Arzu Eliyeva

Arzu Eliyeva Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Arzu Eliyeva, Water park, Bakikhanov.

Qərbin sülh yalanları Prezident İlham Əliyev: “Bəzi Avropa bürokratları Ermənistanı sülh göyərçini kimi təqdim etməyə ça...
16/03/2025

Qərbin sülh yalanları
Prezident İlham Əliyev: “Bəzi Avropa bürokratları Ermənistanı sülh göyərçini kimi təqdim etməyə çalışırlar”
İkinci Qarabağ müharibəsindəki zərbədən Ermənistan nəticə çıxarmayıb. Azərbaycan hər zaman öz ordusu ilə Ermənistana o zərbənə yenə də endirə bilər. Çünki biz ikinci Qarabağ müharibəsində Ermənistanın nə dərəcədə zəif, gücsüz olduğunu gördük. Bunu yəqin Ermənistan dövrəti unudub. Azərbaycan heç kimi bundan çəkindirə bilməz. Azərbaycan necə separatçılığın kökünü regionda kəsibsə, Ermənistana da yenə də o zərbəni vura bilə bilər. Prezident İlham Əliyev 13 mart 2025-ci ildə keçirilən XII Qlobal Bakı Forumunda çıxışında bildirib ki, bəzi Avropa bürokratları Ermənistanı sülh göyərçini kimi təqdim etməyə çalışırlar. O, bu cür yanaşmanın həqiqətə uyğun olmadığını qeyd edib və Ermənistanın son illərdəki təxribatçı fəaliyyətlərini və Azərbaycana qarşı işğalçı siyasətini xatırladıb. Cənab İlham Əliyev, bəzi Qərb dövlətlərinin bu yanaşmasının obyektiv olmadığını və regiondakı vəziyyəti düzgün qiymətləndirmədiyini bildirib: “Lakin onlar həmin hökumətin keçmişdə nəyi etdiyini yaddan çıxarırlar. Onlar yaddan çıxarırlar ki, İkinci Qarabağ müharibəsində ermənilər şəhərlərimizi, kəndlərimizi atəşə tuturdu. Yüzdən artıq vətəndaşımızı həmin raketlərə, ixracı qadağan olunmuş “İsgəndər M” raketinə görə itirdik. Hələ də suala cavab almamışıq: Ermənistan ordusu “İsgəndər M” raketini necə əldə edib? Çünki Rusiyada bu raketin ixracı yasaqdır. İnanmayanlar isə, - buradan cəmi 5-10 dəqiqəlik yoldur, - getsinlər Hərbi Qənimətlər Parkına və Şuşada tapdığımız “İsgəndər M” raketini görsünlər. Onu artıq 2021-ci ilin yazında tapdıq, çünki o, qarın altında qalmışdı. Şuşanı azad etdiyimiz zaman o, şəhərə atılmışdı”. Bu bəyanatlar, Azərbaycanın Ermənistana qarşı ədalətli və haqq səsini çatdırmağa çalışdığı bir zamanda, beynəlxalq səviyyədə bəzi ölkələrin və təşkilatların bu məsələyə münasibətini tənqid etməklə, regionda sülh və sabitliyin bərqərar olmasının vacibliyini bir daha önə çəkir. Azərbaycanın mövqeyinə görə, Ermənistanın davranışları sülh təşəbbüsləri ilə deyil, əksinə, təxribat və gərginlik yaratmaqla bağlıdır. Belər bir məqamda Ermənistanın Konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarının olmaması çox vacibdir. Bu haqda Prezident İlham Əliyev qəti öz fikrini bəyan edib. “Çünki onlar elə insan deyillər ki, inana bilək, o cümlədən onların indiki hökuməti. Bir daha bütün bunlar göstərir ki, onların dediyi bizim üçün sıfır məna kəsb edir. Bizə sənədlər, yazılı kağızlar lazımdır. Bizə lazımdır ki, onların Konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları olmasın. Orada Azərbaycana qarşı ərazi iddiaları hələ də qalır. Bizə lazımdır ki, ATƏT-in Minsk Qrupu buraxılsın. Bu mesajı Ermənistana çatdırırıq və deyirik ki, Minsk Qrupunun saxlanılmasında məntiq yoxdur. O, Qarabağ məsələsinin həlli üçün yaradılmışdı. İndi Qarabağ məsələsi həll olunub. Ermənistan Qarabağı Azərbaycanın ərazisi kimi tanıyır. ATƏT-in həmin Qrupunun buraxılması üçün ümumi müraciətdə siz niyə qoşulmursunuz? Onlar istəmirlər. Belə çıxır ki, onlar bir ayağını ərazimizdə yer saxlamaq üçün edir. Əlbəttə ki, virtual olaraq. Onların silahlanması – bu, nəyi göstərir?”, -deyə dövlətimizin başçısı bildirib. Məlumdur ki, Ermənistanın 1991-ci ildə müstəqilliyini əldə etdikdən sonra, ölkənin Konstitusiyasına daxil edilən bəzi müddəalar və siyasi yanaşmalar, regionda gərginliyin artmasına səbəb olub. Xüsusilə, Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarına dair keçmiş siyasəti və bu siyasətin hüquqi əsasları, regiondakı sabitliyi pozmuşdur.
Ermənistanın Konstitusiyasında Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə hörmət göstərilməsi, həmçinin, hər iki ölkə arasında münasibətlərin normallaşması və sülhün bərqərar olması üçün əsas şərtlərdən biri olmalıdır. Azərbaycan bu məsələdə ardıcıl olaraq Ermənistanın ərazi iddialarından əl çəkməsini və beynəlxalq hüquq çərçivəsində sülh yolu ilə mübahisələrin həllini istəyir.
