Tat dili - Zuhun tati

Tat dili - Zuhun tati Məqsədimiz tat dilinin öyrənilməsinə və qorunub saxlanmasına öz töhfəmizi verməkdir. 📌

Aksay kəndindən olan Tat ailəsi. Dağıstan, 1904-cü il.📜Fotonun müəllifi: G.J. Ramstedt (Finnish Heritage Agency)Агиль Ма...
04/02/2024

Aksay kəndindən olan Tat ailəsi. Dağıstan, 1904-cü il.

📜Fotonun müəllifi: G.J. Ramstedt (Finnish Heritage Agency)

Агиль Мамедов
#татскийязык

❗❗ Məhəmməd Əminin əslən tat olduğunu bilirdinizmi?🎯 Məhəmməd Əmin Rəsulzadə 1884-cü il yanvarın 31-də Bakının Novxanı k...
31/01/2024

❗❗ Məhəmməd Əminin əslən tat olduğunu bilirdinizmi?

🎯 Məhəmməd Əmin Rəsulzadə 1884-cü il yanvarın 31-də Bakının Novxanı kəndində dünyaya göz açıb.

Azərbaycan Respublikasının Dövlət Arxivi, kameral təsvir, 1831, fond:24, siyahı No:1, iş:344-ə əsasən Molla Ələkbər Əminin (Məhəmməd Əminin atası) babası, Hacı Molla kişi və onun atası, Rəsul Əmin, Xızının Şıx-Xızı kəndində qeydiyyata alınıb. Sonradan, Molla Ələkbər Əmin Novxanıya köçür və burada kənd axundu olur.
Bəzi sonradan çıxan tarixçilərin iddialarına görə Şıx-Xızı kəndi guya əksərən Sayadlar kəndindən gələn əhalidən ibarət olduğu üçün türk kəndi hesab edilir. Lakin, bütün Çar Rusiyası mənbələrindəki siyahıyaalmalarda həm Şıx-Xızı, həm də Sayadlar kəndlərinin əhalisi tat kimi qeydə alınıb.

Milliyətindən asılı olmayaraq, Rəsulzadə Rusiya imperializminə baş qaldırmış müstəqil Azərbaycan xalqının baş təmsilçisi olaraq həmişə ürəyimizdə yaşayacaq.

📜 Postumuzu banimizin sözləri ilə bitirərək, "Bir gün həqiqət parlayacaq... Qalibiyyət günəşi qızıl istibdad zülmü altında inləyən əziz vətənimizdə yenidən doğacaq. Buna qətiyyən şübhə etməyin" deyirik və hörmətlə anırıq.
#татскийязык

27/01/2024

📜Tat dilinin Abşeron ləhcəsində şeir. Hacı Nadir, 18.11.2018-ci il, Balaxanı kəndi.
#татскийязык

🎯 Avesta dünyanın ən qədim davamlı dinlərindən biri olan Zərdüştiliyin dini mətnlərinin əsas toplusudur və təxminən eram...
27/01/2024

🎯 Avesta dünyanın ən qədim davamlı dinlərindən biri olan Zərdüştiliyin dini mətnlərinin əsas toplusudur və təxminən eramızdan əvvəl 1500 - 1000-ci illərdə yazılmışdır. Avesta dinin banisi Zərdüştə aid edilən ilahilər, dualar, rituallar və liturgik mətnlər də daxil olmaqla müxtəlif yazılardan ibarətdir. Bu mətnlər qədim İranın mənəvi və əxlaqi inanclarını əks etdirən zərdüştilik teologiyası və ritual təcrübələrində mərkəzi rol oynayır.

Avesta dili Zərdüştiliyin müqəddəs kitabları olan Avestanı tərtib etmək üçün istifadə edilən qədim İran dilidir. O, qədim fars dili ilə yaxından əlaqəli, lakin fərqli dil xüsusiyyətlərinə malik Şərqi Qədim İran dili kimi təsnif edilir. Sasanilər dövründə inkişaf etdirilən Avesta yazısı dini mətnləri qorumaq üçün xüsusi olaraq yaradılmışdır və onun istifadəsi ilk növbədə liturgik və dini xarakter daşıyırdı.

