Baku Zoo

Baku Zoo Baku Zoo (Bakı Zooloji Parkı)
🕒 Hər gün saat 10:00-dan 19:00-dək , şənbə/bazar 09:00-dan 19:00-dək.

🇦🇿 Səhifəmizdə keçirilən foto müsabiqədə ictimai səsvermə üçün seçilmiş şəkilləri Sizə təqdim edirik.✨🎥- Bəyəndiyiniz şə...
02/09/2026

🇦🇿 Səhifəmizdə keçirilən foto müsabiqədə ictimai səsvermə üçün seçilmiş şəkilləri Sizə təqdim edirik.✨🎥
- Bəyəndiyiniz şəkilin nömrəsini şərhdə qeyd edin.💬 Ən çox qeyd edilən şəkil qalib elan ediləcək.🏆 Qalib, 5 sentyabr saat 18:00-da səhifəmizdə paylaşılacaq. Hər kəsə uğurlar!✨
🇬🇧 We present to you the photos selected for public voting in the photo contest held on our page.🎥 - Mention the number of the photo you like in the comment. 💬 The most mentioned photo will be declared the winner. 🏆 The winner will be shared on our page September at 18:00. Good luck to everyone!✨

🇦🇿Bakı Zooloji Parkında keçirilən “Himayə Guşəsi” adlı sərgimizdən görüntüləri sizə təqdim edirik. Dördayaqlı dostlarımı...
30/08/2026

🇦🇿Bakı Zooloji Parkında keçirilən “Himayə Guşəsi” adlı sərgimizdən görüntüləri sizə təqdim edirik. Dördayaqlı dostlarımızla tanış olmaq və birlikdə əylənmək istəyənlər hər ayın sonu cümə günü Bakı Zooloji Parkının qonaqları ola bilərlər. Tədbirə qatılan hər kəsə dərin təşəkkürlərimizi bildiririk❤️
🇬🇧We present to you images from our work “Protection Corner” at Baku Zoological Park. Meetings to meet our four-legged friends and have fun together were held at the Baku Zoological Park on the last Friday of every month. We would like to express our deep gratitude to everyone who participated in the event❤️

Dostlar! 🤩Məmnuniyyətlə nəzərinizə çatdırırıq ki, IDEA Heyvanlara Qayğı Mərkəzi və Bakı Zooloji Parkının birgə təşəbbüsü...
27/08/2026

Dostlar! 🤩

Məmnuniyyətlə nəzərinizə çatdırırıq ki, IDEA Heyvanlara Qayğı Mərkəzi və Bakı Zooloji Parkının birgə təşəbbüsü olaraq 50-ci“Himayə Guşəsi” sərgimiz:

🗓️ 28 avqust tarixində;
🕛 Saat 12:00-da;
📍 Bakı Zooloji Parkında təşkil olunacaq.

Qeyd olunan müddət ərzində qonaqlar sərgilənən it və pişiklərlə vaxt keçirə, ev heyvanlarına qulluq haqqında təlimat və məsləhətlər ala, ən əsası isə özlərinə vəfalı dost qazana bilərlər. 🐶🐱

Ev heyvanı sahiblənmək istəyən şəxslər şəxsiyyət vəsiqəsi ilə gələrək, qısa müsahibədən keçərək, öhdəlik sənədi imzalamaqla istədikləri heyvanı himayəyə götürə bilər. Himayə ödənişsizdir.

👨‍👩‍👧‍👦 18 yaşdan aşağı olan şəxslər valideynləri ilə gəlməlidir.

Dördayaqlı dostlarımızla birlikdə Sizi səbirsizliklə gözləyəcəyik! 🐈🐕

📢 Pirşağıda arabaya qoşularaq istifadə edilən at IDEA-nın təşəbbüsü ilə Bakı Zooloji Parkına yerləşdirilib.IDEA İctimai ...
25/08/2026

📢 Pirşağıda arabaya qoşularaq istifadə edilən at IDEA-nın təşəbbüsü ilə Bakı Zooloji Parkına yerləşdirilib.

IDEA İctimai Birliyinə daxil olan vətəndaş müraciətləri və sosial media paylaşımları əsasında Pirşağıda yerləşən IDEA İctimai Çimərliyinin ərazisində arabaya qoşularaq istifadə edilən at ərazidən götürülərək Bakı Zooloji Parkına təhvil verilib.

