ƏSA Teatrı / ESA Theatre

ƏSA Teatrı / ESA Theatre Bakıda yerləşən peşəkar inklüziv teatr. Azərbaycanın əlilliyi olan və olmayan aktyorlardan ibarət ilk inklüziv teatrı

Azərbaycan Respublikasının ilk inklüziv teatrı - ƏSA

Təsisçi və rəhbəri: Nihad Qulamzadə

Baş menecer: Nicat Qulam

Əlaqə: (055) 311 05 98

Bu gün ƏSA Teatrının dəyərli aktrisası Səmayə Qulamzadənin doğum günüdür!🍁 Səmayə Qulamzadə 🎭O, 2017-ci ildən etibarən t...
01/07/2026

Bu gün ƏSA Teatrının dəyərli aktrisası Səmayə Qulamzadənin doğum günüdür!🍁 Səmayə Qulamzadə

🎭O, 2017-ci ildən etibarən teatrımızda fəaliyyət göstərir. Teatrımızın “Yay gecəsində yuxu”, “Adamlar və siçanlar”, “Paris partladı”, “Göy quş”, “Sirri-Ənəlhəq”, “Xəsisin andı”, “Çıxış yoxdur”, “Qonşu”, “Hamlet”, “Axtarış” və “Paris Notr-Dam” tamaşalarında yaddaqalan obrazlarla çıxış etmişdir.

Ad günün mübarək, Səmayə Qulamzadə!🎂

Flör-de-Lis, Humay, İnes, Eşq, Ofeliya, Marta və yaratdığın digər əvəzolunmaz obrazlara görə təşəkkür edirik!

Sevgini və enerjini bizimlə bölüşdüyün üçün çox sağ ol🫶🏻

Bu gün ƏSA Teatrının aktyoru, "Paris Notr-Dam" tamaşasında Qrenquar obrazını canlandıran Can Məmmədovun doğum günüdür! 🎭...
24/06/2026

Bu gün ƏSA Teatrının aktyoru, "Paris Notr-Dam" tamaşasında Qrenquar obrazını canlandıran Can Məmmədovun doğum günüdür! 🎭🎂

İlk teatr təcrübəsini məhz ƏSA Teatrında qazanan aktyorumuz eyni zamanda musiqi ilə də peşəkar şəkildə məşğuldur. 🎶✨ Uzun illərdir vokal ifaçısı kimi səhnələrdə çıxış edərək tamaşaçıların rəğbətini qazanıb. 🎤🌟

Əziz Can, enerjini, səmimiyyətini və sənətə olan sevgini bizimlə bölüşdüyün üçün sənə təşəkkür edirik. 🤝❤️

Sənə möhkəm can sağlığı, tükənməz yaradıcılıq ilhamı, yeni uğurlar və səhnəmizdə bir-birindən maraqlı, yaddaqalan obrazlar yaratmağı arzulayırıq! 🎭✨

Doğum günün mübarək! 🥳🎂🎉

Böyük tamaşamızın son nümayişlərinə çox az qaldı!26 və 27 iyun 20:00-da Heydər Əliyev Sarayında “Paris Notr-Dam” musiqil...
22/06/2026

Böyük tamaşamızın son nümayişlərinə çox az qaldı!

26 və 27 iyun 20:00-da Heydər Əliyev Sarayında “Paris Notr-Dam” musiqili tamaşası nümayiş olunacaq.

Mövsümün son tamaşasını bizimlə birgə izləyin🎭

20/06/2026

Canlı ifalar, unudulmaz performans - “Paris Notr-Dam” müziklı yenidən qarşınızdadır🔔

İki gün ard-arda anşlaqla keçən, rekord sayda tamaşaçı gerdönüşü alan möhtəşəm premyera yenidən davam edir! 🔥

ƏSA Teatrı bu dəfə də iki gün ard-arda qarşınızda olacaq. Ölkənin rekord qıran, böyük tamaşası 26 və 27 iyun tarixində HEYDƏR ƏLİYEV SARAYININ SƏHNƏSİNDƏ! 🎭

Sizi bu həyəcanı bizimlə bir daha bölüşməyə və bu unudulmaz anları birlikdə yaşamağa dəvət edirik!

🎟️ Biletlər iTicket.Az-da və şəhərin bütün teatr & konsert kassalarında satışdadır
⚠️ Yalnız ƏSA Teatrına məxsus tamaşaya bilet aldığınızdan əmin olun.

🔔 Ölkənin rekord qıran, böyük tamaşası — “Paris Notr-Dam” müziklı yenidən qarşınızdadır!İki gün ard-arda anşlaqla keçən,...
16/06/2026

🔔 Ölkənin rekord qıran, böyük tamaşası — “Paris Notr-Dam” müziklı yenidən qarşınızdadır!

