Azerbaijan State Academic Philharmonic Hall

Azerbaijan State Academic Philharmonic Hall M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyası During the Russian Civil War it served as a place for public rallies.

The Azerbaijan State Philharmonic Hall was constructed throughout 1910–1912 at the request of the city elite and designed by the architect Gavril Ter-Mikelov in the Italian Renaissance (exterior) and German Rococo (interior) styles. Its design was inspired by the architectural style of buildings within the Monte-Carlo Casino, particularly l'Opéra de Monte-Carlo. The society (known as the Summer Ce

ntre for Public Gatherings prior to 1936) was originally organized as a club for the wealthy of Baku, who attended it for banquets and entertainment. In 1936, the club was reorganized into a residence for the Philharmonic society aimed at promoting Azerbaijani classical and folk music. On 11 August 1937 after the building underwent renovation it was named after composer Muslim Magomayev. In 1995, the hall was closed down for the more than 8 years for another renovation. However no restoration works were performed for the most part of that period, much to the discontent of many residents of Baku. Azerbaijan's Minister of Culture explained such delay by the fact that underground waters had damaged the base of the building over time. Nevertheless there were reports (mainly in the opposition media) that the money provided for the renovation by the government or donated by various prominent musicians (such as Mstislav Rostropovich, a Baku native) was largely misappropriated by the bureaucrats and officials who were in charge of funding the project. It was not until November 2002 that the restoration works resumed due to President Heydar Aliyev's special decree. The opening of the fully renovated building took place on 27 January 2004

11/07/2026

M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının Yay səhnəsində keçirilən "İncə Sənətlə Üz-üzə" adlı konsertdən olan görüntüləri sizlərə təqdim edirik!

M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının Kamera və Orqan Musiqisi Zalında Beynəlxalq müsabiqələr la...
11/07/2026

M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının Kamera və Orqan Musiqisi Zalında Beynəlxalq müsabiqələr laureatı, Vyana Operasının artisti Miriam Hacıyevanın "Vyanadan sevgi ilə" adlı solo konserti keçirilib.

Konsertdə Miriam Hacıyeva (soprano) dünya vokal musiqisinin müxtəlif dövrlərini və üslublarını əhatə edən zəngin proqramla çıxış edib. Axşam ərzində J.Brahms, F.Schubert, R.Strauss, G.Rossini, V.Bellini, R.Leoncavallo, S.Raxmaninov, D.Zehavi, H.Villa-Lobos, eləcə də Azərbaycan bəstəkarları Fikrət Əmirov və Tofiq Quliyevin əsərləri səsləndirilib.

Proqram boyunca Miriam Hacıyevanı İlahə Sadıq-Zadə (piano) və Əyyub Əliyev (violonçel) müşayiət edib. Konsertdə həmçinin Raul Hüseynov (gitara) çıxış edərək Tofiq Quliyevin "Sənə də qalmaz" əsərinin ifasında solistlə birlikdə səhnəyə çıxıb.

Müxtəlif dillərdə səsləndirilən vokal əsərlər, opera ariyaları, kamera vokal musiqisindən Azərbaycan bəstəkarlarının əsərlərinədək geniş repertuarı əhatə edib. Proqram dinləyicilərə Avropa vokal musiqisinin zəngin ənənələrini və Azərbaycan musiqisinin özünəməxsus xüsusiyyətlərini bir arada təqdim edib.

3 iyul M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının Yay Zalında "İncə Sənətlə Üz-Üzə" adlı mövsümün yek...
04/07/2026

3 iyul M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının Yay Zalında "İncə Sənətlə Üz-Üzə" adlı mövsümün yekun konserti keçirildi.
Müxtəlif dövrləri və musiqi ənənələrini əhatə edən rəngarəng proqramı ilə seçilən konsert dinləyicilərə unudulmaz musiqi axşamı bəxş etdi. Gecə boyunca dinləyicilər klassikanın zərifliyi, romantizmin coşqusu, simfonik musiqinin möhtəşəmliyi və caz musiqisinin parlaq səhifələri ilə tanış oldular.
Konsertdə baş dirijor Fuad İbrahimovun rəhbərliyi ilə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri çıxış etdi.
Proqram G.Rossini "Oğru sağsağan" operasına Uvertüra ilə başladı. Daha sonra A.Borodin "Knyaz İqor" operasından "Qıpçaq rəqsləri", eləcə də G.Gershwin "Amerikalı Parisdə" simfonik poeması səsləndirildi.
Konsertin ikinci hissəsində E. Grieg-in piano və orkestr üçün a-moll, op.16 Konserti təqdim olundu. Üç hissədən ibarət olan Konserti pianoçu Murad Hüseynov səsləndirdi. Solist və orkestrin birgə ifası dinləyicilər tərəfindən böyük maraqla qarşılandı.
Zəngin repertuarı, yüksək səviyyəli ifaları və bayram ovqatı ilə yadda qalan "İncə Sənətlə Üz-Üzə" adlı mövsümün yekun konserti müxtəlif musiqi üslub və dövrlərini bir araya gətirərək dinləyicilərə xoş təəssüratlar bəxş etdi və Filarmoniyanın növbəti yaradıcılıq mövsümünə uğurlu bir yekun vurdu.