Ermənistanın Konstitusiyasında Azərbaycanın ərazi bütövlüyünə hörmət və bu növ iddiaların rədd edilməsi, yalnız iki ölkə arasında deyil, bütövlükdə Cənubi Qafqazda sabitliyin təmin olunmasına böyük töhfə verə bilər. Bu, həmçinin regionda uzunmüddətli sülh və əməkdaşlığın təmin olunmasına imkan yaradacaq.
Hazırda Qərb dövlətləri, xüsusən Fransa, Ermənistana dəstək verərək münaqişəni yenidən gündəmə gətirir. Həmçinin anti-Azərbaycan kampaniyaları həyata keçirilir. Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunda çıxışında Qərb dövlətlərinin Ermənistanı yenidən müharibə hazırladıqlarını da bildirib. Prezident, Qərbin bu cür addımlarının regionda sabitliyi təhdid etdiyini və müharibənin təkrarlanmasına səbəb ola biləcəyini qeyd edib. İlham Əliyev, bu vəziyyətin bölgədə gərginliyi daha da artıra biləcəyini və bu cür vəziyyətlərin qarşısının alınması üçün beynəlxalq ictimaiyyətin məsuliyyətli yanaşmasını tələb etdiyini bildirib: “Kim onları yenidən müharibəyə sürükləyir? Fransa və onun Prezidenti. Onların Ermənistanı təchiz etdiyi məhvedici silahlar bizə qarşı yönəlir. Bu gün başqa yerdə lazım ola biləcək “Sezar” haubitsaları Ermənistana göndərilir. Əslində, Avropa İttifaqının kəşfiyyat missiyası olan dırnaqarası Avropa monitorinq missiyası gecə-gündüz casus kimi sərhədlərimizdə dayanır və baxırlar ki, bəlkə haradan, bir yerdən girə bilsinlər. Həmin dırnaqarası monitorinq missiyası barədə kifayət qədər kəşfiyyat məlumatımız var. Avropanın Sülh Fondu milyonlarla dolları Ermənistanı silahlandırmaq üçün ona verir. Bəli, onlar deyir ki, bu pul qeyri-məhvedici hərbi qurğular üçündür.
Birincisi, bunu kim yoxlaya bilər? İkincisi, siz onlara 10 milyon verirsiniz və sonra isə digər 10 milyon planlaşdırılır. Beləliklə, Ermənistana silah almaq üçün p**a qənaət imkanı yaranır. Nəinki Fransa onlara məhvedici silahlar göndərir. Onda onlar bunu niyə edir? Onlar nəyə hazırlaşır? Əgər sülh istəyirlərsə, buna ehtiyac yoxdur. Dəfələrlə bu məsələni erməni nümayəndələrinin və onların Brüsseldəki yeni ağalarının qarşısında qaldırmışıq. Çünki onlar indi böyük qardaşını dəyişiblər. Bu gün bu, Brüsseldir. Prezident Trampın qələbəsinə qədər bu, Dövlət Departamenti, USAID idi. Məhz indi ciddi problemlərlə üzləşən Menendes kimi rüşvətxor Amerika siyasətçiləri idi. Menendes siyahıda hələ sonuncu deyil. Necə deyərlər, bir qaranquşla bahar olmur. Xeyli digərləri var ki, erməni pulunu ciblərinə qoyurlar. Onların adını çəkə bilərəm, adları məlumdur: cənab Adam Şif, cənab Frenk Pallone, xanım Nensi Pelosi və bir çox digərləri var. Onlar onilliklər ərzində Azərbaycana hücum çəkmək və onu gözdən salmaq üçün Birləşmiş Ştatlarda erməni diaspor təşkilatlarından pullar alıblar. Beləliklə, Prezident Trampa bataqlığın qurudulmasında uğurlar arzu edirik. Bu, asan deyil. Lakin edilməlidir. Həmçinin, USAID-in Azərbaycanda qeyri-qanuni fəaliyyəti ilə bağlı Amerikanın orqanları ilə məlumat mübadiləsinə hazırıq. Onlar insanlara necə rüşvət verirdilər?! Onlar qeyri-qanuni maliyyə kanallarından necə istifadə edirdilər?! Onlar Azərbaycanın qanunlarını və normalarını necə pozurdular?! İndi məsuliyyətli olmaq vaxtı yetişib. Əlimizdə olan bütün informasiyanı təqdim etməyə hazırıq”.
Ermənistanın yeni müharibəyə hazırlaşması məsələsi, son illər Cənubi Qafqazda gərginliyi artıran ən mühüm mövzulardan biridir. Prezident İlham Əliyev də öz çıxışlarında bu məsələni diqqətə çatdıraraq, Ermənistanın müharibə hazırlıqları apardığını və bunun regionda sabitliyi təhdid etdiyini vurğulayıb. Bu, xüsusilə 2020-ci ildəki İkinci Qarabağ müharibəsindən sonra, Ermənistanın öz hərbi hazırlıqlarını davam etdirməsi və bəzi hallarda təxribatçı fəaliyyətlərə yol verməsi fonunda daha da aktuallaşıb.
Azərbaycan, Ermənistanın təxribatları və müharibə ritorikasına qarşı diqqətli olmağı və hər hansı bir hərbi qarşıdurmanın qarşısını almağı əsas prioritet kimi müəyyən edib. Ermənistanın hərbi hazırlıq səyləri, həmçinin Azərbaycanın sərhədlərində gərginliyin artmasına və təhlükəsizlik məsələlərinin daha ciddi şəkildə müzakirə edilməsinə səbəb olub. Bu cür vəziyyətin qarşısını almaq üçün diplomatik həll yollarının tapılması və beynəlxalq hüququn dəstəyi ilə tərəflər arasında sülhə yönələn ciddi addımların atılması mühüm əhəmiyyət daşıyır.

