Booktrailer Film Festival

Booktrailer Film Festival Kitabı tanıdın, kitabla tanının! www.booktrailer.az

Buktreyler – kitabın məzmununu vizuallaşdırmaqla oxucular arasında təbliğinə istiqamətlənmiş, onun ən parlaq və tanınan anlarını özündə əks etdirən video çarx, tizerdir. Buktreyler Festivalı festivalın Nizamnaməsi əsasında təyin olunmuş qaydalara uyğun olaraq ildə 1 (bir) dəfə olmaqla keçirilir. Təqdim olunan təxmini 3-5 dəqiqəlik filmlər internet sosial şəbəkələrdə yerləşdiriləcəkdir, eləcə də on

lar arasından seçilmiş short-listə daxil olan filmlər Festival günü kinoteatrın geniş ekranında nümayiş etdiriləcəkdir. Qalib filmlər Festivalın məzmununa uyğun gələn ölkənin nüfuzlu peşəkarları arasından seçilmiş Münsiflər Heyəti tərəfindən dəyərləndirilərək seçiləcəkdir. Festivalın məqsədləri:
- istedadlı və yaradıcı gənclərin (rejissor, operator, rəssam, aktyor, qrimçi və s.) üzə çıxarılması və dəstəklənməsi;
- kitab və mütaliənin cəmiyyətdə təbliği;
- mütaliəyə münasibətin yaradıcı formaların inkişafı və dəstəklənməsi;
- buktreylerlərin incəsənət və biznesdə istiqamət kimi inkişafı. Festivalın vəzifələri:
- telekomunikasiya vasitələrindən istifadə etməklə kitabların təbliği üçün yeni imkanların yaradılması;
- kitabların təbliği üçün yaradıcılıq qabiliyyətinin və telekomunikasiya bacarıqlarının inkişafına imkan yaratmaq;
- mütaliənin təbliği üçün yeni informasiya resurslarının yaradılması;
- kitab və mütaliənin təbliği üzrə reklam aksiyaları və kampaniyalarda istifadə edilməsi üçün buktreyler kolleksiyasının yaradılması.

Festivalda iştirak etməyə tələsin!
06/12/2023

Festivalda iştirak etməyə tələsin!

Address

Baku

Alerts

Be the first to know and let us send you an email when Booktrailer Film Festival posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Establishment

Send a message to Booktrailer Film Festival:

Share

Category