‼ Gülsüm Hüseynovanın "Tat dili leksik fondunun genealoji təhlili" adlı kitabında Tat dilinin lüğət tərkibindəki Avesta dili və digər İrani dillər ilə ortaq sözlərə nümunələr göstərilmişdir.

Cədvəli tərtib edən: Allahverdi Hasanov

Kitab haqqında məlumat verdiyinə görə Teymur Quliyev-ə təşəkkürümüzü bildiririk.

📜 Mənbə: "TAT DİLİ LEKSİK FONDUNUN GENEALOJİ TƏHLİLİ", Gülsüm Hüseynova, BAKI - 2013
#татскийязык

23/01/2024

Quba rayonunun Çiçi kənd sakinlərinin müsahibəsi.
#татскийязык

23/01/2024

Quba rayonunun Çiçi kənd sakini Şəhriyar Həsənovun müsahibəsi. Videonun sonunda Şəhriyar bəy tat dilində də danışır.
#татскийязык

‼🎯 “Türkləşmə” prosesinin canlı şahidlərindən olan, Azərbaycanın görkəmli ziyalısı Həsən Bəy Zərdabi (1837-1907) “Dil da...
18/01/2024

‼🎯 “Türkləşmə” prosesinin canlı şahidlərindən olan, Azərbaycanın görkəmli ziyalısı Həsən Bəy Zərdabi (1837-1907) “Dil davası” adlı məqaləsində yazır:

“O ki, dərya kənarında olan tatlardır, onların bir tərəfi İran olduğuna indiyəcən qalırlar. Bakı kəndlərinin əhli bu axır zamanacan tat dili danışırlar və bu halda da kəndlərin çoxu o dili danışır. Amma onların hamısı türk dilində də danışırlar. Ona görə demək olur ki, burada da tatlar türkləşirlər. Bircə Lənkəran uyezdində talış mahalında tatlar qalıblar ki, onların ətrafında olan türklər mirur ilə (tədricən) onları da türkləşdirəcəkdirlər.

Doğrudur, bu halda Bakı və Lənkəran uyezdlərində tatlar türkləşirlər. Amma bu halda da onların arasında fars dili məruf (bilinən) dil hesab olur və yazıçıların çoxu özü danışdığı türk dili ilə yaza bilmir və türk dilində yazmaq istəyən də o qədər fars sözü işlədir ki, biçarə türklər onu oxuyub anlamaqdan ötrü gərək gedib illər ilə fars dili öyrənsinlər. Əlbəttə, bu dil davası belə qalmaz. Bir az vaxtdan sonra camaat lap türkləşəndə yazıçılar da mirur ilə türkləşəcəkdirlər. Amma nə qədər tez türkləşsəydilər o qədər türkləşmiş camaata artıq nəf (fayda) olardı.”

Həsən bəy Zərdabinin də qeyd etdiyi kimi, o dövrdə tatlar "türkləşirdilər" və ya “türkləşdirilirdilər”.

📜 Mənbə: “Dil davası” məqaləsi, Həsən bəy Zərdabi. "Həyat" qəzeti №12, 13 yanvar 1906-cı il.
#татскийязык

‼🎯 “Türkləşmə” prosesinin canlı şahidlərindən olan, Azərbaycanın görkəmli ziyalısı Həsən Bəy Zərdabi (1837-1907) “Dil da...
17/01/2024

🗺️ 1880-ci ildə Qafqaz Statistika Komitəsi tərəfindən tərtib olunmuş Qafqaz diyarının etnoqrafik xəritəsi.‼️ Xəritəyə əs...
16/01/2024

🗺️ 1880-ci ildə Qafqaz Statistika Komitəsi tərəfindən tərtib olunmuş Qafqaz diyarının etnoqrafik xəritəsi.

‼️ Xəritəyə əsasən 1880-ci ildə Azərbaycanda yaşayan tatların sayı 81 min 490 nəfərdir.