Baytar mütəxəssisləri tərəfindən at müayinə olunub, qoşqudan yaranmış yaraları işlənilib, heyvana yem və su verilib. Hazırda at baytar nəzarətindədir və müalicəsi davam etdirilir.

IDEA İctimai Birliyi vətəndaşları təbiəti qorumağa bir daha çağırır və heyvanların qanunsuz olaraq saxlanması hallarına yol verilməməsini, bu kimi hallarla rastlaşdıqda isə IDEA İctimai Birliyinin 1113 “Təbiətə Təcili Yardım” qaynar xəttinə və ya rəsmi sosial media kanallarına məlumat vermələrini xahiş edir.

🇦🇿 Bakı Zooloji Parkı foto müsabiqə elan edir! 📸Zooloji parkdakı heyvanlarımızın ən yaxşı və maraqlı şəkillərini axtarır...
24/08/2026

🇦🇿 Bakı Zooloji Parkı foto müsabiqə elan edir! 📸
Zooloji parkdakı heyvanlarımızın ən yaxşı və maraqlı şəkillərini axtarırıq. Müsabiqədə bütün peşəkar və həvəskar fotoqraflar iştirak edə bilərlər. Odur ki, növbəti səfərinizdə kameranızı özünüzlə gətirməyi unutmayın.
📌QAYDALAR:
-Yalnız bir şəkil göndərilə bilər;
- Şəkilləri [email protected]📩 ünvanına göndərin.
- Şəkilin başlığını, fotoqrafın adı, telefonu və e-poçtu daxil olmaqla əlaqə məlumatını təqdim edin;
- Daxil olan şəkillərdən ictimai səsvermə üçün seçilmiş şəkilləri səhifəmizdə paylaşacayıq ( Baku Zoo (Bakı Zooloji Parkı)).
- Ən çox bəyənilən şəkil qalibimiz olacaq.
⚠️ Şəkillər avqustun 29-dan gec olmayaraq göndərilməlidir.
🎟️ Qalib 2 bilet hədiyyə qazanacaq.
🇬🇧 Baku Zoo announces a photo contest! 📸 We are looking for the best and most interesting pictures of our zoo animals. All professional and amateur photographers can participate in the competition. So don’t forget to bring your camera with you on your next trip.
📌RULES:
-Only one picture can be sent; - Send photos to [email protected]📩.
- Provide photo caption, contact information including photographer’s name, phone and email;
- We will share the photos selected for public voting from the included photos on our page (Baku Zoo (Bakı Zooloji Parkı)).
- The most liked picture will be our winner.
⚠️ Photos must be sent no later than August 29
🎟️ The winner will receive 2 tickets as a gift

🇦🇿 Dostlar, çoxsaylı suallara əsasən məlumat postunu Sizlərlə paylaşırıq✨😊Biletləri kassalardan, həmçinin iTicket.AZ-...
21/08/2026

🇦🇿 Dostlar, çoxsaylı suallara əsasən məlumat postunu Sizlərlə paylaşırıq✨😊Biletləri kassalardan, həmçinin iTicket.AZ-dan əldə edə bilərsiniz😊✨
🇬🇧 Friends, based on numerous questions, we are sharing the information post with you✨😊You can buy tickets from the ticket office and also from iTicket.AZ😊✨

🇦🇿 Bakı Zooloji Parkının lektoriyasında IDEA İctimai Birliyinin xüsusi layihəsi olan “Azərbaycanın 9 möcüzəsi” silsiləsi...
16/08/2026

