YARAT Contemporary Art Space

YARAT Contemporary Art Space YARAT Müasir İncəsənət Məkanı | YARAT Contemporary Art Space
(571)

YARAT, müasir incəsənətin təbliğatı və inkişafı ilə məşğul olan və rəssamlar üçün yaradıcı platforma yaratmaq məqsədi ilə fəaliyyət göstərən qeyri-kommersiya təşkilatıdır. YARAT (Create - ingilis dilindən tərcümədə "yaratmaq") 2011-ci ildə Aida Mahmudova tərəfindən təsis olunmuşdur. YARAT sərgilərin, təhsil proqramların və festivalların təşkil olunması vasitəsilə öz missiyasını həyata keçirir. YAR

AT, fondlar, qalereyalar və muzeylər daxil olmaqla, yerli və beynəlxalq yaradıcı şəbəkələr arasında əlaqələr qurur. YARAT is a non-profit organisation dedicated to nurturing an understanding of contemporary art and creating a hub for artistic practice, research and thinking. Based in Baku, Azerbaijan, YARAT (meaning Create in Azerbaijani) was founded by Aida Mahmudova in 2011. YARAT realises its mission through an on-going program of exhibitions, education events and festivals. YARAT facilitates exchange between local and international artistic networks including foundations, galleries and museums.

06/08/2026

🎮 Retro kompüter oyunlarının qızıl dövrünə qayıtmağa hazırsınız?

Əfsanəvi SEGA Mega Drive konsolunda Mortal Kombat 3 turnirinə qoşulun və döyüş bacarıqlarınızı nümayiş etdirin!

Ən güclü kombinasiyalar hələ də yadınızdadırsa, indi onları göstərməyin vaxtıdır. Rəqiblərinizi məğlub edin, turnir cədvəlində zirvəyə yüksəlin və GARAGE26 Fest-in Mortal Kombat 3 çempionu adını qazanın!

🏆 İlk 3 yerin qaliblərini dəyərli hədiyyələr gözləyir. Hədiyyələr GARAGE26 Fest və tərəfdaşlarımız tərəfindən retro oyun həvəskarları üçün xüsusi olaraq seçilib. 🎁

📅 Qeydiyyat üçün son tarix: 17 avqust
👤 Yaş məhdudiyyəti: 16+
🔥 İştirak ödənişsizdir.

Müraciət etmək üçün https://forms.gle/aoucCF9XGu1zwJke8 keçidə daxil olun.

Bu nostalji oyun təcrübəsinin həyata keçirilməsinə göstərdikləri dəstəyə görə Retro Games Baku komandasına xüsusi təşəkkür edirik.

Döyüşçünü seç, coystiki əlinə al və döyüşə başla! 🔥

———

🎮 Ready to return to the golden age of retro gaming?

Join the Mortal Kombat 3 tournament on the legendary SEGA Mega Drive and put your fighting skills on display!

If you still remember your strongest combos, now’s the time to prove it. Defeat your opponents, rise to the top of the tournament bracket, and earn the title of GARAGE26 Fest Mortal Kombat 3 Champion.

🏆 The top three winners will receive special prizes, carefully selected by GARAGE26 Fest and our partners for retro gaming enthusiasts. 🎁

📅 Application deadline: 17 August
👤 Age: 16+
🔥 Participation is free.

Apply via the link https://forms.gle/aoucCF9XGu1zwJke8

Special thanks to the Retro Games Baku team for their support in bringing this nostalgic gaming experience to life.

Choose your fighter, grab your controller, and let the battle begin! 🔥

Hər film öz dövrünün ruhunu daşıyır.İki axşam ərzində açıq səma altında Azərbaycan kinosunun müxtəlif dövrlərini və este...
05/08/2026

Hər film öz dövrünün ruhunu daşıyır.

İki axşam ərzində açıq səma altında Azərbaycan kinosunun müxtəlif dövrlərini və estetik istiqamətlərini təmsil edən filmləri izləməyə dəvət edirik.

Klassik ekran əsərlərini, müasir qısametrajlı, sənədli və eksperimental filmləri bir araya gətirən “Qısa metr, uzun yol” proqramı keçmişlə bu gün arasında dialoq quraraq yaddaş, kimlik və təsəvvürün müxtəlif təzahürlərini araşdırır.

Açıq səma altında keçiriləcək hər nümayiş Azərbaycan kinosunu birlikdə izləmək, onun haqqında düşünmək və onu yenidən kəşf etmək üçün bir dəvətdir.

