12/03/2024
Düzünü desəm, giriş cümləsi yerinə nə yazacağımı bir xeyli düşünsəm də, ağlıma heç nə gəlmədi. Bircə onu deyə bilərəm ki, konsert gözlədiyimizdən də xeyli yaxşı keçdi. Odur ki, gecikməli də olsa bu postu paylaşmağı özümə borc bilirəm. Konsertə qədərki hazırlıq prosesinin nə qədər əziyyətli keçdiyindən çox adam xəbərsizdir. Amma başdan sona qədər bu əziyyətli prosesdə mənimlə birgə olan hər birinizə, əsas da dəyərli menecerim Yetərə ( ), baxmayaraq ki, hələ bir yaşını tamamlamayıb, iməkləmədən addımlamağa başlayan qrupumuza və onun üzvləri .guitar , , , -yə , mənlə birgə səhnəni bölüşərək, öz yeni mahnısını konsert günü təqdim edən dostum və bütün proses boyunca yanımda olan, hər bir detalı məsləhətləşdiyim çox dəyərli dostum Ramin Qasımova və adlarını çəkmədiyim digər komanda üzvlərimizə minnətdaram. Ayrıca bugünü ölümsüzləşdirən, kameraların yaddaşına köçürən və komandasına, backstage-də həyəcanımıza şərik olan videoqraf -a, başda olmaqla konserti işıqlandırmağa gələn bütün media əməkdaşlarına və ən əsası sizə, yəni konsertdə mənə dəstək olmaq üçün gələn hər bir şəxsə də, ayrı-ayrılıqda öz təşəkkürümü bildirmək istəyirəm. Siz olmasaydınız, bu konsertin də bir əhəmiyyəti qalmazdı. Konsertə gəlməklə ona öz möhtəşəmliyinizi qatdınız. Hamınızın qarşısında sevgi ilə baş əyirəm.