İki gün ard-arda anşlaqla keçən, rekord sayda tamaşaçı sevgisi və gurultulu alqışlarla qarşılanan möhtəşəm premyera yenidən davam edir! 🔥✨

🎭 ƏSA Teatrı bu dəfə də iki gün ard-arda sizinlə görüşəcək.
📖 Viktor Hüqonun ölməz sevgi dastanı,
🎶 ruhunuza toxunacaq canlı musiqilər,
💫 unudulmaz performanslar və möhtəşəm səhnə atmosferi
Bu sehrli gecəni bizimlə birlikdə yaşamağa tələsin! ❤️

🎭 “Paris Notr-Dam” | ƏSA Teatrı

🎟️ Biletlər iTicket.az-da və şəhərin bütün teatr və konsert kassalarında satışdadır.
🔗 Link bio-da ⬆️
⚠️ Yalnız ƏSA Teatrına məxsus tamaşaya bilet aldığınızdan əmin olun.

Tədbirlərə biletlərin onlayn sifariş sistemi, Azərbaycanda olan mədəni tədbirlər və əyləncələr. Azərbaycanın afişası

24/05/2026

🔔 Ölkənin rekord qıran, böyük tamaşası — “Paris Notr-Dam” müziklı yenidən qarşınızdadır!

İki gün ard-arda anşlaqla keçən, rekord sayda tamaşaçı sevgisi və gurultulu alqışlarla qarşılanan möhtəşəm premyera yenidən davam edir! 🔥✨

🎭 ƏSA Teatrı bu dəfə də iki gün ard-arda sizinlə görüşəcək.
📖 Viktor Hüqonun ölməz sevgi dastanı,
🎶 ruhunuza toxunacaq canlı musiqilər,
💫 unudulmaz performanslar və möhtəşəm səhnə atmosferi

Bu sehrli gecəni bizimlə birlikdə yaşamağa tələsin! ❤️

🎭 “Paris Notr-Dam” | ƏSA Teatrı

🎟️ Biletlər iTicket.az-da və şəhərin bütün teatr və konsert kassalarında satışdadır.
🔗 Link bio-da ⬆️
⚠️ Yalnız ƏSA Teatrına məxsus tamaşaya bilet aldığınızdan əmin olun.

Sevilən komandamız bu dəfə komediya ilə çıxış edəcək! 🎭 😄📅 20 may saat 20:00-da Molyerin “Xəsis” komediyası ƏSA Teatrını...
07/05/2026

Sevilən komandamız bu dəfə komediya ilə çıxış edəcək! 🎭 😄

📅 20 may saat 20:00-da Molyerin “Xəsis” komediyası ƏSA Teatrının ifasında təqdim olunacaq. ✨

ℹ️ Nihad Qulamzadənin quruluş verdiyi “Xəsis andı” romantik komediyasının hadisələri orta əsrlər Parisində cərəyan edir. 🏰 Xəsis Qarpaqon mənafeyi naminə uşaqlarını özünün seçdiyi insanlarla evləndirmək istəyir. 💰 Lakin oğlu Kleant Mariananı, qızı Eliza isə xidmətçi Valeri sevir. ❤️ Üstəlik, Qarpaqon özü də Mariananı almaq niyyətindədir. 😏

🎫 Biletlər şəhərin bütün teatr və konsert kassalarında, həmçinin iticket.az saytında (link bio-da⬆️)

📍 Akademik Rus Dram Teatrı (Azərbaycan dilində)
📅 20.05.2026
🕖 19:30–20:45
🔸 Yaş həddi: 6+
🎭 Janr: Romantik-komediya

3 ildən sonra yenidən səhnədə!⚡️Dünya dramaturgiyasının görkəmli nümayəndəsi Molyerin məşhur komediyası “Xəsisin andı” —...
25/04/2026

3 ildən sonra yenidən səhnədə!⚡️

Dünya dramaturgiyasının görkəmli nümayəndəsi Molyerin məşhur komediyası “Xəsisin andı” — ƏSA Teatrının təqdimatında!💥

ℹ️Nihad Qulamzadənin quruluş verdiyi “Xəsis andı” romantik komediyasında hadisələr orta əsrlər Parisində baş verir. Varlı və xəsis Qarpaqonun iki övladı var: Kleant və Eliza. Kleant anasıyla kasıb həyat tərzi yaşayan Mariana adlı xanımla evlənmək istəyir, Eliza isə atasının qulluğunda duran Valer adlı xidmətçiyə aşiqdir. Uşaqlarının sevgi maceralarını bilməyən Qarpaqon isə uşaqlarını varlı insanlarla evləndirmək istəyir. Oğlunun sevdiyi Mariananı isə hiyləgər Frozina sayəsində özünə gəlin gətirmək arzusundadır.

🎫Biletlər şəhərin bütün teatr&konsert kassalarında və iticket.az saytında (link bio-da⬆)
📍 - Akademik Rus Dram Teatrı (Azərbaycan dilində)
📅 - 20.05.2026
🕖 - 19:30-20:45
🔸Yaş həddi: 6+
🎭Janr: Romantik-komediya

Bu tədbir QR bilet formasında və ya fiziki bilet olaraq şəhərin kassalarında satılır. QR biletlər tədbir günü aktiv olacaqdır. QR biletlərinizi istifadə etmək üçün iTicket.AZ mobil tətbiqində şəxsi hesabınıza daxil olmalısınız.QR bilet haqqında daha ətraflı: QR bilet ...