Təşkilati dəstəyə görə Bakı Bulvarı İdarəsinə, Cəfər Cabbarlı adına “Azərbaycanfilm” Kinostudiyasına və United Coffee Beans-ə təşəkkür edirik.

📍 Bakı Bulvarı, Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının yanı
📅 8–9 avqust
🕘 21:00
🎟 İştirak ödənişsizdir.

⚠️ Yerlər məhduddur. Qeydiyyat üçün aşağıdakı keçidə daxil olun: https://forms.gle/XDuHHnanGtQkbccx9

Every film carries the spirit of its time.

Join us for two evenings of open-air screenings celebrating the richness of Azerbaijani cinema across different periods and cinematic aesthetics.

Bringing together classic films, contemporary shorts, documentaries, and experimental works, Short Film, Long Journey explores memory, identity, and imagination through a dialogue between the past and the present.

Under the open sky, each screening becomes an opportunity to experience Azerbaijani cinema together, revisit its many voices, and discover new perspectives.

We extend our sincere thanks to the Baku Boulevard Administration, Jafar Jabbarli Azerbaijanfilm Studio, and United Coffee Beans for their support in making this programme possible.

📍 Baku Boulevard, next to the Azerbaijan Canoe and Rowing Federation
📅 8–9 August
🕘 21:00
🎟 Free admission.

⚠️ Capacity is limited. Please register using the link below:
https://forms.gle/XDuHHnanGtQkbccx9

HƏR ŞEY QARAJDAN BAŞLADI.  Trendlərdən əvvəl. Alqoritmlərdən əvvəl. Hər şeyin bir adı olmamışdan əvvəl.  Boş məkanlar ya...
04/08/2026

HƏR ŞEY QARAJDAN BAŞLADI.

Trendlərdən əvvəl.
Alqoritmlərdən əvvəl.
Hər şeyin bir adı olmamışdan əvvəl.

Boş məkanlar yaradıcılıq ocaqlarına çevrilirdi.
Asfaltda skeytbordun səsi.
Divarlarda qraffiti.
Kasetlərdə musiqi.
Sıfırdan yaranan icmalar.


GARAGE XX əsrin 80–90-cı illərinin anderqraund küçə mədəniyyətinin ruhunu yenidən canlandıraraq skeyt, küçə sənəti, musiqi və müstəqil yaradıcılığın kəsişdiyi məkan təqdim edir.

Bu, sadəcə keçmişə baxış deyil. Küçələrdən doğan yaradıcılıq enerjisinin bu gün də öz təsirini qoruduğunu və yeni ifadə formaları qazandığını göstərən canlı təcrübədir.

📅 22 avqust
🕕 18:00–23:00

GARAGE açılır. Ətraflı proqram tezliklə.

Tədbir YARAT Müasir İncəsənət Məkanı tərəfindən təşkil olunur və Bakı Bulvar İdarəsi Dənizkənarı Bulvar İdarəsi, Red Bull Red Bull, United Coffee Beans United Coffee Beans, iTicket iTicket.AZ, Unity Dance, Retro Games Baku və Urban Art Community Azerbaijan platformasının dəstəyi ilə həyata keçirilir.

———

EVERYTHING STARTED IN THE GARAGE.

Before trends.
Before algorithms.
Before everything had a name.

Empty spaces became places of creativity.
Skateboards echoed on concrete.
Walls became canvases for graffiti.
Music lived on cassette tapes.
Communities were built from scratch.

GARAGE brings together the energy of 1980s and 1990s underground street culture — a space where skateboarding, street art, music, and independent creativity come together.

This is not simply a look back at the past.
It is an experience that shows how creativity born from the streets continues to live today.

📅 August 22
🕕 18:00–23:00

GARAGE is opening. More details coming soon.

The event is organized by YARAT Contemporary Art Space with the support of the Baku Boulevard Administration, Red Bull, United Coffee Beans, iTicket, Unity Dance, Retro Games Baku, and Urban Art Community Azerbaijan.

Bəzən ən cəlbedici görüntülər ən narahatedici sualları gizlədir.Met Kollişounun  “Errata” sərgisində təqdim olunan əsərl...
04/08/2026

Bəzən ən cəlbedici görüntülər ən narahatedici sualları gizlədir.

Met Kollişounun “Errata” sərgisində təqdim olunan əsərlər süni intellektin, sosial medianın və texnoloji inkişafın görünməyən təsirlərini araşdırır. Gözəlliklə narahatlıq, cazibə ilə tənəzzül arasında qurulan bu qarşıdurma tamaşaçını rəqəmsal dövrün mənəvi qeyri-müəyyənlikləri haqqında düşünməyə dəvət edir.

