IK Studio

IK Studio Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from IK Studio, Music production studio, Baku.

IK Studio – bəstəkar və söz yazarlarının hüquqlarını qoruyan, eyni zamanda ifaçıların səs yazılarını rəqəmsal platformalarda yayımlayan musiqi yayım şirkətidir.

https://ikstudio.az/news/4 (Ətraflı oxu) Azərbaycan musiqi sənətinin dəyərli incilərindən biri olan və Türkiyədə "Elleri...
19/04/2026

https://ikstudio.az/news/4 (Ətraflı oxu)

Azərbaycan musiqi sənətinin dəyərli incilərindən biri olan və Türkiyədə "Ellerini Çekip Benden" adı ilə də geniş tanınan "Nədən Oldu" əsərinin müəlliflik hüquqları qardaş ölkədə tam şəkildə bərpa olunub. İllərdir Türkiyə Musiqi Əsəri Sahibləri İctimai Birliyinin (MESAM) bazasında "anonim" (müəllifi məlum olmayan) kimi qeydiyyatda olan bu mahnı artıq rəsmən öz əsl sahiblərinin adına rəsmiləşdirilib.

Bu mühüm nailiyyət "IK Studio" və Türkiyənin "Ahenk Müzik" şirkətinin ortaq və məqsədyönlü fəaliyyəti nəticəsində baş tutub. Həyata keçirilən birgə işlər və təqdim edilən təkzibedilməz arxiv sənədləri, məlumatlar və səs qeydləri sayəsində MESAM-ın Texniki Bilim Krulu tərəfindən yekun qərar qəbul edilib. Qərara əsasən, əsərin musiqisinin Azərbaycanın görkəmli bəstəkarı Şəfiqə Axundovaya, sözlərinin isə qüdrətli şairimiz Bəxtiyar Vahabzadəyə aid olduğu rəsmən öz təsdiqini tapıb.

Azərbaycan milli musiqi irsinin və dahi sənətkarlarımızın hüquqlarının beynəlxalq müstəvidə qorunması istiqamətində atılan bu addım mədəniyyətimiz üçün böyük əhəmiyyət daşıyır.

Rəsmi sənədə açıqlama bölməsində (və ya qalereyada) baxa bilərsiniz.

Address

Baku

Alerts

Be the first to know and let us send you an email when IK Studio posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share