Paşa-zadə Kamal Çingiz oğlu
Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin violonçel ixtisası üzrə müəllimi, Azərbaycan Respublikasının Əməkdar müəllimi

Sülh təşəbbüsləri Prezident İlham Əliyev: “Azərbaycan ilə Ermənistan arasında artıq de-fakto sülh mövcuddur” Son zamanla...
06/02/2024

Sülh təşəbbüsləri

Prezident İlham Əliyev: “Azərbaycan ilə Ermənistan arasında artıq de-fakto sülh mövcuddur”

Son zamanlar bir sıra beynəlxalq təşkilatlar, konkert olaraq AŞPA və ATƏT Azərbaycana qarşı qərəzli mövqe sərgiləyirlər. Bəs, bunun kökündə hansı amillər durur? İlk növbədə bu, Azərbaycan dövlətinin İlham Əliyevin rəhbərliyi altında apardığı müstəqil xarici siyasəti ilə bağlıdır. Qərbin Rusiya qarşı siyasi və iqtisadi sanksiyalar tətbiq etdiyi zaman, Azərbaycan praqmatik siyasət yürüdərək, öz maraqlarına uyğun, bu qonşu ölkələrlə iqtisadi əlaqələri inkişaf etdirir. Son nəticədə bu siyasi xətt böyük miqyaslı iqtisadi layihələrin icrasına zəmin yaradır.
Uzun illər idi ki, ATƏT-in Minsk qrupunun yarıtmaz fəaliyyəti səbəbindən Qarabağ probleminin həlli məsələsi gecikirdi. Ermənistan öz işğalçı siyasətini davam etdirirdi. Bu müddətdə Azərbaycan isə hər dəfə ATƏT-dən də, Minsk qrupundan da qətiyyətli addımlar gözləyirdi. Nəticə isə göz önündə idi. Prezident İlham Əliyev fevralın 1-də Parlamentlərarası İttifaqın Baş katibi Martin Çunqonqun qəbulu zamanı çıxışında bu məsələyə də toxunub: “Minsk qrupu 28 il ərzində münaqişənin həlli prosesi ilə məşğul olsa da heç bir nəticə əldə edilmədi. Azərbaycan torpaqları işğaldan azad olunmadı və məcburi köçkünlərin geri qayıtması təmin edilmədi. Minsk qrupu tərəfindən Ermənistana təzyiq göstərilmədi və müvafiq sanksiyalar tətbiq olunmadı”. Səngərlərdə tökülən nahaq qanlar onların birtərəfli aparılan siyasətinin nəticəsi idi. Qərəz və kinlərini gizlədə bilməməkləri bu gün də özünü göstərdi. Necə deyərlər, halal süfrəmizə haram qatmağa çalışdılar.
ATƏT-in Minsk qrupunun qarşısında Qarabağ münaqişəsinin həlli məsələsi var idi və bununla bağlı qurumdan bu problemin həlli tələb olunurdu. Ümumiyyətlə, ATƏT-in Minsk qrupunun Ermənistanın beynəlxalq hüquq normalarını kobudcasına pozmasına biganə qalması onun fəaliyyətini şübhə altına alırdı.
ATƏT-in bu mövqeyi, Azərbaycanda olduğu kimi, Avropadakı Azərbaycan diasporunu da məyus etmişdir. Azərbaycanın 20% torpaqlarının işğal olunmasına və bir milyona yaxın soydaşımızın öz yurd-yuvasından didərgin düşməsinə göz yumanlar, bu gün yenə də xalqımıza qarşı öz qərəzli mövqelərini nümayiş etdirirlər. Azərbaycan dövlətinə və Azərbaycan xalqına heç kim təzyiq edə bilməz. Azərbaycan regionun ən güclü dövlətidir.
İnsanların artıq beynəlxalq təşkilatlara heç bir inamı qalmayıb. Ona görə ki, onlar üzərlərinə düşən vəzifələri yerinə yetirmilər. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin heç biri icra edilmirdi. Lazım olanda Liviya və digər ölkələrdə bu qərarlar işləyir, amma Azərbaycana gələndə işləmirdi. Burada islam xristian məsələsindən tutmuş beynəlxalq ədalətə qarşı olan məsələ var. Amma buna baxmayaraq dünya hələ də kordur, hələ də bunları görmək istəmir. Məgər onlar bilmir ki, Azərbaycanın tarixi torpaqlarında bir əsr qabaq Ermənistan adlı bir dövlət qurulub. Məgər bilmirlərdi ki, Qarabağı Ermənistan işğal etmişdir. Onlar bunu çox gözəl bilirdilər. Təəssüflər olsun ki, lazım olan addımlar atmırdılar. Bu da onu göstərirdi ki, həmin dövlətlər özləri birinci növbədə beynəlxalq hüququ pozurdular. Hər kəsdən öz hüquqlarını yerinə yetirməsi tələb olunur.
