Letifeler.info

Letifeler.info Yumor, lətifələr

və olmuş hadisələr Administrasiya səhifədə yerləşdirilən Hər hansı bir məlumata, materialı və fotoşəkilə görə məsuliyyət daşımır.

09/11/2025
01/01/2023

Bir gün kamança ustası Habil Əliyev ilə maestro Niyazi şəhərin mərkəzində gəzirmişlər. Qarşıdan gələn az qala hər kəsin Habillə salamlaşıb, onunla görüşdüyünü görən Niyazi deyir;
- Habil, mən də məşhuram axı, niyə qarşımıza çıxan hamı mənə yox, sənə yaxınlaşıb görüşür?
Habil də cavab verir;
- "Niyazi, millət səni arxadan tanıyır" (dirijor olduğu üçün)

03/02/2022

Amerika xəstəxanalarında iş tapa bilməyən yəhudi bir həkim özəl klinika açmaq qərarına gəlir. Klinikanın girişində belə bir reklam yerləşdirir :"20 dollara müalicə alın, əgər xəstəlik getməzsə, sizə 100 dollar qaytaracağıq".
Amerikalı bir vəkil hesab edir ki,100 dollar qazanmaq üçün gözəl şans yaranıb və klinikaya gəlir.
Vəkil:
- Həkim, ağzımın təamı tamam itib,heç bir dad,ləzzət hiss etmirəm.
Həkim:
-Orada 22 nömrəli korobkadakı dərmanı gətirin və pasiyentin ağzına 3 damcı tökün- deyə o tibb bacısına müraciət edir.
Tibb bacısı göstərişi yerinə yetirir.
Vəkil:
-Tfu, bu ki,kerosindir!
Həkim:
- Təbrik edirəm! Ağzınızın dad və ləzzət hissi qayıtdı. Sizdən 20 dollar.
Hüquqşünas vəkil pulu ödəyir. 100 dolları geri almaq ümidi ilə bir neçə gündən sonra yenidən qayıdır.
-Hafizəmi itirmişəm. Heç nə xatırlaya bilmirəm-deyə bu dəfə vəkil yaddaşından şikayətlənir.
Həkim yenə tibb bacısına:
-22 nömrəli korobkadakı dərmanı gətirin və pasiyentin ağzına 3 damcı tökün.
Vəkil narazı halda:
-Bu axı kerosindir.Mən bura keçən dəfə gələndə,siz bunu mənə vermişdiniz.
Həkim:
-Təbrik edirəm! Sizin hafizəniz geri qayıtdı. Sizdən 20 dollar.
Dəli olmaq həddinə çatmış vəkil 20 dollar ödəməyə məcbur olur.
Bir həftədən sonra 100 dolları almaq ümidi ilə yenidən həkimin yanına gəlir.
Vəkil:
-Görmə qabiliyyətim pozulub. Praktik olaraq demək olar ki,heç nə görmürəm.
Bu dəfə həkim 20 dolları stolun üstünə qoyaraq deyir:
-Təəssüf ki,bizdə belə xəstəliyə qarşı heç bir dərman yoxdur.Ona görə 100 dolları götürün. Bu sizindir.
Vəkil banknota baxaraq:
-Bu ki, 20 dollardır, 100 dollar deyil.
-Təbrik edirəm! Görmə qabilliyyətiniz yerinə qayıtdı. Sizdən 20 dollar...

15/10/2021

Bir gün bir at iş elanına görə şirkətə zəng edir:
- Alo Salam.
Şirkət nümayəndəsi:
- Salam, buyurun.
At:
- Mən atam. İş elanına görə zəng edirəm. Sizdə işləmək istəyirəm.
Şirkət nümayəndəsi:
- Sizin nə kimi bacarığınız var?
At:
- Xiyar görmürsən danışıram? 😀😀😀

15/10/2021

Şəkidən daha bir lətifə…
Qonşumuz Natiq dayı deyir, məhlədə 10 il əvvəl rəhmətə getmiş Nuru dayıya radardan məktub gəlib. Hamı sevinib kişi yəqin dirilib. Oğlu da zəng edib qohum- əqrabaya ki, bəs atam dirilib gəlir özü də tələsdiyindən radara düşüb
P.S. Sonra deyirsiz Şəkidə lətifələr necə yaranır. Hökümətimiz sağ olsun😁

