ASYA

ASYA Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from ASYA, Performance Art, Bayıl (Dövlət Bayrağı Meydanına yaxın), Baku.

Sizi LITTLE YARAT: Parenting layihəsi çərçivəsində keçiriləcək yeni ustad dərslərinə dəvət edirik 🎭Bu dəfə iştirakçılar ...
12/11/2025

Sizi LITTLE YARAT: Parenting layihəsi çərçivəsində keçiriləcək yeni ustad dərslərinə dəvət edirik 🎭

Bu dəfə iştirakçılar teatr və kino rejissoru Konstantin Soldatov ilə birgə öz daxilindəki aktyoru, hekayəçini və yaradıcı insanı kəşf edəcəklər. Proqram uşaqlar və valideynlər üçün nəzərdə tutulub və ardıcıl üç məşğələdən ibarətdir.

🎬 Proqramda:
• daxili sərbəstliyin və diqqətin inkişafı üçün tapşırıqlar;
• ünsiyyət və fantaziyanı gücləndirən oyunlar;
• aktyorluq etüdləri və özünü təqdimetmə;
• nəfəs və səs üçün məşqlər;
• interaktiv formatda iş.

Son dərsdə iştirakçılar rejissorla birlikdə kiçik performans yaradacaq – burada hər kəs səhnədə özünü ifadə etmə fürsəti qazanacaq.

Yaş: 6+
📅 16, 23 və 30 noyabr | 🕛 12:00
📍 XX–XXI əsrlər Azərbaycan Rəngkarlığı Muzeyi (II mərtəbə)

🎟️ Yerlər məhduddur.
Qeydiyyat üçün WhatsApp nömrəsi: +994502514118

Sizi “Özünü kəşf et” layihəsi çərçivəsində keçiriləcək noyabr ayı üzrə ustad dərslərinə dəvət edirik 🎨Bu ay “Özünü kəşf ...
07/11/2025

Sizi “Özünü kəşf et” layihəsi çərçivəsində keçiriləcək noyabr ayı üzrə ustad dərslərinə dəvət edirik 🎨

Bu ay “Özünü kəşf et” ustad dərsləri rəngarəng yaradıcılıq təcrübələri ilə gəlir — portretdən xalçaçılığa, kətan üzərində rəngkarlığa qədər.

12 noyabr — İnna Kostina
Mövzu: Portret
İştirakçılar quaş və akril boyalarla akvarel kağızı üzərində portretlər yaradaraq, fərdi baxış bucaqlarını ifadə etməyi öyrənəcəklər.

19 noyabr — Vüsal Rəhim
Mövzu: Xalçaçılıq
Bu dərsdə hər kəs xalçanın bir hissəsini yun saplarla öz tərzində işləyəcək. Yekunda isə bütün fraqmentlər birləşərək vahid art-obyektə çevriləcək.

26 noyabr — Nərgiz Qəyyur
Mövzu: Kətan üzərində rəngkarlıq
İştirakçılar daxili aləmlərini rəng və forma vasitəsilə kətana köçürəcək, duyğularını sözsüz şəkildə ifadə etməyi təcrübədən keçirəcəklər.

👥 Yaş: 16+
📍 Məkan: XX–XXI əsrlər Azərbaycan Rəngkarlığı Muzeyi (II mərtəbə)
🕖 Vaxt: 19:00

İştirak öncədən qeydiyyat əsasındadır.
Yerlərin sayı məhduddur.

Qeydiyyat üçün WhatsApp nömrəsi: +994502514118

Sizi “Özünü kəşf et” layihəsi çərçivəsində keçiriləcək oktyabr ayı üzrə ustad dərslərində iştirak etməyə dəvət edirik 🎨2...
18/10/2025

Sizi “Özünü kəşf et” layihəsi çərçivəsində keçiriləcək oktyabr ayı üzrə ustad dərslərində iştirak etməyə dəvət edirik 🎨

21–22 oktyabr
Tyutor: İnna Kostina
Mövzu: Batika

İştirakçılar batika texnikasında (parça üzərində rəngkarlıq) öz yaradıcılıqlarını ifadə edəcəklər.
Rəng, forma və kompozisiya ilə eksperiment apararaq şəxsi duyğularını və ilhamlarını əsərlərinə əks etdirəcəklər.
Mövzular sərbəstdir — bu, hər bir iştirakçı üçün fərdi yaradıcılıq və özünüifadə məkanıdır.