Dünyada bu proses belə davam edə bilməzdi. Gec-tez bu münasibət dəyişməli idi Zaman hər şeyi dəyişir. Azərbaycan özü bu prosesi dəyişdi. Ali Baş Komandanın əmri ilə Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində öz torpaqlarını işğaldan azad etdi. Artıq heç bir beynəlxaq təşkilatın mövqe və qətnaməsinə ehtiyac qalmadı. Bu gün Azərbaycan süveren, qalib dövlət olaraq sülh prosesini özü yürüdür. Prezident İlham Əliyev qəbulda bu haqda da danışaraq deyib ki, 2020-ci ildə 44 günlük Vətən müharibəsi başa çatandan sonra Azərbaycan regionda sülh gündəliyinin təşəbbüskarı olaraq Ermənistanla sülh müqaviləsinin imzalanması təklifi ilə çıxış edib: “Amma Ermənistan tərəfindən buna adekvat reaksiya verilmədi. Ona görə də Azərbaycan sülh müqaviləsinin əsaslarını təşkil edən beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq 5 prinsip irəli sürüb ki, bunun əsasında da sülh müqaviləsi üzrə danışıqlar prosesinin təşəbbüskarı Azərbaycan olub”.
Azərbaycanın iqtisadiyyatı, ordusu da güclənib. Gündən-günə nüfuzu da güclənir. Ermənistan bütün parametirlərə görə dəfələrlə Azərbaycandan geridir. Azərbaycan özü dünyada bu məsələni həll etdi. Amma dünya Ermənistanın başına nə qədər tez ağıl qoysa, o qədər yaxşıdır.
Azərbaycanın gələcək taleyini, onun daxili və xarici siyasətini özü müəyyən edir. Sülh danışıqları üçün “vasitəçi”lər artıq yoxdur. Dövlətimizin başçısının bildirdiyi kimi Azərbaycan ilə Ermənistan arasında artıq de-fakto sülh mövcuddur: “İki ölkənin sərhədində bir neçə aydır sülh şəraiti hökm sürür. Amma bu prosesin məntiqi sonluğa çatdırılması üçün sülh müqaviləsi imzalanmalı və Ermənistanın Azərbaycana qarşı ərazi iddialarına son qoyulmalıdır”. Ermənistan sülh üçün siyasi iradə nümayiş etdirib mövqe ortaya qoymalıdır. Sözdə “nüfuzlu beynəlxalq təşkilat”lar qərəzli mövqeyini açıq-aşkar göstərirlər. Müxtəlif yollarlar, qərəzli bəyanatlarla sülhə mane olmağa çalışırlar. Qərbin Azərbaycanın uğurlarını həzm etmədiyi məlumdur. Azərbaycanın əldə etdiyi uğurların bir çox dairələrdə qıcıq yaratması normal haldır. Çünki dünya ölkələrinin çox azında hökumətlə xalq arasında belə bir sıx münasibət və inam görmək olar.
Artıq siyasi prosesdə inkişaf edən Azərbaycan, həm də demokratik olaraq inkişaf edə bilib. Qarabağımız geri qayıdıb, xalqımızın həmrəyliyi daha da güclənib. Dünya azərbaycanlıları hər zaman öz dövlətinin yanındadır. Həm Azərbaycanda, həm də xaricdə yaşayan soydaşlarımız Prezident İlham Əliyevi dəstəkləyirlər. O yalnız Azərbaycanın deyil, bütün dünya azərbaycanlılarının Prezidentidir.
Tanrı Azərbaycanımızı mövqesiz, əqidəsiz , dost kimi görünən düşmənlərimizdən qorusun...

Nurullayeva Zenfira İslam qızı - Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin xor ixtisası üzrə müəllimi, Azərbaycan Respublikasının Əməkdar müəllimi

AŞPA-dakı antiazərbaycan qrupların eybəcərlikləriAzərbaycan AŞPA-dan siyasi olaraq nəzakət gözləyərkən, əksinə böhtanlar...
26/01/2024

AŞPA-dakı antiazərbaycan qrupların eybəcərlikləri

Azərbaycan AŞPA-dan siyasi olaraq nəzakət gözləyərkən, əksinə böhtanlarla qarşılaşır