👁️‍🗨️ Sərgi 25 oktyabr 2026-cı il tarixinədək davam edəcək.

———

Sometimes the most captivating images conceal the most unsettling questions.

The works presented in Errata explore the unseen forces of artificial intelligence, social media, and technological progress. Moving between beauty and decay, attraction and unease, Mat Collishaw invites viewers to reflect on the moral ambiguities shaping our digital age. LAST VERSION Press release ERRATA.docx

👁️‍🗨️ The exhibition remains on view until 25 October 2026.

Köhnə materiallar yeni ideyalara necə çevrilir? 🧵✨YARAT-ın dördgünlük “Summer Camp” proqramı moda, tekstil və yaradıcılı...
21/07/2026

Köhnə materiallar yeni ideyalara necə çevrilir? 🧵✨

YARAT-ın dördgünlük “Summer Camp” proqramı moda, tekstil və yaradıcılıqla maraqlanan yeniyetmələri bir araya gətirir.

İştirakçılar tekstillə işləməyi, tikiş maşınından istifadə etməyi öyrənəcək, köhnə geyim və istifadə olunmayan parçaları yeni tekstil əsərlərinə çevirəcək, eyni zamanda davamlı moda və materiallardan məsuliyyətli istifadə prinsipləri ilə tanış olacaqlar.

Dörd günün sonunda isə hər bir iştirakçı hazırladığı tekstil əsərini özü ilə aparacaq.

Proqramın mentoru performans sənətçisi, aktyor, rəqqas, modelyer, eləcə də sosial və mədəniyyət sahələrində fəaliyyət göstərən, “Yamamaa” brendinin təsisçisi Elnur Musayevdir

🗓️ Tarix: 27–30 iyul | 12:00–13:30
👤 Yaş həddi: 13–16
📍 Məkan: XX–XXI əsrlər Azərbaycan Rəngkarlığı Muzeyi

📩 Yerlər məhduddur! WhatsApp nömrəsinə yazaraq qeydiyyatdan keçə bilərsiniz: +994502514118

Sizi “Matrix” qrup sərgisi çərçivəsində keçirilən “Yer kürəsi və incəsənət” müzakirə layihəsinin “Arxetipik reallıqlar: ...
09/07/2026

Sizi “Matrix” qrup sərgisi çərçivəsində keçirilən “Yer kürəsi və incəsənət” müzakirə layihəsinin “Arxetipik reallıqlar: Matrisa müasir dövrün inancı, yoxsa həqiqətin fəsadlarından qorunma instinkti?” adlı tədbirinə dəvət edirik.

Müzakirə zamanı texnologiyanın, sosial medianın və mədəni kodların reallıq haqqında düşüncələrimizə necə təsir etdiyi, incəsənətin bu dəyişikliklərdəki rolu və həqiqəti anlamağın nə üçün vacib olduğu barədə fikir mübadiləsi aparılacaq. Görüşdə həmçinin reallığın müxtəlif insanlar tərəfindən necə qavranıldığı, matrisa anlayışı və müasir dövrdə dünyanı necə dərk etdiyimiz ətrafında söhbət aparılacaq.

Qonaqlar:

Maral Qurbanzadə – süni intellekt, insan–texnologiya qarşılıqlı əlaqəsi, teatr və yaradıcılıq sahələrində tədqiqat aparır. O, YUVA Baku platformasının təsisçisidir, müxtəlif təhsil və tədqiqat layihələrində iştirak edir.

Murad Məmmədov – vizual rəssam və rejissordur. Yaradıcılığında rəqəmsal texnologiyalardan istifadə edərək reklam, kino və incəsənət layihələri üzərində çalışır. Həmrejissor olduğu “Pənbə müsafirlər” (Pelin Turgut ilə birgə, “Pink Incomers”, 2022) sənədli filmi müxtəlif beynəlxalq festivallarda mükafatlara layiq görülüb. Hazırda “K1K4” adlı bədii film üzərində işləyir.

