Əyləncə mərkəzi 2002-ci ildən əsası qoyulan Yeni Həyat Şirkətlər Qrupuna daxildir. İnşaat sektorunun liderlərindən olan Yeni Həyat memarlıq və keyfiyyət baxımından Bakının ən çox rəğbət görən bir neçə komplekslərinin müəllifidir. Hal-azırda şirkət bir neçə mühüm inşaat obyektlərinin inşasını həyatakeçirməkdədir. Bunlar “Park Azure”, “Grand Hayat” və “Hayat Palace” yaşayış kompleksləridir.
2012-ci
ildə yaranmasının 10-cu ildönümündə Yeni Həyat Şirkətlər Qrupu Azure kompleksdə Avropanın ən böyük Qapalı Əyləncə Mərkəzi “Megafun”-ın fəaliyyətinə start verdi. Açılış müddətində əyləncə mərkəzi kompleksin sadəcə 3-cü mərtəbəsində məskunlaşaraq 200- dən çox atraksion, oyun apparatı, təbii buz meydançası, Bakıda ən böyük boulinq (14-ü böyüklər, 2-si uşaqlar üçün olmaqla cəmi 16 xəttli), 4,5,6 D kinotetatrlar, lazer oyunları, qorxu tunneli, çarpışan arabalar, qayıqlar və daha bir çox digər əyləncə vasitələrindən ibarət idi. Daim yenilənən, müasirləşən Yeni Həyat ənənəsinə sadiq qalan Megafun 2013 ci ilin dekabırın 24-də özünün 1 yaşında iki dəfə böyüyərək “Azure” kompleksin 3 mərtəbəsini əhatə etdi. Yenilənən megafun hal hazırda 17 coğrafi zonadan ibarətdir. Ümumi sahəsi 30000 m2-ə çatmışdır. Artıq burada kiçik qonaqlar üçün karusel və yelləncəklərlə bərabər, Magic Jungle adlı Bakının ən böyük güzgülü labirinti, 7 nəhəng dinozavrı ilə uşaqları nağıllar aləminə qərq edən Dino Parkı, 4 avtomobilin eyni anda yarışa bildiyi nəhəng Kartinqi və yüzlərlə yeni atraksion və oyun apparatı ilə “ Megafun” böyükdən kiçiyə hər kəsin ən sevdiyi əyləncə obyektinə çevrilmişdir.