Roma Xosrov

Roma Xosrov Şair, bədii qiraətçi, mədəniyyət işçisi
AYB-nin üzvü, Prezident mükafatçısı
MTTYGİÜM-də HİK-nin sədri

02/09/2026

Şeir yazan mən deyiləm | Roma Xosrov
hayranlar

01/09/2026

Üz çevirir ürək məndən | Roma Xosrov
hayranlar

31/08/2026

Sən elə bir vaxtda rast gəldin mənə | Roma Xosrov
hayranlar

30/08/2026

Ölüm də bir işdir | Roma Xosrov
hayranlar

Unutmayın, dağlara daş atan çox olar, amma dağ yenə də dağ olaraq qalır.Çəkdin ürəyində hamının qəmin,Min cür qayğı ilə ...
29/08/2026

Unutmayın, dağlara daş atan çox olar, amma dağ yenə də dağ olaraq qalır.

Çəkdin ürəyində hamının qəmin,
Min cür qayğı ilə doldu yaddaşın.
Heç kimə pisliyin dəymədi sənin,
Hər an haqsızlıqla oldu savaşın.

Vətəni sevdin sən vətəndaş kimi,
Kasıba əl tutdun bir qardaş kimi,
Durdular yolunda qaya, daş kimi,
Yaxşılıq etdikcə ağrıdı başın.

Çətinə düşəndə yada salan çox,
Sözdə qulluğunda hər gün qalan çox,
Çörəyi dizinin üstə olan çox,
Sən dağ adamsan, çox ağırdı daşın.

Adil Əliyev sadəliyi, səmimiyyəti və insanlara olan diqqəti ilə seçilən dəyərli şəxsiyyətlərdəndir. Onun gördüyü işlərdə məsuliyyət, vətənə bağlılıq və insanlara xidmət etmək əzmi özünü aydın şəkildə göstərir. O, tutduğu vəzifədən asılı olmayaraq insanlarla ünsiyyətdə sadəliyini və səmimiyyətini qorumağı bacaran, hər zaman insanların fikrinə və müraciətinə hörmətlə yanaşan insanlardandır.

Adil Əliyevin fəaliyyətində vətənə, dövlətə və xalqa xidmət prinsipi xüsusi yer tutur. Onun hər bir işə məsuliyyətlə yanaşması, qarşısına qoyduğu məqsədlərə inamla addımlaması və insanlara faydalı olmağa çalışması təqdirəlayiqdir. Ən gözəl xüsusiyyətlərindən biri də uğur qazandıqca sadəliyini itirməməsi, insanlarla arasına məsafə qoymamasıdır.

Belə insanlar cəmiyyət üçün yalnız gördükləri işlərlə deyil, şəxsi nümunələri ilə də dəyərlidirlər. Çünki insanın böyüklüyü təkcə tutduğu mövqe ilə deyil, insanlara münasibəti, əməlləri və qazandığı hörmətlə ölçülür. Adil Əliyev də məhz bu baxımdan özünəməxsus hörmət qazanan insanlardan biridir.

Arzu edirəm ki, bundan sonra da fəaliyyətində yeni uğurlar qazansın, qarşısına qoyduğu bütün məqsədlərə nail olsun. Vətənimiz və xalqımız üçün gördüyü işlərdə daim uğur, möhkəm cansağlığı və böyük nailiyyətlər onun yol yoldaşı olsun. Belə insanların cəmiyyətimizdə olması həm qürurvericidir, həm də gələcəyə inam yaradır.

Dağın zirvəsini hər kəs görə bilər, amma onun ucalığını hər kəs dərk edə bilməz. Adil Əliyevin böyüklüyü də elədir, onu görmək üçün göz, anlamaq üçün böyük ürək sahibi olmaq lazımdır.

Xosrov
hayranlar

29/08/2026

Könlüm bu dünyanın uçuq yeridir | Roma Xosrov
hayranlar

28/08/2026

Mən səni sevdim ki | Roma Xosrov
hayranlar

28/08/2026

Laçın | Roma Xosrov
hayranlar
“Laçın şəhəri günü” ilə əlaqədar əməkdaş olaraq Mədəniyyət Nazirliyi tərəfindən Laçında təşkil olunan konsertdə mənim də əməyim olduğu üçün çox xoşbəxtəm!

Bu gün ilk görüşdür, səcdə edirəm,Alnımı qoyuram, yoluna Laçın.Şəhid oğulların nəfəsi dəyən,Baş əydim dağına, yalına Laç...
26/08/2026

Bu gün ilk görüşdür, səcdə edirəm,
Alnımı qoyuram, yoluna Laçın.
Şəhid oğulların nəfəsi dəyən,
Baş əydim dağına, yalına Laçın.

Üç yaşımdan bəri görmürəm səni,
Görəsən tanıya bildinmi məni,
Bilmirəm nə edim, mən uşaq kimi-
Keçirəm sağına, soluna Laçın.

Qucağında balaların dil açır,
Sevincimdən ayaq altdan yer qaçır,
Gözəlliyin kainata nur saçır,
Qurban bu bəxtəvər halına Laçın.

L A Ç I N
Xosrov

Avqustun 26-sı Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun xoşmər...
26/08/2026

Avqustun 26-sı Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun xoşməramlı səfiri, hörmətli Mehriban xanım Əliyevanın doğum günüdür.
Mehriban xanım Əliyevanın müasir Azərbaycanın dövlət idarəçiliyində, sosial, humanitar və mədəni inkişafında, ölkəmizin beynəlxalq nüfuzunun daha da möhkəmləndirilməsində mühüm və əvəzsiz xidmətləri vardır.
Onun ölkəmizdə və Azərbaycanın hüdudlarından kənarda həyata keçirdiyi genişmiqyaslı humanist və xeyriyyəçilik fəaliyyəti, milli-mənəvi dəyərlərin qorunmasına və təbliğinə, təhsil, səhiyyə, mədəniyyət və sosial sahələrin inkişafına verdiyi töhfələr yüksək qiymətləndirilir.
Vətənə sədaqət, milli dəyərlərə bağlılıq, insanlara sevgi və ehtiyacı olanlara qayğı Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyətinin əsas prinsiplərindəndir. Həssas əhali qruplarına, şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğı onun həyata keçirdiyi sosial-humanitar layihələrdə daim xüsusi yer tutur.
Mehriban xanım Əliyevanın fəaliyyəti Azərbaycan qadınının müasir, savadlı, qabaqcıl və fəal obrazının formalaşmasına, eyni zamanda, milli-mənəvi dəyərlərimizə, tariximizə və zəngin mədəni irsimizə bağlılığın dünyada təbliğinə mühüm töhfələr verir.
Suraxanı rayon ictimaiyyəti adından hörmətli Mehriban xanım Əliyevanı doğum günü münasibətilə səmimi-qəlbdən təbrik edir, ona möhkəm cansağlığı, uzun ömür, ailə səadəti, xoşbəxtlik və Azərbaycan naminə şərəfli fəaliyyətində uğurlar arzulayırıq.

Roma Xosrov
hayranlar

Address

Əsəd Əhmədov 31
Baku
AZ1017

Alerts

Be the first to know and let us send you an email when Roma Xosrov posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Establishment

Send a message to Roma Xosrov:

Shortcuts

Share

Category