Beynəlxalq birliyin Azərbaycana qarşı ikili standart mövqeyi bir çox hallarda özünü göstərir. Xüsusən, beynəlxalq təşkilatlar Azərbaycanda insan haqları, demokratiya sahəsində görülən işlərə ikili standart mövqedən yanaşırlar. Bu gün Azərbaycanda insan hüquq və azadlıqlarının reallaşdırılmasının dövlətimizin ali məqsədi olduğunu sübut edən milli qanunvericilik sistemi mövcuddur. Lakin Azərbaycanda bu inkişafı görməyən beynəlxalq təşkilatların qərəzli münasibətləri cəmiyyətimiz tərəfindən birmənalı olaraq qəbul olunmur. Bu baxımdan Avropa Şurası Parlament Assambleyasının (AŞPA) da Azərbaycana qarşı münasibətini heç də birmənalı olaraq qəbul etmək mümkün deyil.
AŞPA-nın Azərbaycana qarşı qərəzli davranışı açıq-aydın görünür. Bunu beynəlxalq riyakarlığın təzahürü kimi də qiymətlədirmək olar. Çünki 2001-ci ildə sözügedən təşkilata üzv olandan sonrakı dövrün təcrübəsi göstərir ki, ermənipərəst, islamofob qüvvələr bu təşkilatdan daim Azərbaycana qarşı vasitə kimi istifadə ediblər.
Əslində, beynəlxalq birlik AŞPA-ya insan haqlarının müdafiəçisi kimi baxır. AŞPA isə buna cavab olaraq qarşılıq verə bilmir. Ümidləri puça çıxardan bu təşkilat hansısa qüvvələrin oyuncağına çevrilir. Hətta bu təşkilatın daxilindəki qüvvələr inkişaf etməkdə olan ölkələrə qarayaxma kampaniyası aparırlar. Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış yarım-sessiyasının açılış günündə (22 yanvar) AŞPA-da ölkəmizin nümayəndə heyətinin etimadnamələri təsdiq edilməmişdir. Deputatların etimadnamələrin substantiv əsaslarla mübahisələndirilməsi ilə bağlı təşəbbüsü Sosialistlər siyasi qrupunun rəhbəri Frank Şvabe irəli sürmüş və həmin təşəbbüs təsdiqlənmişdir. Bu, Qərbin antiazərbaycan, islamofob və ermənipərəst qrupların qurduğu növbəti oyundur. Çünki sessiyadakı çıxışlar qeyri-obyektiv və qərəzlidir. Ayrı-ayrı deputatların fərziyə, ehtimal və gümanları üzərində qurulmuş subyektiv mülahizələrdir. AŞPA-nın monitorinqləri müxtəlif dairələrin mənafeyinə xidmət edir və müstəqil dövlətlərə təzyiq məqsədi güdür. Azərbaycan bu təşkilatdan siyasi olaraq nəzakət gözləyərkən, əksinə böhtanlarla qarşılaşır. Onunda deyək ki, Azərbaycan Respublikasının Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyəti yanvarın 24-də qurumun Strasburqdakı binasında bəyanatla çıxış edib. Bəyatda bildirlib ki, Azərbaycan Respublikası qürurlu, müstəqil, suveren, demokratik və multikultural bir dövlətdir: “Demokratiya bizim şüurlu seçimimizdir və biz 1991-ci ildə müstəqilliyimizi bərpa etdikdən sonra Azərbaycanda insan hüquqlarının müdafiəsi və qanunun aliliyinin təmin edilməsi istiqamətində böyük irəliləyişlərə nail olmuşuq.
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) əsas məqsədi müxtəlif ölkələrin parlamentariləri arasında qarşılıqlı hörmət və bərabər hüquqlara əsaslanan dialoq üçün platforma olmaqdan ibarətdir.
Azərbaycan 2001-ci ildə Avropa Şurasına üzv olanda insan haqlarını və qanunun aliliyini müdafiə etmək məqsədi daşıyan bu təşkilatın Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin bir hissəsinin Ermənistan tərəfindən hərbi təcavüzə və işğala məruz qalması nəticəsində hüquqları pozulmuş yüz minlərlə azərbaycanlının hüquqlarının bərpasında Azərbaycana kömək edəcəyi və beləliklə regionda davamlı sülhün əldə olunması naminə ədalətin öz yerini tutacağı barədə səmimi bir ümid və gözlənti var idi.
2001-ci ildən 2020-ci ilə qədər olan 19 il ərzində AŞPA işğalçı dövlətdən - Ermənistandan Avropa Şurasının əsas dəyər və prinsiplərinə zidd hərəkətlərinə görə cavab verməyi tələb etməyib. Burada söhbət xüsusilə etnik təmizləməyə məruz qalmış azərbaycanlı qaçqın və məcburi köçkünlərin insan haqlarına qarşı açıq-aşkar hörmətsizlikdən gedir”.
Uzun illər ərzində bu qurum Ermənistanın Azərbaycana qarşı təcavüzü və ərazilərin işğalı faktına qarşı heç bir tədbir görməyib, yalnız ara sıra heç bir hüquqi çəkisi olmayan bəyanatlar və qərarlar verməklə kifayətlənib. Halbuki, bir quruma üzv olan iki ölkədən birinin digərinin ərazisini işğal etməsi faktına görə ən azından işğalçının səs hüququ əlindən alına bilərdi. Bir vaxtlar Azərbaycan Qərbə inteqrasiya etmək istəyərkən AŞPA kimi təşkilatları özünə demokratik olaraq nümunə götürürdü. Lakin reallıq göstərdi ki, AŞPA və bu kimi təşkilatlar heç də demokratik dəyərlərə istənilən səviyyədə hörmətlə yanaşmırlar. Çünki Azərbaycan Qərbə inteqrasiya etdikcə davamlı təzyiqlər, ikili standartlar, qarayaxma və ləkələmə kampaniyası ilə qarşılaşıb. Görünən odur ki, Qərbin tarixən davam etdirdiyi imperializm siyasəti bu gün ikili standart mövqe namyiş olunması ilə özünü biruzə verir. Qarabağ məsələsində Ermənistana lazımi təziyiq etməyən hegemon dövlətlər, qondarma erməni soyqrımı məsələsində ermənilərə dəstək göstərməkdən çəkinmirlər. AŞPA kimi ikili standartlar, qrayaxma və ləkələmə nümunəsinin tüğyan etdiyi bir təşkilat Azərbaycanın nəyinə lazımdır? Görünən odur ki, bu təşkilatlar üçün demokratiya bir silahdır. Bununla Azərbaycan kimi müstəqil dövlətləri hədəfə alıb öz siyasi ambisiyalarını yeritməyə çalışırlar.

