30/08/2026
English version below.
DanceAbility Azerbaijan-ın “All Bodies Speak” layihəsi çərçivəsində Nərgizin real həyat təcrübəsini əks etdirən illüstrasiyalı hekayə Nar-la tərəfdaşlıq əsasında hazırlanıb.
Hekayə eşitmə məhdudiyyəti olan 24 yaşlı Nərgizin iş mühitində ünsiyyətlə bağlı təcrübəsindən bəhs edir. Nərgizin öz baxışına əsaslanan hekayə xətti və illüstrasiyalar Fəxriyyə Sultanlı tərəfindən hazırlanıb.
Bu vizual hekayələndirmə gündəlik vəziyyət və ünsiyyət maneələrini ön plana çıxarır, iş mühitini Nərgizin perspektivindən görməyə və həqiqi inklüzivliyin, əlçatanlığın və aidiyyət hissinin gündəlik həyatda nə ifadə etdiyini düşünməyə dəvət edir.
Əlilliyi olan şəxslərin şəxsi təcrübələrinə əsaslanan real hekayələrin paylaşılması bu təcrübələrin daha geniş auditoriyaya çatmasına, görünməsinə və yadda qalmasına, eyni zamanda əlillik, inklüzivlik və əlçatanlıq haqqında anlayışın dərinləşməsinə töhfə verir.
İllüstrasiyalı hekayənin şəkil təsviri:
Slayd 1
Çəhrayı - moruq çalarlı tünd qırmızı fonda hazırlanmış illüstrasiyalı üz qabığında “Nərgizin hekayəsi” başlığı, aşağı hissədə isə Nar və DanceAbility Azerbaijan loqoları yer alır.
Slayd 2
Eşitmə məhdudiyyəti olan gənc qadın Nərgiz geniş və açıq ofisdə iş masasının arxasında əyləşib. Yaxınlıqda dörd iş yoldaşı bir-biri ilə söhbət edir. Nərgiz onların səslərini eşitmir, ünsiyyətdə olduqlarını görə bilir.
Slayd 3
Müdir gözlənilmədən komandaya sual verir. İş yoldaşları cavab verərkən Nərgiz nə baş verdiyini anlamaq üçün onların üzlərinə və mimikalarına diqqətlə baxır.
Slayd 4
Nərgizin iş yoldaşı gənc xanım Kəmalə ona tərəf dönərək müdirin dediklərini sadə işarə və jestlərlə çatdırmağa çalışır. Kəmalə işarət dilini tam bilməsə də, Nərgizə kömək edərək onunla komanda arasında bir körpü yaradır.
Slayd 5
İclas zamanı hər kəs sürətlə, bəzən isə eyni anda danışır. Nərgiz danışan şəxsi diqqətlə izləyir, lakin bir neçə nəfərin eyni vaxtda danışması onun üçün çətinlik yaradır.
Slayd 6
Nərgiz və iş yoldaşları iclas masasının ətrafında əyləşiblər. Kəmalə əsas məqamları işarə və jestlərlə Nərgizə izah edir. Nərgiz cavab verir, Kəmalə isə onun dediklərini digərlərinə çatdırır. Nərgiz artıq komandanın bir hissəsi olduğunu anlayır.
*
As part of DanceAbility Azerbaijan’s “All Bodies Speak” project, this illustrated story reflecting Nargiz’s lived experience was created in partnership with Nar.
The story explores the experiences of Nargiz, a 24-year-old woman with a hearing impairment, and her communication in the workplace.
Drawing on Nargiz’s perspective, the storyline and illustrations were developed by Fakhriya Sultanli.
Through visual storytelling, everyday situations and communication barriers are brought into focus, inviting audiences to view the workplace from Nargiz’s perspective and consider what genuine inclusion, accessibility and a sense of belonging mean in everyday life.
Sharing authentic stories rooted in the lived experiences of people with disabilities creates space for audiences to connect with perspectives beyond their own and reflect more deeply on disability, inclusion and accessibility.
ID: Image descriptions for the illustrated story:
Slide 1
A raspberry-toned dark red illustrated cover titled “Nargiz’s Story,” featuring the Nar and DanceAbility Azerbaijan logos at the bottom.
Slide 2
Nargiz, a young woman with a hearing impairment, sits at her desk in a large open office. Four colleagues stand nearby, talking to one another. She cannot hear their voices; she can see that they are communicating.
Slide 3
A manager unexpectedly asks the team a question. While Nargiz’s colleagues respond, she carefully watches their faces and expressions to understand what is happening.
Slide 4
A young woman named Kamala, one of Nargiz’s colleagues, turns towards her and uses simple signs and gestures to communicate the manager’s words. Kamala does not fully know sign language, she tries to help, creating a bridge between Nargiz and the team.
Slide 5
During a meeting, everyone speaks quickly, sometimes at the same time. Nargiz watches the speaker closely, but following several people speaking simultaneously is challenging for her.
Slide 6
Nargiz and her colleagues sit together around a meeting table. Kamala explains the key points to Nargiz using signs and gestures. Nargiz responds, and Kamala communicates her words to the others. Nargiz realizes that she is now part of the team.
Nar