməyə imkan verir. Virusun tam öyrənilməsi üçün uşaqlıq boynu və uşaqlıq yolundan götürülmüş hüceyrə nümunələrinin müayinəsi də (Pap-test) aparılmalıdır.
🌸
Kondilomaların bir neçə müalicə metodu var. Ən yaxşı müalicə metodu MAYE AZOTLA kriodestruksiyadır. Bu zaman kondiloma, faktiki olaraq, dondurulur və nəticədə yox olur. Ağrısızlaşdırma tələb olunmur və çapıqlar qalmır.
Lakin xəstənin yaşı, kondilomaların ölçüləri, onların sayı və yerləşdiyi bölgədən asılı olaraq lazerlə müalicə, elektrokoaqulyasiya və xüsusi dərman preparatlarının tətbiqi kimi müalicə metodlarından da istifadə edilə bilər.

Dr. Elnurə Əliyeva
Cərrah mama ginekoloq

📱 (+99450) 4778529
🏥Baku Medikal Plaza Mərkəz filialı.

✍️ Dəyərli dostlar, ginekologiyada müsbət nəticə almaq üçün 3 əsas şərt vardır. Dəqiq müayinə, düzgün müalicə və səbr. X...
08/08/2020

✍️ Dəyərli dostlar, ginekologiyada müsbət nəticə almaq üçün 3 əsas şərt vardır. Dəqiq müayinə, düzgün müalicə və səbr. Xüsusi ilə bir çox xəstəliklərlə müşahidə olunan, riskli hamiləliklərin müayinə və müalicəsində diqqətli olmaq vacibdir.
🌸
Şəkildə gördüyünüz pasientimiz bir neçə ildir ailəlidir. ❗Hamiləlikdə xüsusi riskli sayılan yüksək qan təzyiqi var. Evliliklərinin ilkin illərində övlad sahibi olmaq üçün bir çox həkimə müraciət ediblər. Hətta bəzi yerlərdə sonsuzluq diaqnozu qoyulub. 😱 Bir başqa yerdə əməliyyat edilməsi təklif olunub və s.
🌸
👍 Biz isə, hərtərəfli dəqiq müayinə ilə, müəyyən etdiyimiz problemləri sadəcə konservativ (dərman) üsulla müalicə etdik. Keçən 9 ay müddətində səbrlə doğum təqibini həyata keçirərək sevgili körpəmizi qucağımıza aldıq. 🥰
Dr. Elnurə Əliyeva
Cərrah mama ginekoloq

📱 (+99450) 4778529
🏥Baku Medikal Plaza Mərkəz filialı.

.elnura

Vaginizm intim münasibət zamanı qadın cinsiyyət orqanının güclü və qeyri-iradi sıxılması nəticəsində cinsi aktın baş tut...
08/08/2020

Vaginizm intim münasibət zamanı qadın cinsiyyət orqanının güclü və qeyri-iradi sıxılması nəticəsində cinsi aktın baş tutmaması halıdır.
🌸
Vaginizm 90% ehtimalla psixoloji təlaş, 10% ehtimalla isə qadın cinsiyyət orqanının (orqanik) quruluşu ilə bağlı olur.
🌸
Orqanik (quruluşla bağlı) vaginizm səbəblərinə daha çox qızlıq pərdəsinin qalın və ya yüksək kənarlı olması, qızlıq pərdəsinin digər anormallıqları (ara bölməli və ya ələk şəklində qızlıq pərdəsi quruluşu), va**na içindəki ara bölmələr, bartolin absesi, v***ar vestibulit sindromu, PID və vaginitlər daxildir.
🌸
Vaginizmin psixolojik səbəbləri isə müxtəlifdir. Bunlar: ilk gecə ilə bağlı yanlış, şişirdilmiş və yarımçıq məlumatlar, intim münasibət zamanı ağrı və ya qanamanın çox olacağı ilə bağlı düşüncələr, qızlıq pərdəsinin qorunması ilə bağlı uşaqlıqdan qalan qorxular, cinsi travmalar (sataşma, təcavüz, fiziki şiddət, cinsi istismar və s.), hədsiz sərt bir cəmiyyət içində yaşama, sərt əxlaq qaydalar, kişi cinsiyyət orqanı ilə bağlı yanlış məlumatlar və digər səbəblərdir.
🌸
Təəssüf ki, problemi yaşayan qadınlar vaginizmin "özü-özündən" həll olunmasını gözləyirlər. Lakin bu əksər hallarda mümkün olmur və qadın vaxt keçdikcə güclü depressiya yaşayır. Ona görə də bir an öncə həkimə müraciət edilməsi vacibdir.
🌸
Qeyd edim ki, vaginizmlə bağlı bizə müraciət edən pasientlərimiz qısa müddətdə (3 seans) bu xəstəlikdən azad olur və xoşbəxt ailə həyatını yaşayırlar.

Dr. Elnurə Əliyeva
Cərrah mama ginekoloq

📱 (+99450) 4778529
🏥Baku Medikal Plaza Mərkəz filialı.

.elnura

01/08/2020

💫 Dəyərli izləyicilərim, görüntüdə çoxdöllü (əkiz) hamiləliyin USM müayinəsini izləyirsiz.Qeyd edim ki, çoxdöllü hamiləliklər təqribən dünyada hər 1000 hamiləlikdən 3 və ya 4 -də müşahidə edilir. Dəqiq səbəbləri bilinməsə də, tədqiqatlar göstərir ki, müasir reproduktiv texnologiyanın tətbiqi, çoxsaylı spontan ovulyasiya və irsi meyllik halları çoxdöllü hamiləliyin formalaşmasına təsir edir.

🍀Təqribən 3-4 həftəlik hamiləlikdə siz körpənizin bir deyil, iki və ya üç olduğunu USM vasitəsilə aşkar edə bilərsiniz. Bunlar bir yumurtadan formalaşan monoziqot əkizləri (eyni cinsli, eyni qan qruplu, xarici görkəmcə və xasiyyətcə çox oxşar) və ya müxtəlif yumurtalarda formalaşan diziqot əkizləri (genetik quruluşları müxtəlif) ola bilərlər.

🍀Ümumiyyətlə, çoxdöllü hamiləliklər, təkdöllü hamiləliyə nisbətən daha çox riskli sayılır. Məsələn, bu tip hamiləliklərdə, anemiya, ciftin vaxtından öncə ayrılması, erkən doğuş, metabolik pozğunluqlar, arterial hipertenziya və preeklampsiya, konge***al anomaliya kimi risklər daha çox müşahidə olunur.

🍀Çoxdöllü hamilələrimiz bu ağırlaşmaların yüksək olma ehtimalını nəzərə alaraq fiziki və psixoemosional yüklənmələri minimuma endirməli, yuxu və istirahət rejiminə ciddi riayət etməlidirlər. Ən əsas məsələ isə, çoxdöllü hamiləlik yaşayan xanımlar davamlı həkim nəzarətində olmalıdırlar.
Dr. Elnurə Əliyeva
Cərrah mama ginekoloq

📱(+99450) 4778529
🏥Baku Medikal Plaza Mərkəz filialı.

Address

Baku

Telephone

+994504778529

Website

Alerts

Be the first to know and let us send you an email when Dr. Elnurə Əliyeva posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share