"Klassik musiqi axşamı" adlı konsert keçirildi30 iyun M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının Kame...
03/07/2026

"Klassik musiqi axşamı" adlı konsert keçirildi

30 iyun M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının Kamera və Orqan Musiqisi Zalının səhnəsində dosent Mina Aslanovanın tələbə və şagirdlərinin iştirakı ilə "Klassik musiqi axşamı" adlı konsert keçirildi.

Konsertdə gənc violin ifaçıları klassik musiqi repertuarından seçilmiş əsərlərlə çıxış etdilər.

Solistlər Zenfira Mirağayeva, Mədinə Məmmədova, Cahan Murğuzlu, Bəşir Yusifov, İbrahim Gözəlov, Emil Niftalıyev, Maya Boroditskaya, Ülvi Məmmədli, Xədicə Gözəlova, Leyla Yolçiyeva, Nəzrin Hüseynova, Aydan Hacıəhmədova və Qədir Günəşov (konsertmeysterlər Fatimə Hüseynova, Tomris Hüseynova, Arzu Səfərova) oldular. Proqramın sonunda Violinoçular ansamblı çıxış etdi.

Konsert proqramında E. Mollenhauer “The Infant Paganini”, “The Boy Paganini”, A. Qlazunov “Dolu”, W. Potstock “Souvenir de Sarasate”, F. Əmirov “Sevgi rəqsi”, A. Schnittke “Polka”, A. Vivaldi “İlin fəsilləri” silsiləsindən “Yay” (I hissə), N. Paganini Violin üçün 4 nömrəli konsert (II hissə), M. Bruch Violin üçün 1 nömrəli konsert (III hissə), H. Wieniawski “Parlaq Polonez”, C. Saint-Saëns Violin üçün 3 nömrəli konsert (II hissə), S. Barber Violin üçün konsert, op. 14 (II hissə), H. Wieniawski Violin üçün 1 nömrəli konsert (III hissə), həmçinin A. Piazzollanın “Oblivion” əsəri səsləndirildi.

Konsert dinləyicilər tərəfindən böyük maraqla qarşılandı və gənc ifaçıların peşəkarlığı alqışlarla qiymətləndirildi.

3 İyul saat 20:00-da M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının Yay zalında "İncə Sənətlə Üz üzə" adl...
30/06/2026

3 İyul saat 20:00-da M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının Yay zalında "İncə Sənətlə Üz üzə" adlı möhtəşəm konsert keçiriləcək.Konsertdə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri və baş dirijor Fuad İbrahimov çıxış edəcək.
Proqramda G.Rossini - “Oğru sağsağan” operasına Uvertüra,
A.Borodin - "Knyaz İqor" operasından “Qıpçaq rəqsləri”,
E.Grieg - Piano və orkestr üçün Konsert a-moll, op.16
Solist: Murad Hüseynov (piano)
G.Gershwin - "Amerikalı Parisdə" G-dur səslənəcək.

İyunun 29-da Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş “Türk Dünyası Həftəsi”nin rəsmi açılış mərasi...
30/06/2026

İyunun 29-da Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş “Türk Dünyası Həftəsi”nin rəsmi açılış mərasimi keçirilib.
Tədbirdə Azərbaycan Dövlət Rəqs Ansamblı və F.Əmirov adına Əməkdar Kollektiv Azərbaycan Dövlət Mahnı və Rəqs ansamblı, Azərbaycan Dövlət Xor Kapellası çıxış edib.

Pianoçu və bəstəkar Etibar Əsədlinin konserti keçirildi19 iyun M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyas...
30/06/2026

Pianoçu və bəstəkar Etibar Əsədlinin konserti keçirildi

19 iyun M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının səhnəsində pianoçu və bəstəkar Etibar Əsədlinin konserti keçirildi.

Konsertdə Etibar Əsədli (piano), Ruslan Hüseynov (kontrabas), Elvin Bəşirov (zərb alətləri), Şəhriyar İmanov (tar), Leyla Muradzadə və Bakı Qızlar Xoru çıxış etdilər.

Proqramda Etibar Əsədlinin "Hope", "Roads" və "Barbara" əsərləri, Üzeyir Hacıbəylinin "Arşın mal alan" operettasından improvizə edilmiş fraqmentlər, Azərbaycan xalq mahnısı "Qara qaşın vəsməsi", Şəhriyar İmanovun "Pulse", Andrey Babayevin "Pıçıldaşın ləpələr" və Leonid Vaynşteynin "Azərbaycan" əsərlərinin improvizasiya elementləri ilə zəngin yeni musiqi işləmələri təqdim olundu.
İfaçıların yüksək peşəkarlığı, improvizasiya bacarığı və fərdi interpretasiyası dinləyicilər tərəfindən böyük maraqla qarşılandı, konsert isə musiqisevərlərə yaddaqalan təəssüratlar bəxş etdi.