06/02/2021

Bir padşah sarayında oturarkən bayırda səs-küy eşidir. Baxanda görür ki, bir yaşlı adam alma satır. Ətrafı müştərilərlə doludur. Padşah baş vəziri çağırıb deyir:
- Al bu 5 qızılı, get mənə alma al.
Baş vəzir vəzirlərdən birini çağırır:
- Bu 4 qızılı götür, get alma al.
Vəzir əyanlardan birini çağırır:
- Al bu 3 qızılı, get alma al.
Əyan mühafizə rəisini çağırır:
- Al bu 2 qızılı, get alma al.
Rəis mühafizəçini çağırır:
- Al bu 1 qızılı, get alma al.
Mühafizəçi alma satanın yaxasından tutub deyir:
- Ey, nə qışqırırsan? Bura bazardır, yoxsa saray? Buradan get, almalarını və arabanı müsadirə edirəm.
Mühafizəçi rəisinin yanına qayıdıb deyir:
- Budur 1 qızıla yarım araba alma aldım.
Rəis əyanın yanına gedir:
- Budur, 2 qızıla bir kisə alma.
Əyan vəzirin yanına gedir:
- Budur, 3 qızıla bir çanta alma.
Vəzir baş vəzirin yanına gedir:
- Budur, 4 qızıla yarım torba alma.
Baş vəzir padşahın hüzuruna çıxır:
- Şah sağ olsun, 5 qızıla beş alma aldım.
Padşah oturub düşünür: “Beş qızıla beş alma. Adamlar necə həvəslə alır. Deməli vətəndaşın vəziyyəti çox yaxşıdır.
@

04/02/2021

Almanlar deyir: əgər sənin sürdüyün avtomobil senin 12 aylıq qazancindan bahadirsa, sen iqtisadi axmaq insansan.
Bu fikirlə kim razi deyil ve səbəb?

Mənbə:Vüsal Qəmbərov.

26/01/2021

Evdən qorxanlar üçün ))

18/01/2021

Bir dəfə belə alınıb ki, dostumuzun xaricdən tərəfdaşları təşrif buyurub. İlk dəfə Azərbaycana gəliblər, özləri də Avstriyadandırlar. Adamların bizim barədə təsəvvürü yoxdur. İlk axşamdır, aparmışıq onları ənənəvi şam yeməyinə ki, özümüzü tərifləyək. O adət elə, bu adət belə. Bir ucdan kabab dalınca kabab gəlir. Axırda ofisiant girir otağa ki, başqa nə gətirim, müəllim. Söhbət də vaxtına çəkər, soyuq aylardır. Müəllimlər otağındakı ən təcrübəli pedaqoq deyir, çox yox, ikicə pors induşka içalatı ver də. 10 dəqiqədən sonra oğlan əlində nimçə ilə qayıdır, qoyur içalatı düz avstriyalı Yozefin qabağına. Bu da özünü itirir, mənim kimi süfrəyə təsadüfən dəvət olunmuş müəllimlərdən birinə qayıdır:
- What is this?
Müəllim də Allahsaxlamış tərslikdən heç ingilis dili müəllimi deyil.
- Zis? Zis is...zis iz çikken-interyer!
by Fateh

Vaksinasiya tam haziram......
18/01/2021

Vaksinasiya tam haziram......

16/01/2021

İŞİ DÜŞƏNLƏR :)
2004.cü ildə bir firmada rəhbər idim.
Rasim adlı müavin vardı. Olduqca ciddi, işgüzar insan idi.
Günlərin bir günü Rasim bəy işdən ayrılır. Məhəllədə olan insanlar bunu hələ bilmirəlr.
Bir kişi səhər Rasimlə həyətdən görüşəndə müraciət edir ona :
- Rasim müəllim, necəsiniz? Yaxşısınız? Bəs.. bizim oğlumuzu da yanınıza alın... Kiçiyiniz kimi. İşlədin də. Sizin kimi insanın böyüklüyü... Sizə inanırıq.
- Mən işdən ayrılmışam. Orda olsaydım, danışardıq.
- Aaaaaa, Rasim, niyə çıxdın ki işdən? :)

Address

Baku
AZ1000

Website

Alerts

Be the first to know and let us send you an email when Letifeler.info posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share