Moderator: Mina Orucova

📅 16 iyul, 19:00
📍 XX–XXI əsrlər Azərbaycan Rəngkarlığı Muzeyi (II mərtəbə)
🔗 Qeydiyyat linki https://forms.gle/D8RGiFkSXcJ4GBbp6

“Proqramlaşdırılmış izlər” sərgisi 25 oktyabr 2026-cı il tarixinədək YARAT Mərkəzində davam edəcək. 📸Fırat Arapoğlunun k...
08/07/2026

“Proqramlaşdırılmış izlər” sərgisi 25 oktyabr 2026-cı il tarixinədək YARAT Mərkəzində davam edəcək. 📸

Fırat Arapoğlunun kuratorluğu ilə təqdim olunan sərgi Bolqarıstanın yeddi aparıcı rəssamının əsərlərini bir araya gətirərək nəzarət sistemləri, texnoloji vasitəçilik və situativ bilik istehsal formalarının təsiri altında müasir vizual mədəniyyətin, qavrayışın və subyektivliyin necə transformasiya olunduğunu araşdırır.

Programmed Traces is on view at YARAT Centre until 25 October 2026. 📸

Curated by Fırat Arapoğlu, the exhibition brings together seven leading Bulgarian artists to explore how contemporary visual culture, perception, and subjectivity are increasingly shaped by systems of control, technological mediation, and situated forms of knowledge production.

03/07/2026

Kurator Fırat Arapoğlu “Proqramlaşdırılmış izlər” sərgisinin konsepsiyasını təqdim edir.
Sərgi müasir dünyada informasiya və geniş məlumatlarla necə əlaqə qurduğumuzu araşdırır. Təsvirləri və dünyamızı dərk etməyin yeni yolları üzərində düşünməyə dəvət edir.

Curator Fırat Arapoglu presents the concept behind Programmed Traces.
The exhibition explores our relationship with information and big data in today’s world, inviting viewers to consider new ways of understanding images and the world around us.

YARAT Lab proqramı çərçivəsində rəssam, naşir, “Onagöre” layihəsinin həmtəsisçisi Ali Taptıkın rəhbərliyi ilə fotoqrafiy...
02/07/2026

YARAT Lab proqramı çərçivəsində rəssam, naşir, “Onagöre” layihəsinin həmtəsisçisi Ali Taptıkın rəhbərliyi ilə fotoqrafiya sənəti üzrə beşgünlük ustad dərsi keçirilmişdir. Proqram fotoların müəyyən bir mövzu ətrafında əlaqələndirilməsi və vizual silsilələrin yaradılması prinsiplərinə həsr olunmuşdur.

Həmçinin, tədbir zamanı fotoqrafiyanın yaranmasından müasir nümunələrədək əlaqə, sintaksis, təkrarlama və üslub kimi anlayışlar araşdırılmışdır. Yekunda isə hər bir iştirakçı yeni çəkdiyi və ya mövcud fotoşəkillərdən istifadə edərək yeni vizual silsilə hazırlamışdır.

İştirakçılar: Zamir Süleymanov, Ləman Vəkilova, Elturan Məmmədov, Fidan Əbilova, Rəna Əhmədova, Rəfayil Rzayev, Şeyma Kaya, Şəhla Əbbakirova, Ceyran Musayeva.

🗓️ Tarix: 4 iyul / 17:00
📍 Məkan: XX-XXI əsrlər Rəngkarlığı Muzeyi (II mərtəbə)
🎫 Giriş sərbəstdir.

In the frame of YARAT Lab project we hosted the five-day workshop led by Ali Taptik, publisher, artist and cofounder of Onagöre. The concept of the program was focused on relating images and building series of visuals to give them direction, gathering them under a theme or subject.

From the beginnings of photography to contemporary examples, we explored concepts of relation, syntax, repetition, and style. Each participant was invited to produce new work or create a new series from existing images, sequenced together as a group.

Among the participants: Zamir Suleymanov, Laman Vakilova, Elturan Mammadov, Fidan Abilova, Rana Ahmadova, Rafayil Rzayev, Sheyma Kaya, Shahla Abbakirova and Jeyran Musayeva.

🗓️ Date: July 4 / 17:00
📍 Venue: Museum of the Azerbaijani Painting of the XX-XXI Centuries (II floor)
🎫 Admission is free.

Address

Bayıl (Dövlət Bayrağı Meydanına Yaxın)
Baku
1000

Opening Hours

Tuesday 12:00 - 20:00
Wednesday 12:00 - 20:00
Thursday 12:00 - 20:00
Friday 12:00 - 20:00
Saturday 12:00 - 20:00
Sunday 12:00 - 20:00

Telephone

+994125051414

Alerts

Be the first to know and let us send you an email when YARAT Contemporary Art Space posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Establishment

Send a message to YARAT Contemporary Art Space:

Shortcuts

Share