Qasımov Səyavuş Kamran oğlu - Bakı Avrasiya Universitetinin Beynəlxalq əlaqələr üzrə prorektoru, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent

Qəhrəmanlıq nümunəsi 20 Yanvar şəhidləri xalqımızın mübarizliyini bir daha bütün dünyaya sübut ediblər 34 il bundan əvvə...
19/01/2024

Qəhrəmanlıq nümunəsi
20 Yanvar şəhidləri xalqımızın mübarizliyini bir daha bütün dünyaya sübut ediblər
34 il bundan əvvəl baş verən 20 Yanvar hadisələri xalqımız üçün bir milli örnək oldu. Bu bir qırğın idi, eyni zamanda xalqın cəsarətini, heysiyyatını göstərən şərəfli bir hadisə idi. Çünki 20 Yanvarda xalqımız özünün şərəf işini həyata keçirirdi və bunu ləyaqətlə də yerinə yetirdi. Bu, böyük düşmən qarşısında mübarizə idi və qələbə də çalındı. Xalqımızın milli azadlıq və müstəqillik uğurunda bu mübarizəsinin sonunda Azərbaycan yenidən müstəqilliyini əldə etdi. O gecə dinc əhali ağır texnikadan və müxtəlif tipli silahlardan atəşə tutularaq kütləvi qətlə yetirilib. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə birbaşa Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi Mixail Qorbaçovun əmri ilə SSRİ Müdafiə Nazirliyi, Dövlət Təhlükəsizlik Komitəsi və Daxili İşlər Nazirliyinin qoşun hissələri Bakıya və Azərbaycanın bir neçə rayonuna yeridildi, dinc əhali ağır texnikadan və müxtəlif tipli silahlardan atəşə tutularaq kütləvi qətlə yetirildi. O zaman SSRİ-nin dağılmasında və Azərbaycanın müstəqillik qazanmasında 20 Yanvarın çox önəmli rolu olmuşdur. Bu hadisələrədn sonra Bakıda Azadlıq meydanında, eləcədə ölkənin bütün regionlarınd iansanların etirazı getdikcə artırdır. Lakin Moskva və onun Bakıdakı əlaltıları isə dialoqu genişləndirmək, problemləri həll etmək əvəzinə gizlicə hərbi müdaxiləyə hazırlaşıdrılar. Hərbi müdaxilə azərbaycanlıların SSRİ adlı ümumi evdə yaşamanın mənasız olduğunu əyani göstərdi və bir il sonra imperiya dağıldı. 1990-cı il yanvarın 21-də Sovet rejiminin qadağalarına rəğmən, həyatını təhlükə qarşısında qoyaraq Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyinə gələn Ulu Öndər Heydər Əliyev qanlı faciənin təşkilatçılarını dünya ictimaiyyəti qarşısında ittiham etdi. Cəsarətli bəyanat verərək əliyalın xalqın qırılmasını hüquqa, demokratiyaya, humanizmə zidd, Moskvanın və respublika rəhbərlərinin günahı üzündən yol verilmiş kobud siyasi səhv kimi ifşa etdi. 7 mart 1991-ci il tarixdə Azərbaycan Respublikası Ali Sovetinin sessiyasında çıxış edən xalq deputatı Heydər Əliyev 20 yanvar hadisəsini növbəti dəfə çox sərt şəkildə şərh edib: “...1990-cı il yanvarın 20-də İttifaq dövləti tərəfindən Azərbaycan xalqına qarşı hərbi təcavüz edimişdir. Heç bir əsas olmadan, xəbər vermədən, dövlət qanunlarını kobudcasına pozaraq, Bakı şəhərinə müasir silahlı sovet ordusunun qoşun hissələri yeridilmiş, onlar vəhşilik, qəddarlıq etmiş, nəticədə nahaq qan tökülmüş, yüzlərlə adam həlak olmuş, xəsarət almış, itkin düşmüşdür”. Ümummilli Liderin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi 20 Yanvar faciəsinə ilk siyasi qiymət verən 21 noyabr 1990-cı il tarixli qərar qəbul etdi. Ulu Öndərin təşəbbüsü və göstərişləri ilə 1994-cü ilin mart ayının 29-da Milli Məclis “1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında” Qərar qəbul etdi. Ümummilli Lider dövrün mürəkkəbliyinə rəğmən, 20 Yanvar faciəsinin başvermə səbəbləri və günahkarların araşdırılması ilə də məşğul oldu və bunun nəticəsində həqiqətlər üzə çıxdı. Ulu Öndər Heydər Əliyevin Fərmanı ilə 1998-ci ildə “20 Yanvar Şəhidi” fəxri adı təsis edilib. 