27/05/2020
Bilirsinizmi? Sorrayya atları: Dünyada ən nadir cins atları Sorrayya atlarıdır. Bu cins atlar öz adını Sorrayya çayının adından alıb. Məşhur portuqaliyalı zooloq və paleontoloq Ruy d'Andrade 1920-ci ildə bu atları ilk dəfə Sorraya çayının kənarında görüb.
Portuqaliyada, Eskorial mağarasında daşlar üzərində atların və insanların iyirmi min il bundan əvvəl təsvirləri tapılmışdır. Həmin rəsmlərdəki atlar müasir at cinsi olan Sorrayaya çox bənzəyirdilər.
Zooloqların fikrincə bu sadə bir oxşarlıq deyildir. Qaya üzərindəki at rəsmləri məhz hazırki müasir Sorayya cins atlarının əcdadlarıdılar.