🇦🇿 Bakı Zooloji Parkının lektoriyasında IDEA İctimai Birliyinin xüsusi layihəsi olan “Azərbaycanın 9 möcüzəsi” silsiləsindən “Abşeron Milli Parkı” sənədli filmi nümayiş olundu. Sənədli filmdə Abşeron Parkının tarixi, sirli təbiəti, yaradılışı haqqında maraqlı məlumatlar əldə etdilər. Filmin əsas məqsədi gənclərə ölkəmizin əsrarəngiz təbiət gözəlliklərini göstərmək, həmçinin, ətraf mühitin mühafizəsinin vacibliyini diqqətə çatdırmaqdır.
“Azərbaycanın 9 möcüzəsi” silsiləsindən milli parklar haqqında növbəti sənədli filmləri izləməyə Sizləri də dəvət edirik!✨😊
🇬🇧 The documentary film “Absheron National Park” from the series “9 Wonders of Azerbaijan”, a special project of the IDEA Public Union, was shown to students in the lecture hall of the Baku Zoological Park. In the documentary film, they received interesting information about the history, mysterious nature, and creation of Absheron Park. The main goal of the film is to show young people the mysterious natural beauties of our country, as well as to draw attention to the importance of environmental protection.
We invite you to watch the next documentary films about national parks from the series “9 Wonders of Azerbaijan”!✨😊

Bakı Zooloji Parkının könüllülük proqramına qeydiyyatı davam edir!🤩Azərbaycan Könüllü Təşkilatları İttifaqının tərəfdaşl...
12/08/2026

Bakı Zooloji Parkının könüllülük proqramına qeydiyyatı davam edir!🤩

Azərbaycan Könüllü Təşkilatları İttifaqının tərəfdaşlığı ilə həyata keçirilən seçimlər zamanı müraciət edən könüllülər Bakı Zooloji Parkında könüllü fəaliyyətinə cəlb olunacaq.

Proqram çərçivəsində könüllülər Bakı Zooloji Parkına gələn xarici və yerli qonaqları qarşılamaq, istiqamətləndirmək və məlumatlandırmaq, zooloji parkda olan heyvanlara qarşı düzgün davranış qaydalarına riayət etmək və onlara nəvaziş göstərmək üçün əhalini maarifləndirmək sahəsində fəaliyyət göstərəcəklər. Bundan əlavə, könüllülər ümumilikdə vətəndaşlar arasında heyvanlara xüsusi diqqətin göstərilməsi və onların qorunmasının təbliğində mühüm rol oynayacaqlar. Nəzərinizə çatdıraq ki, könüllülük fəaliyyəti 1 ay olmaqla davam edəcək. Proqramı uğurla başa çatdıran könüllülər sertifikat ilə təltif ediləcək.
Son qeydiyyat tarixi: 17.08.26
Yaş məhdudiyyəti: 16-26

🔗 Qeydiyyat linki: https://docs.google.com/forms/d/e/1FAIpQLSd4mK7vNOFVDMaJZv4c5UEuHSsz0WPcHe17huHO0b-kWB0kZw/viewform

🇦🇿 Gecə turundan maraqlı anları Sizlərlə bölüşürük🌙✨🌘🐅🦘🦝🐾🐻🦁🐍🐢
09/08/2026

🇦🇿 Gecə turundan maraqlı anları Sizlərlə bölüşürük🌙✨🌘🐅🦘🦝🐾🐻🦁🐍🐢

🦁 Bakı Zooloji Parkında şir balaları dünyaya gəlib 🦁📍 Bakı Zooloji Parkında 16.05.2026 tarixində 2 şir balası doğulub. 🐾...
08/08/2026

🦁 Bakı Zooloji Parkında şir balaları dünyaya gəlib 🦁

📍 Bakı Zooloji Parkında 16.05.2026 tarixində 2 şir balası doğulub. 🐾 Balalar ilk gündən etibarən ana südü ilə qidalanır 🍼 və anasının daim nəzarəti altındadır. 🦁💛

✨ Balaların dünyaya gəlməsi zooparkımız üçün sevindirici və əlamətdar hadisədir. 🐾

👀 Şir balaları doğulduqda gözləri bağlı olur və adətən təxminən 7–10 gün sonra gözlərini açmağa başlayırlar. İlk həftələrdə əsas qidaları ana südü olur 🍼. Daha sonra onların qidalanmasına tədricən ət əlavə edilir. 🥩

Balaca aslanlarımıza sağlam və xoşbəxt ömür arzulayırıq! 🦁💚

Address

Bakikhanov Street 39
Baku
AZ1007

Telephone

+994124401096

Website

Alerts

Be the first to know and let us send you an email when Baku Zoo posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Establishment

Send a message to Baku Zoo:

Shortcuts

Share

Category