20 Yanvar qırğınınından sonra xalqmızın başına gətiriliən ən ağır faciə Xocalı soyqırımı oldu. Bu gün xalqımız rahatlıq tapır ki, işğaldakı torpaqlarımız geri alındı, Qarabağ məsələsi həll olundu və Xocalı faciəsini törədlənlər həbs olunaraq məhkəmə qarşısına çıxarılıblar. Onlara məhkəmə ən layiqli ağır cəzanı verəcək. Lakin 20 Yanvar faciəsinin baiskarları hələ də cəzalarını almayıblar. 34 il keçməsinə baxmayaraq, beynəlxlaq təşkilatlar hələ də hadisəyə münasibət bildirməyib. Buna görə də 20 Yanvar bağlı beynəlxalq məhkəməyə müraciət etmək effektiv nəticə verə bilər. Bu işdə günahkar olan şəxslərin məsuliyyətə cəlb olunmaması beynəlxalq ictimaiyyətin gündəminə çıxarmalıyıq. Ona görə də Azərbaycan həqiqətlərinin, eləcə də 20 Yanvar faciəsinin bütün dünyaya yayılması hər zaman aktualdır. Yeri gəlmişkən 1990-cı il qanlı yanvar faciəsi müxtəlif dövlətlərin KİV-ində geniş şəkildə işıqlandırılır. Bu yazılarda 20 Yanvar faciəsinin tarixi haqqında ətraflı məlumat verilir. Qeyd olunur ki, Azərbaycan xalqına qarşı törədilmiş bu cinayət əslində bəşəriyyətə, humanizmə, insanlığa qarşı həyata keçirilmiş dəhşətli terror aktıdır. Yazılarda görünməmiş qəddarlıqla həyata keçirilən cəza tədbirləri nəticəsində heç bir günahı olmayan yüzlərlə insan xüsusi qəddarlıq və misli görünməmiş vəhşiliklərlə qətlə yetirildiyi vurğulanır. Həlak olanlar arasında qadınların, uşaqların və qocaların da olduğu bildirilir.
20 Yanvar şəhidləri xalqımızın mübarizliyini və qəhrəmanlığını bir daha bütün dünyaya sübut ediblər. Xaricdəki soydaşlarımız ənənəvi olaraq 20 Yanvar şəhidlərini yad edirlər. Diaspor tərəfindən keçirilən təbirlərdə azərbaycanlı gəncləri yadddan çıxmayan İlham və Fərizə tarixini danışırlar. Müxtəlif ali məktəblərin tələbələri bu faciəli gün haqqında şeirlər söyləyirlər. 20 Yanvar günü bəzi ölkələrdə diasporumuz tərəfindən kimsəsiz insanlara yardım-könüllülük proqramı da təşkil edilir. Bununla yanaşı, diaspor üzvləri yaşadıqları ölklərin Xarici İşlər Nazirliyinə 20 Yanvar faciəsi ilə bağlı müraciətlər ünvanlayırlar. Müraciətlərdə Azərbaycanın bu qanlı tarixi ilə bağlı geniş məlumat yazılır və sonda yerli hakimiyyətlərdən bu qanlı faciənin anılması üçün təşəbbüs göstərməsi xahişi edilir.
Hazırda Ulu Öndər Heydər Əliyevin yolunu uğurla davam etdirən Prezident İlham Əliyev də şəhidlərin xatirəsinin uca tutulmasına, şəhid ailələrinin sosial məsələlərinin həll olunmasına xüsusi diqqət ayırır. Prezident İlham Əliyevin təşəbbüsləri sayəsində 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslər və şəhid ailələri üçün effektiv sosial müdafiə sistemi formalaşıb. Dövlət Başçısının “20 Yanvar şəhidinin ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” 2006-cı il 19 yanvar tarixli Fərmanına əsasən, şəhid ailələrinə dövlət qayğısını artırmaq məqsədilə təqaüd verilir (hal-hazırda bu məbləğ 600 manat təşkil edir). Onların uyuduğu Şəhidlər Xiyabanında təmir və yenidənqurma işləri ilə yanaşı, Bakının Yasamal rayonundakı “20 Yanvar” dairəsində, Həsən bəy Zərdabi və Müzəffər Həsənov küçələrinin kəsişməsində Qanlı Yanvar şəhidlərinin xatirəsinə memorial abidə kompleksi ucaldılmışdır. Azərbaycan xalqı üçün 20 Yanvar faciəsi milli mənliyini özündə yaşadan qəhrəmanlıq nümunəsidir. Müstəqillik uğrunda şəhid olanları xalqımız hər zaman ehtiramla anır.