Əsas rollarla bir daha tanış olun🎭🔥Ən çox baxılan tamaşamız - “HAMLET”ij peşəkar aktyor heyəti bu dəfə Akademik Rus Dram...
25/04/2026

Əsas rollarla bir daha tanış olun🎭

🔥Ən çox baxılan tamaşamız - “HAMLET”ij peşəkar aktyor heyəti bu dəfə Akademik Rus Dram Teatrının səhnəsində qarşınıza çıxacaq.

📅 29 aprel, saat 19:30
📍 Akademik Rus Dram Teatrı (Azərbaycan dilində🇦🇿)
❗️iTicket.az saytında və kassalarda yalnız “Hamlet | ƏSA Teatrı” başlıqlı tamaşa bizə məxsusdur.
🎫Biletlərinizi elə indi əldə edin - az sayda yerlər qalıb! (link bioda⬆)

✒ Nihad Qulamzadənin quruluşunda dünyanın ən təsirli faciələrindən biri – “Hamlet”. Atasının ölümünün sirrini açmaq üçün “dəli” olmağa qərar verən bir şahzadənin taleyi...
Qaranlıq saray divarları arasında intiqam, sevgi və vicdanın amansız sınağına çevrilən bu hekayə – qanla yazılan bir faciə, ruhla yaşanan bir savaşdır.

✴Əsas rollarda: əməkdar artistlər İlqar Cahangir (Klavdi), Qasım Nağı (Poloni), aktyorlar Elşən Əskərov (Hamlet), Könül Şahbazova (Gertruda), Səmayə Ağayarova (Ofeliya), Elsevər Rəhimov (Laert), Lalə Süleymanova (Horatsio), Sərxan Nəciyev (müşavir), Bəhram Rəhimli (aktyor), Elvin Mirzəyev (aktyor), Gülnar Əlfidatlı (aktyor), Orxan Əliyev (məzarçı)

DİQQƏT DƏLƏDUZLUQ! 📢Hər bir tamaşa bizim üçün böyük bir yaradıcılıq prosesi, tamaşaçılarımıza olan sevgimizin və əməyimi...
21/04/2026

DİQQƏT DƏLƏDUZLUQ! 📢

Hər bir tamaşa bizim üçün böyük bir yaradıcılıq prosesi, tamaşaçılarımıza olan sevgimizin və əməyimizin məhsuludur. Biz inanırıq ki, teatr mühiti qarşılıqlı etibar, hörmət və yüksək etik dəyərlər üzərində qurulmalıdır. Lakin bəzən bu xoş niyyətimizdən sui-istifadə edən xoşagəlməz hallarla qarşılaşırıq.

Belə ki, “Paris Notr-Dam” müziklının premyerasından bir müddət öncə “Artmosfer” qrupu tərəfindən komanda üzvlərinə paylanılması məqsədilə teatrımıza dəvətnamə xahişi ilə müraciət daxil olmuşdu. Biz də sənətə və əməkdaşlığa dəstək olmaq məqsədilə bu müraciəti müsbət cavablandıraraq onlara ödənişsiz bir neçə dəvətnamə təqdim etdik.

Təəssüf hissilə bildirməliyik ki, xoş niyyətlə verilən həmin (!) dəvətnamələrin, Səyyar adlı şəxs tərəfindən 1000 nəfərə yaxın üzvü olan “Konsertlər” və digər buna bənzər “WhatsApp” qruplarında qanunsuz olaraq yarı qiymətinə satıldığı aşkar edilmişdir.

Xatırladırıq ki, üzərində “Dəvətnamə” qeydi olan və satış üçün nəzərdə tutulmayan biletlərin satışı birbaşa dələduzluq hesab olunur və ciddi hüquqi məsuliyyət yaradır.

Bu cür davranışlar ƏSA Teatrının nüfuzuna xələl gətirməkdən əlavə, həm də mədəni dəyərlərimizə qarşı böyük hörmətsizlikdir.

Hörmətli tamaşaçılar, aldadılmamaq və xoşagəlməz hallarla qarşılaşmamaq üçün biletləri yalnız rəsmi satış məntəqələrindən, iticket.az saytından və şəhərin kassalarından əldə etməyinizi xahiş edirik.

Bizim üçün dəyərli olan sizin etibarınızdır!

Address

Şıxəli Qurbanov 19
Baku
1009

Opening Hours

Monday 11:00 - 20:00
Tuesday 11:00 - 20:00
Wednesday 11:00 - 20:00
Thursday 11:00 - 20:00
Friday 11:00 - 20:00
Saturday 11:00 - 18:00

Telephone

+994553110598

Alerts

Be the first to know and let us send you an email when ƏSA Teatrı / ESA Theatre posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Establishment

Send a message to ƏSA Teatrı / ESA Theatre:

Shortcuts

Share