24/05/2020
B.A.R.S. Sahibsiz Heyvanlara Qayğı İctimai Birlik 2012-ci ilin may ayında rəsmi olaraq qeydiyyatdan keçmişdir, və artıq bir neçə ildir ki aktiv fəaliyyət göstərir. Biz özləri yardım istəmək qabilliyətində olmayanların adından sizdən yardım istəyirik. Xahiş edirik, küçələrdə soyuq və ac qalan bizim kiçik qardaşlarımıza diqqətinizi yetirəsiniz. Biz evsiz qalan heyvanların taleyinə biqanə qala bilmirik. Biz xəstə və əlil heyvanları xilas edirik, onlara qayğı qöstəririk, müalicə etdirib onlara etibarlı ev tapmaqa çalışırıq. Hal hazırda bizdə 80-dan artıq xilas edilmiş heyvan var, və onların sizin yardımınıza ehtiyacları var! Biz Azərbaycanda minlərlə yaşayan digər heyvansevərləri kimi konüllü şəkildə fəaliyyət göstəririk, lakin heyvanların sayı artmaqla onları saxlamaq və qidalandırmaq maddi cəhətdən mümkün deyil. Bununla əlaqədar sizdən biganə qalmamaq və bizim bü nəcib fəaliyyətimizə qoşulmağınızı xahiş edirik. Birlikdə biz daha çox heyvan xilas edə bilərik!
Siz bizə necə kömək edə bilərsiz?
- Heyvanların müvəqqəti saxlanması (təcili hallar, müalicə zamanı)
- Heyvanların aparib-gətirilməsi (klinikalara, yeni sahiblərin ünvanlarına, müvəqqəti saxlanmaya aparılma)
- Heyvanlar üçün yeni və etibarlı sahiblərin tapilması
- Heyvanların müdafiəsinə həsr olunmuş müxtəlif aksiyalarda dəstək
- Hər hansi miqdarda maddi yardım
- Heyvanlar üçün evlərin tikilməsi və isitməsi üçün lazim olan materiallar
Həmçinin:
- Qəfəslər (it və pişik üçün, müxtəlif ölçülərdə)
- Dərmanlar
- Anti-birə vasitələri (birə yaxası, şampunlar, Frontlayn sprey, Bars sprey/damcı, Advokat və s.)
- Qurdlara qarşı dərmanlar (Kanikvantel, Drontal, Prazisid suspenziya, Azinoks)
- İt və pişik üçün evlər, volyerlər
- Qida və su qabları
- Yorğanlar
- Oyuncaqlar
- Qida (quru qida, konservlər, ət)
- Pişiklər və itlər üçün vitamin və vitaminli əlavələr
- İt və pişiklər üçün dadlılar (onları bəzən sevindirmək də lazımdır, axi onlar buna layiqdilər!