Nəzərinizə çatdırmaq istərdik ki, bu dövrdə Rusiya İmperiyasının assimilyasiya prosesi artıq 50 ildir ki, başlamışdı. Bundan öncə, qeyd ediləndən daha çox sayda tat olduğunu düşünürük.
Paylaşımın rəy bölməsində tatların yaşadığı ərazilərin böyüdülmüş görüntülərinə baxa bilərsiniz.

📜 Mənbə: “Qafqaz diyarının etnoqrafik xəritəsi”, 1880-ci il, Qafqaz Statistika Komitəsinin baş redaktoru N. K. Zeydlits

https://upload.wikimedia.org/wikipedia/commons/f/fd/Этнографическая_карта_Кавказского_края_%281880_г.%29..jpg
#татскийязык

🗺️ 1880-ci ildə Qafqaz Statistika Komitəsi tərəfindən tərtib olunmuş Qafqaz diyarının etnoqrafik xəritəsi. ‼️ Xəritəyə ə...
16/01/2024

🗺️ 1880-ci ildə Qafqaz Statistika Komitəsi tərəfindən tərtib olunmuş Qafqaz diyarının etnoqrafik xəritəsi.

‼️ Xəritəyə əsasən 1880-ci ildə Azərbaycanda yaşayan tatların sayı 81 min 490 nəfərdir.

Nəzərinizə çatdırmaq istərdik ki, bu dövrdə Rusiya İmperiyasının assimilyasiya prosesi artıq 50 ildir ki, başlamışdı. Bundan öncə, qeyd ediləndən daha çox sayda tat olduğunu düşünürük.

Paylaşımın rəy bölməsində tatların yaşadığı ərazilərin böyüdülmüş görüntülərinə baxa bilərsiniz.

📜 Mənbə: “Qafqaz diyarının etnoqrafik xəritəsi”, 1880-ci il, Qafqaz Statistika Komitəsinin baş redaktoru N. K. Zeydlits

https://upload.wikimedia.org/wikipedia/commons/f/fd/Этнографическая_карта_Кавказского_края_%281880_г.%29..jpg
#татскийязык

Tat dilinin Abşeron ləhcəsində (Parsi) "Maşallah" adlı qəzəl. ✍️📜Qəzəlin müəllifi: Seyfulla Şüvəlani       #татскийязык ...
15/01/2024

Tat dilinin Abşeron ləhcəsində (Parsi) "Maşallah" adlı qəzəl. ✍️
📜Qəzəlin müəllifi: Seyfulla Şüvəlani
#татскийязык

‼️ Sovet iranşünası, Moskva Dövlət Universitetinin professoru, filologiya elmləri doktoru Boris Vsevolodoviç Miller (187...
10/01/2024

‼️ Sovet iranşünası, Moskva Dövlət Universitetinin professoru, filologiya elmləri doktoru Boris Vsevolodoviç Miller (1877-1956) 1929-cu ildə çap olunmuş, müəllifi olduğu «Tatlar, onların məskunlaşması və ləhcələri» kitabında yazırdı:

"Tat dilinin Xızı ləhcəsi ilə bağlı kifayət qədər az material toplamışam. Bakıda Xızı sakini Cəfər Cabbarlıdan tat dilinin Xızı ləhcəsində kiçik bir şeir və, bundan əvvəl Əli Kərimovdan tat dilinin Balaxanı ləhcəsində əldə etdiyim lətifəni, tat dilinin Xızı ləhcəsində qeydə aldım. Xızı kəndinə ziyarətim zamanı kiçik lüğət materialı topladım, ayrı-ayrı ifadələri qeydə aldım və Talıb Aslan oğlu adında yerli sakin tərəfindən qısa bir lətifə qeydə aldım."

📜 Mənbə: «Tatlar, onların məskunlaşması və ləhcələri», Prof. Boris Miller, Bakı – 1929-cu il. Səh. 28.
#татскийязык

Address

Baku

Website

Alerts

Be the first to know and let us send you an email when Tat dili - Zuhun tati posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share