12/09/2023
"iPhone 15"lər təqdim olundu. Hər şey gözlənildiyi kimi. Əsas sual nələr dəyişdi? Gəlin, qısa və aydın izah edim.
- "iPhone 15" və "iPhone 15 Plus" modeləri köhnə "iPhone 14 Pro" və "iPhone 14 Pro Max"ın demək olarkı eynisi oldu. Dinamik ada, köhnə A16 prosessor və yenə də 2 kamera. Bu seriyaya gələn əsas yenilik, USB "Type-C" girişi, 2000 nit parlaqığında ekran və "iPhone 14 Pro" və "iPhone 14 Pro Max"da olan 48MP-lik kamera oldu.
- "iPhone 15 Pro" və "iPhone 15 Pro Max"da olan yeniliklərdən əsası gövdənin titandan hazırlanmasıdır. Yəni kənar çərçivələr artıq paslanmaz poladdan yox yeni materialdandır. Bunun sayəsində ən yüngünl pro model oldu. Əlavə olaraq pro seriyada səs artırıb-alaztma düyməsi yox oldu əvəzinə basılabilən və müxtəlif funksiyaların inteqrasiya edilə biləcəyi düymə quraşdırıldı.
- "iPhone 15 Pro" və "iPhone 15 Pro Max" USB 3.0 dəstəkli "Type-C" girişi əldə etdilər. Kamera tərəfdə əsas dəyişiklik telefoto kamerasında oldu ki, bu kamera artıq 3X yox 5X yaxınlaşdırmanı dəstəkləyəcək.
- "iPhone 15 Pro" və "iPhone 15 Pro Max" üçün ən önəmli yenilik isə prosessor oldu. Yeni "Apple A17 Bionic" çipindən güc alacaq və dünyada mobil prosessorlar arasında 3nm arxitekturada hazırlanan ən güclü prosessordur.
Qiymətlər Amerika bazarında aşağıdakı kimidir:
"iPhone 15 128GB" - 799$
"iPhone 15 Plus 128 GB" - 899$
"iPhone 15 Pro 128 GB" - 999$
"iPhone 15 Pro Max 256 GB" - 1199$
Farid Pardashunas