Dörd Sətir

Dörd Sətir Azərbaycan şairlərinin şeirləri

Sən bu qara sevdalardan,Heç ağ düzəldə bilmədin..Demişdin ki, düzəldəcəm,Ancaq, düzəldə bilmədin..Düşdün o şah xəyallara...
16/05/2025

Sən bu qara sevdalardan,
Heç ağ düzəldə bilmədin..
Demişdin ki, düzəldəcəm,
Ancaq, düzəldə bilmədin..

Düşdün o şah xəyallara,
Uşaq-uşaq xəyallara,
Amma uzaq xəyallara,
Uçaq düzəldə bilmədin.

Vur ağzımdan yalan desəm,
Bu haq-divan, bu mən,bu sən..
Məni sənə qurban kəsən,
Bıçaq düzəldə bilmədin.

Gəlmişdi sənə əlaca,
Eşqim quşuydu, alaca..
Ona qəlbində balaca-
Bucaq düzəldə bilmədin..

Yığılmadım yollarından,
Sağlarından-sollarından,
Niyə mənə qollarından,
Qucaq düzəldə bilmədin...

NEÇİN GƏLMƏDİN?Gözlədim yolunu həsrət içində,Tükəndi taqətim, neçin gəlmədin?Şəhdi-vüsalından üzüldü əlim,Ey dilbər afət...
07/08/2022

NEÇİN GƏLMƏDİN?

Gözlədim yolunu həsrət içində,
Tükəndi taqətim, neçin gəlmədin?
Şəhdi-vüsalından üzüldü əlim,
Ey dilbər afətim, neçin gəlmədin?

Əlimdəki qələm bir sədəfli saz,
Nə qədər səninçün coşar, yorulmaz!
Aramızda olan zəncir qırılmaz,
Ey sözüm-söhbətim, neçin gəlmədin?

Gözlədim yolunu, hava qarardı,
Bu qaranlıq hava ruhumu sardı.
Səndən qəmgin könül sevinc umardı,
Sən ey səadətim, neçin gəlmədin?

DAHA NƏ DEYİM...Deyirəm, ulduzlar nə uzaq olur,Deyirəm, yalqızlar nə yazıq olur.Sevgisiz həyat da yarımçıq olur,Mən sənə...
19/06/2022

DAHA NƏ DEYİM...

Deyirəm, ulduzlar nə uzaq olur,
Deyirəm, yalqızlar nə yazıq olur.
Sevgisiz həyat da yarımçıq olur,
Mən sənə, əzizim, daha nə deyim?!

Deyirəm, hər gecə, hər səhər sənsiz,
Yetimdi bu küçə, bu şəhər sənsiz.
Başımı qatıram birtəhər sənsiz,
Mən sənə, əzizim, daha nə deyim?!

Baxıram, durnalar uçurlar qoşa,
Sevənlər yeriyir verib baş-başa.
Söz var ki, deyilməz dosta, yoldaşa,
Mən sənə, əzizim, daha nə deyim?!

Sənsiz gülün ətri, qoxusu yoxdu,
Gecələr gözümün yuxusu yoxdu,
Ömrün azı qalıb, çoxusu yoxdu,
Mən sənə, əzizim, daha nə deyim?!

Baba Veziroglu

HİKMƏTİki aqil kəs eyləməz dəvə,Eyləməz bir-birinə büğz əsla.Cəng əgməqlə eyləməz aqil,Əqli başında olsa gər kamil.Onu n...
16/02/2022

HİKMƏT

İki aqil kəs eyləməz dəvə,
Eyləməz bir-birinə büğz əsla.
Cəng əgməqlə eyləməz aqil,
Əqli başında olsa gər kamil.
Onu nadan söysə vəhşətlə,
Bu onu ram edər fərasətlə.
Dostluq bil ki, tari-mu kimidir,
Büğz bir səng, ol səbu kimidir.
Gər iki dost olsa sahibdil,
Onu hifz eyləmək deyil müşkil.
Saxlayar bir tükü iki aqil,
Hər ikisi əgər deyillər cahil.
Hər ikisi ki, olsa tirəzəmir,
Onlara tab eyləməz zəncir.