29 oktyabr
Tyutor: Ramal Kazım
Mövzu: Mənzərə

İştirakçılar rəssamla birlikdə rəngkarlıq vasitəsilə ovqat, təəssürat və işıq-kölgəni ifadə etmə yollarını araşdıracaqlar.
Bu, vaxtın axışını duymaq, ətraf aləmi incəliklərinə qədər kəşf etmək və onu öz rəng palitrası ilə kətanda canlandırmaq fürsətidir.

👥 Yaş: 16+
📍 Məkan: XX–XXI əsrlər Azərbaycan Rəngkarlığı Muzeyi (II mərtəbə)
🕖 Vaxt: 19:00

İştirak öncədən qeydiyyat əsasında mümkündür.
Yerlərin sayı məhduddur.

WhatsApp nömrəsinə yazaraq qeydiyyatdan onlayn keçə bilərsiniz: +994502514118

📣📣YARAT Müasir İncəsənət Məktəbinin 3-cü mövsümü başlayır!Builki proqram tamamilə kinematoqrafiyaya həsr olunub 🎬Azərbay...
15/10/2025

📣📣
YARAT Müasir İncəsənət Məktəbinin 3-cü mövsümü başlayır!
Builki proqram tamamilə kinematoqrafiyaya həsr olunub 🎬

Azərbaycan rejissoru, prodüser, montajçı və Avropa Kino Akademiyasının üzvü Rüfət Həsənovun müəllif proqramı gənc yaradıcılara kino istehsalında möhkəm təməl qazandırmağı hədəfləyir.

🎥 Proqram haqqında
Bu praktik və hərtərəfli kurs iştirakçılara kino istehsalının bütün mərhələlərini canlı təcrübə üzərindən öyrənmək imkanı verir.
Tədris prosesi real vaxtda tammetrajlı filmin hazırlanması və istehsalı üzərində qurulub.

Tələbələr yerli və beynəlxalq mütəxəssislərin rəhbərliyi ilə kino istehsalında nəzəri bilikləri praktiki təcrübə ilə birləşdirəcəklər.

📚 Kursun strukturu
• I semestr: ssenari, vizual dil, fənlərarası kontekst və filmin hazırlanması prosesi
• II semestr: rejissorluq, prodüserlik, montaj, komanda işi və layihənin təqdimatı

Proqram müddətində tələbələr qruplara bölünəcək — hər qrup rejissor, operator, prodüser və ssenaristdən ibarət olacaq.
Kursun sonunda isə 3–5 dəqiqəlik qısametrajlı film təqdim olunacaq.

📆 Dərslər: həftədə 4 dəfə
📌 Qəbul: müsabiqə əsasında
📅 Son müraciət tarixi: 1 dekabr 2025
🔗 Qeydiyyat linki — bio-da

Şəhərdə tənhalıq haqqında 5 kitab 📚Şəhər – görüşlərin, təsadüflərin və izdihamların məkanıdır. Amma eyni zamanda insanın...
14/10/2025

Şəhərdə tənhalıq haqqında 5 kitab 📚

Şəhər – görüşlərin, təsadüflərin və izdihamların məkanıdır. Amma eyni zamanda insanın özünü ən tənha hiss edə biləcəyi yerdir. Təqdim edilən nəşrlər şəhər tənhalığının müxtəlif cəhətlərini — rəssamın, yazıçının, filosofun və memarın baxış bucağından göstərir.

📗 Rəssamlıq
Edvard Hopper – Amerikanın portretləri
Boş küçələr, kafe səhnələri, donmuş fiqurlar — Hopper-in rəsmlərində sükut və yadlaşma şəhər həyatının ayrılmaz hissəsinə çevrilir. “Gecə qırğıları” əsəri isə urban tənhalığın rəmzidir.

📘 Bədii ədəbiyyat
Alber Kamü – Yad
Cəmiyyətin qaydalarına sığmayan insan. Kamü sosial mühitdəki yadlaşmanı göstərir və meqapolisin ekzistensial tənhalığını açır.

📙 Fəlsəfə
Valter Benyamin – Moskva gündəliyi
Yad şəhəri seyr edən filosof. Benyamin 1920-ci illərin Moskvasını flanör kimi müşahidə edir: küçələr, kütlələr, xırda təfərrüatlar... Hər qeyddə bir uzaqlıq və tənhalıq duyulur.

📕 Müasir incəsənət
Endi Uorhol – Manşetlər
Pop-artın parıltısı altında xroniki tənhalıq. Uorhol kütləvi mədəniyyətin içində insanın hisslərini soyuq simvollara çevirir.