26/06/2026
Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestrinin Şəkidə qastrol konserti keçirilib.Azərbaycan Respublikası Mədəniyyət N...
25/06/2026

Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestrinin Şəkidə qastrol konserti keçirilib.

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşəbbüsü və təşkilatçılığı ilə həyata keçirilən ölkənin aparıcı bədii kollektivlərinin genişmiqyaslı mədəni qastrol proqramı davam edir.

Layihə “Azərbaycan Mədəniyyəti – 2040” Konsepsiyasında müəyyən edilmiş prioritet istiqamətlərdən olan mədəniyyətin regionlarda əlçatanlığının artırılması, paytaxt və bölgələr arasında mədəni inteqrasiyanın gücləndirilməsi, eləcə də ölkə üzrə vahid mədəni ekosistemin formalaşdırılması məqsədilə həyata keçirilir.

Layihə çərçivəsində iyunun 24-də Şəki şəhərində yerləşən Heydər Əliyev Mərkəzində M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyası nəzdində fəaliyyət göstərən Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestrinin konserti keçirilib.

Əməkdar artist İlahə Hüseynovanın dirijorluğu ilə təqdim olunan proqramda Azərbaycan bəstəkarlarının əsərləri və xalq musiqisi nümunələri səsləndirilib. Konsertdə Ü.Hacıbəyli “Koroğlu” operasından “Cəngi”, S.Ələsgərov “Rəqs-tokkata”, B.Nəsibov “Qarabağ”, P.Bülbüloğlu “Şən Azərbaycan”, V.Adıgözəlov “Bayram süitası”, Ş.Axundova “Həsrətindən” və “Şəki”, A.Məlikov “Çıx yaşıl düzə”, E.Sabitoğlu “İncə bellim”, Niyazi “Qaytağı”, Fikrət Əmirov “Reyhan” mahnısı və “Gözün aydın” musiqili komediyasından “Rəqs”, Əlibaba Məmmədov “Xudayar təsnifi” (“Vətən yaxşıdı”) və Rauf Hacıyevin “Azərbaycan” əsərləri ifa olunub.

Proqramda Əməkdar artistlər Almaz Orucova və Xəyyam Məmmədov, solistlər Orxan Soltanov, Talıb İsgəndərli, Vüsal Qasımov, Rəvanə Qurbanova və Əvəzxan Əzizov çıxış ediblər.

Orkestrin və solistlərin təqdim etdikləri rəngarəng musiqi nömrələri dinləyicilər tərəfindən böyük maraq və alqışlarla qarşılanıb.

Professor Hökümə Əliyevanın violin sinfi üzrə tələbələrinin konserti keçirildi23 iyun M.Maqomayev adına Azərbaycan Dövlə...
25/06/2026

Professor Hökümə Əliyevanın violin sinfi üzrə tələbələrinin konserti keçirildi
23 iyun M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının səhnəsində Əməkdar müəllim, sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Hökümə Əliyevanın violin sinfi üzrə tələbələrinin konsert proqramı baş tutdu.Konsertdə dirijor Cavad Tağızadənin rəhbərliyi ilə Q.Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri iştirak etmişdir. Konsertmeyster Arzu Səfərova olmuşdur.
Tədbirdə ilk olaraq sənətşünaslıq üzrə elmlər doktoru, dosent Leyla Zöhrabova çıxış etdi, gənc musiqiçilərin peşəkar inkişafı və yaradıcılıq uğurları barəsində fikirlərini bölüşdü.
Konsert proqramında Prezident təqaüdçüsü Zərrin Əliyeva, Əli Əliyev (saksofon), Mələk Mustafazadə, İlay Kərimli, Nuray Səmədova, Həcər Hüseynli, Ümid Mustafazadə, Səbinə Həsənzadə, Kənan Bağırov, Xədicə Qasımova və Kənan Məmmədzadə çıxış etdilər.
Proqramda N.Paganini, A.Vivaldi, E.Bloch, N.Əliverdibəyov, C.Quliyev, T.Bakıxanov, P.Sarasate, A.Əliyev, M.Falla,
C.Saint-Saëns və A.Schnittke kimi görkəmli bəstəkarların əsərləri səsləndirildi.
Tədbirin sonunda Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Zümrüd Dadaşzadə və professor Hökümə Əliyeva çıxış edərək gənc ifaçıları təbrik etmiş, onların gələcək yaradıcılıq fəaliyyətlərində uğurlar arzulamışlar.
Müxtəlif dövrləri və musiqi üslublarını əhatə edən proqram dinləyicilər tərəfindən böyük maraqla qarşılanmış, gənc ifaçıların yüksək peşəkarlığı və səhnə mədəniyyəti alqışlarla qiymətləndirilmişdir.

Address

İstiqlaliyyat 10
Baku
1001

Opening Hours

Monday 10:00 - 18:00
Tuesday 10:00 - 18:00
Wednesday 10:00 - 18:00
Thursday 10:00 - 18:00
Friday 10:00 - 18:00

Telephone

0124972904

Alerts

Be the first to know and let us send you an email when Azerbaijan State Academic Philharmonic Hall posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Establishment

Send a message to Azerbaijan State Academic Philharmonic Hall:

Shortcuts

Share