ŞER DEYİLMİMəndən təzə şer xəbər alan dost,Bəs yazın gəlməsi şer deyilmi?!Gəzməyə çıxanda – çölün, çəməninÜzünə gülməsi ...
09/12/2021

ŞER DEYİLMİ

Məndən təzə şer xəbər alan dost,
Bəs yazın gəlməsi şer deyilmi?!
Gəzməyə çıxanda – çölün, çəmənin
Üzünə gülməsi şer deyilmi?!

Yenə gözüm qalıb bağçada, bağda,
Min-min gül açıldı aranda, dağda.
Eyvana əyilən çarpaz budaqda
Bülbülün nəğməsi şer deyilmi?!

Seyr elə hüsnünü göydə durnanın.
Qayada kəkliyin, göldə sonanın.
Aynabənd otaqda gəlin anamın
Şirin laylay səsi şer deyilmi?!

Dərədə moruq dər, döşdə çiyələk.
Gah yağış xoş gəlir, gah sərin külək.
Yaş ötür, doymayır dünyadan ürək, –
Yaşamaq həvəsi şer deyilmi?!

Kim deyir şerin meydanı dardır?
Sonu görünməyən bir ilk bahardır.
Neçə ki, həyat var şer də vardır,-
Həyatın nəfəsi şer deyilmi?!

🇦🇿ZƏFƏR GÜNÜMÜZ MÜBARƏK🇦🇿   #КарабахАзербайджан
07/11/2021

🇦🇿ZƏFƏR GÜNÜMÜZ MÜBARƏK🇦🇿



#КарабахАзербайджан

Təbiətin könül açanMin rəngi, min səsi var.Hər könülün min arzusu,Min rəngli nəğməsi var.Bu arzular, bu nəğmələr,Bu səsl...
08/06/2021

Təbiətin könül açan
Min rəngi, min səsi var.
Hər könülün min arzusu,
Min rəngli nəğməsi var.

Bu arzular, bu nəğmələr,
Bu səslər bir sa kimi-
Mənim solğun sözlərimdə
Heç dil aça bildimi?

Hissim dərin, sözüm solğun,
Qəlbim geniş, sinəm dar.
Məndər əvvəl doğlubdur
Sinəmdəki duyğular.

Səhv atılan addımları
Sonradan anlayıram;
Baxıb vicdan güzgüsünə,
Özümü danlayıram.

Siz ey yanlış addımlarım,
Məni dərdə saldınız
Mən sizlə döyüşdükcə
Gün-gündən çoxaldınız.

Mən haqq-hesab istəyirəm
Gecələr gündüzümdən;
Narahatam, narızıyam
Ömrüm boyu özümdən.

Bizim sənət dünyasının
Qırıq telli sazıyam;
Bircə bundan razıyam ki,
Özümdən narazıyam.

Səhərdən axtarıb gəzirəm, ammaHeç yerdən ətrini ala bilmirəm.Mən sənin sevgini hara qoymuşam,Heç cürə yadıma sala bilmir...
24/04/2021

Səhərdən axtarıb gəzirəm, amma
Heç yerdən ətrini ala bilmirəm.
Mən sənin sevgini hara qoymuşam,
Heç cürə yadıma sala bilmirəm.
Fikrim dağılıbdı axır zamanlar,
Sanki gözə gəlib yaddaşım, huşum.
Yəqin keçən həftə bilər yerini,
Ya da keçən aydan səni soruşum.
Bəlkə yollar oldu məni çaşdıran?
Qatar oğurladı itən sevgimi,
Tələsik düşəndə kupedə qoydum,
Oxunub qurtarmış bir kitab kimi?
Mən səni görəsən harda unutdum?
Yağışda itirdim, qarda unutdum?
Nəsə, həyatdı da... Mən bu yaşıma,
Kimlərdən, nələrdən doyub gəlmişəm.
Təkcə səni deyil,mən özümü də,
Sənli günlərimdə qoyub gəlmişəm.