📔 Memarlıq
Le Korbüzye – Memarlıq
İdeal funksional şəhər modeli. “Yaşayış maşını” anlayışı urban rahatlığın arxasında gizlənən təcrid və yadlaşmanı nümayiş etdirir.

📒 Kitabxana ziyarətçilər üçün çərşənbə axşamından bazar gününə qədər, saat 12:00-dan 20:00-dək açıqdır.

  mövsümü yekunlaşmaq üzrədir.Bu dəfəki rezidentimiz — Mouk (Əli İsrafilov)  — rezidensiya dövründə gündəlik həyatın sad...
12/10/2025

mövsümü yekunlaşmaq üzrədir.
Bu dəfəki rezidentimiz — Mouk (Əli İsrafilov) — rezidensiya dövründə gündəlik həyatın sadə anlarından ilhamlanaraq yeni işlər üzərində çalışdı.

Yaradıcı prosesin növbəti mərhələsi isə artıq yaxınlaşır:
Mouk-un rezidensiya dövründə ərsəyə gətirdiyi işlər tezliklə YAY Gallery-də təqdim olunacaq.

10/10/2025

YARAT Müasir İncəsənət Məktəbi geri qayıdır.
Tezliklə.

Little YARAT balacaları memarlıq və məkan təfəkkürü dünyasına aparacaq "Memarlığa gedən yol" ustad dərsini təqdim edir 👩...
23/07/2025

Little YARAT balacaları memarlıq və məkan təfəkkürü dünyasına aparacaq "Memarlığa gedən yol" ustad dərsini təqdim edir 👩🏽‍🎨

Sadə və əlçatan tapşırıqlar vasitəsilə uşaqlar ətraf mühitin necə formalaşdığını və özlərinin də bu prosesə necə töhfə verə biləcəyini kəşf edəcəklər. Biz uşaqlarda memarlıq sənətinəmaraq oyadacaq və onlara öz məkanlarını yaratmağını göstərəcəyik.
 
1-ci gün: Şəxsi məkan – öz evinin və ya otağının maketinin hazırlanması.

2-ci gün: Yarıözəl məkan – həyət və ya küçənin maketinin hazırlanması.
3-cü gün: İctimai məkan – şəhər mühitinin yenidən dərk edilməsi üzrə komanda işi.

Tyutor: Sabina Abbasova

◽️Yaş: 7–12 yaş
◽️27 iyul, 3 və 10 avqust
⏰12:00
📍YARAT Təhsil
 
📩Yerlər məhduddur! WhatsApp nömrəsinə yazaraq qeydiyyatdan onlayn keçə bilərsiniz: +94502514118

İyulun 15-dən start edən Performans Həftəsi 19 iyul yekunlaşdı. Həmin gündən foto hesabat ilə tanış olun 📷 Komanda olara...
22/07/2025

İyulun 15-dən start edən Performans Həftəsi 19 iyul yekunlaşdı. Həmin gündən foto hesabat ilə tanış olun 📷

Komanda olaraq tədbiri festival formatında təşkil etməkdə məqsədimiz performans sənəti istiqamətində fəaliyyət göstərmək istəyən gənc istedadları aşkarlamaq, onları bir araya gətirmək və bu sahədə inkişaf üçün imkanlar yaratmaq idi.

Performans proqramında sənətçilərin bəziləri mifoloji və nağılvari elementlərdən istifadə etdilər. Digərləri isə sənaye landşaftının təkcə təbiətə deyil, insan bədəninə göstərdiyi təsiri araşdırırlar 🌊

Performans Həftəsinin 4-cü günü belə keçdi 📷İlqar Aydının  "Səthin altında: Xəzər şahid və yaddaş kimi" multimedia perfo...
19/07/2025

Performans Həftəsinin 4-cü günü belə keçdi 📷

İlqar Aydının "Səthin altında: Xəzər şahid və yaddaş kimi" multimedia performansında, Xəzər dənizi həm mövcuddur, həm də yox olur.

İnqa Allakovanın .allakova "Tısbağanın arzusu" canlı performansı isə insan varlığının həssaslığını və onun təbiətlə əlaqəsini əks etdirir. İnqa Türkmənistanda doğulsa da, azərbaycanlı nənəsi vasitəsilə Bakıyla güclü bağlarını qoruyub saxlayıb.

Address

Bayıl (Dövlət Bayrağı Meydanına Yaxın)
Baku
1000

Website

Alerts

Be the first to know and let us send you an email when ASYA posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share