MƏNDƏN BİR DƏ OLMAYACAQVar olacaq, yox olacaq,Məndən birdə olmayacaq!Gözəl qızlar çox olacaq,Məndən bir də olmayacaq!  G...
20/04/2021

MƏNDƏN BİR DƏ OLMAYACAQ

Var olacaq, yox olacaq,
Məndən birdə olmayacaq!
Gözəl qızlar çox olacaq,
Məndən bir də olmayacaq!

Gecə-gündüz çıraqla sən
Hələ məni gəzəcəksən,
Axtarmaqdan bezəcəksən,
Məndən bir də olmayacaq!

Yollara gül ələsən də,
Səhər-axşam diləsən də,
Başına kül ələsən də,
Məndən bir də olmayacaq!

Başqa yaz, bahar gələcək,
Yağış yağıb, qar gələcək,
Dünya sənə dar gələcək,
Məndən bir də olmayacaq!

Düz qəddini əyəcəksən,
«Hayıf ona» deyəcəksən,
Dizlərinə döyəcəksən,
Məndən bir də olmayacaq!

Yatma belə, hələ oyan,
Getmə belə, hələ dayan,
Səni sevən, səni duyan
Məndən bir də olmayacaq!

Baba Veziroglu

Aldanmağı bacarsaydım,Mən də bir az aldanardım.Tutub nağılın əlindən,Olmayana yollanardım.Doğruların şilləsindən,Sarsınt...
31/03/2021

Aldanmağı bacarsaydım,
Mən də bir az aldanardım.
Tutub nağılın əlindən,
Olmayana yollanardım.

Doğruların şilləsindən,
Sarsıntının pilləsindən,
Varlığımın qülləsindən,
Xəyallara tullanardım.

Pozulan yazı alında,
Qolum yalanın qolunda,
İsmimin altı halında,
Mən də bir az hallanardım.

Qaranlığımdan sönərək,
Həqiqətimdən enərək,
Uşaqlığıma dönərək,
Yelləncəkdə sallanardım.

Bayram idi gecə quşu oxurdu,Adaxlı qız bəy corabın toxurdu,Hər kəs şalın bir bacadan soxurdu,Ay nə gözəl qaydadı şal sal...
20/03/2021

Bayram idi gecə quşu oxurdu,
Adaxlı qız bəy corabın toxurdu,
Hər kəs şalın bir bacadan soxurdu,
Ay nə gözəl qaydadı şal sallamaq,
Bəy şalına bayramlığın bağlamaq.

Şal istədim, mən də evdə ağladım,
Bir şal alıb tez belimə bağladım,
Qulamgilə qaçdım şalı salladım,
Fatma xala mənə corab bağladı,
Xan nənəmi yada salıb ağladı.

Heydərbaba, Mirzəməmmədin bağçası,
Bağçaların turşaşirin alçası,
Gəlinlərin düzmələri, taxçası,
Hey düzülər gözlərimin rəfində,
Xeymə vurar xatirələr səfində.

Bayram olub qızıl palçıq əzərlər,
Naxış vurub otaqları bəzərlər,
Taxçalarda düzmələri düzərlər,
Qız-gəlinin fındıqçası, hənası,
Həvəslənir anası, qaynanansı..

Bakıçının sözü, sövu, kağızı,
İnəklərin bulaması, ağızı,
Çərşənbənin girdəkanı, mövizi,
Qızlar deyər: "Atıl-matıl çərşənbə,
Ayna təkin bəxtim açıl, çərşənbə"

Address

Baku

Website

Alerts

Be the first to know and let us send you an email when Dörd Sətir posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category