Nurullayeva Zenfira İslam qızı - Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin xor ixtisası üzrə müəllimi, Azərbaycan Respublikasının Əməkdar müəllimi

İstiqlaliyyət uğrunda mübarizənin şəhidləri34 il keçməsinə baxmayaraq, Azərbaycanda 20 Yanvar şəhidlərinə daima ehtiram ...
19/01/2024

İstiqlaliyyət uğrunda mübarizənin şəhidləri
34 il keçməsinə baxmayaraq, Azərbaycanda 20 Yanvar şəhidlərinə daima ehtiram edilir
Azərbaycanın azadlıq və müstəqillik əldə etməsi yüzlərlə soydaşımızın qanı-canı bahasına başa gəlmişdir. 1990-cı ilin 20 yanvarında Azərbaycan xalqı görünməmiş vəhşiliklə üzləşmişdir. Həmin gecə xalqımız yüzlərlər şəhid vermişdir. Buna baxmayaraq, xalq sarsılmamışdır və istiqlaliyyəti uğrunda mübarizəsində zəfər qazanmışdır. 20 Yanvar hadisələri öncədən planlaşdırılmış hərbi cinayət idi. Azərbaycana göndərilən ordu hissələrinin tərkibinə Stavropoldan, Rostovdan, Krasnodardan səfərbər edilmiş erməni zabit və əsgərləri, hərbi məktəblərdə təhsil alan erməni kursantları da cəlb edilmişdi. 1990-cı il yanvarın ortalarında SSRİ Müdafiə və Daxili İşlər nazirliklərinin, habelə başqa xüsusi təyinatlı hərbi birləşmələrin 66 min nəfərdən çox əsgər və zabiti Bakı şəhərinə gətirilərək, Qala və “Nasoslu” aerodromlarında, Respublika stadionunda, Salyan qışlasında (kazarmasında) yerləşdirilmişdir. Ötən əsrdə istibdad altında inləyən Qafqaz xalqlarının iki dəfə milli oyanışı olub. Əsrin əvvəlində baş verən oyanış çar Rusiyasına, əsrin sonunda baş verən oyanış isə sovet Rusiyasına qarşı olub. Lakin azadlıq uğurunda mübarizəyə qalxan bu xalqların hamısının milli oyanışı qanla nəticələnib. 20 Yanvar qırğını da bu baxımdan sovet Rusiyasının Bakıda həyata keçirdiyi qanlı terror təcrübəsidir. Lakin qırğının obyektiv və subyektiv səbəblərini araşdırdıqda aydın olur ki, bu hadisə baş verməyə bilərdi. Yəni bunun qarşısını almaq mümkün idi. Amma həmin zaman xalqı meydana səsləyənlər bu baxımdan heç bir səy göstərməyiblər. Əksinə sonradan məlum oldu ki, elə belələri Moskvanın Bakıdakı bir nömrəli “əlləri” imiş. Fövqəladə vəziyyətin yanvarın 20-də saat 00-da tətbiq edilməsinə baxmayaraq, qoşun hissələri yanvarın 19-da saat 21-dən etibarən birinci olaraq Türkan-Qala tərəfdən şəhərə yeridildi. “Mülki və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktın birinci bəndinə əsasən, fərman imzalandığı andan fövqəladə vəziyyətin tətbiqi və müddətləri barədə əhaliyə rəsmi xəbərdarlıq edilməlidir. Lakin tətbiq edilmiş fövqəladə vəziyyət haqqında əhali xəbərdar edilməmişdir. Sovet ordusunun xüsusi təyinatlı dəstələrinin və daxili qoşunların iri kontingentinin Bakını zəbt etməsi xüsusi qəddarlıqla müşayiət edilmişdir. 1990-cı ilin 20 yanvar günü xalqımız ağır sınaqdan çıxdı və özünün mübariz və qəhrəman xalq olmasını bütün dünyaya sübut etdi. O zaman Ümummilli Lider Heydər Əliyev təhlükələrdən çəkinməyərək Sovet hakimiyyətinin “20 Yanvar” əməlinə etiraz edərək Azərbaycan xalqının başına gətirilən qanlı faciənin ilk siyasi-hüquqi qiymətini vermişdir. Bu haqda Ulu Öndər Heydər Əliyev demişdir: “Mən bu faciəyə həmişə ürəkdən yanaraq həm də vətəndaşlıq borcumu yerinə yetirməyə çalışmışam və bu gün də həmin mövqedəyəm, sabah da həmin mövqedə olacağam. Birinci növbədə, ədalət naminə, eyni zamanda, Azərbaycan xalqının namusunu, şərəfini, milli mənliyini qorumaq naminə”.
34 il keçməsinə baxmayaraq, Azərbaycanda 20 Yanvar şəhidlərinə daima ehtiram edilir. Hər il Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 20 yanvar günü Şəhidlər xiyabanını ziyarət edir. Paytaxtda və bütün regionlarda anım mərasmiləri keçirilir, məscidlərdə şəhidlərin ruhuna dular oxunur, ehsanlar verilir. Həmçinin xarici ölklərədə 20 Yanvar faciəsi ilə bağlı müxtəlif səpkili tədbirlər təşkil edilir. Bu ondan irəli gəlir ki, 20 Yanvar hadisələri dünya azərbaycanlıların təşkilatlanmasına səbəb olmuşdur. Dünya azərbaycanlıları ilk dəfə olaraq milli faciəmizin tanıdılması naminə yaşadıqları müxtəlif ölkələrdə təşkilatlanmağa başladılar. Xüsusən hər il Azərbaycan Respublikasının xarici dövlələrdəki səfirliklərində 1990-cı il qanlı yanvar faciəsinin qurbanlarının xatirəsi yad edilir. Həmçinin diaspor təşkilatları tərəfindən də bu səpkili anlm mərasimləri keçirilir. Səfirliklərdə keçirilən tədbirlərdə həmvətənlərimiz, həmçinin, əcnəbi tanınmış ictimai-siyasi xadimləri və nüfuzlu kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak edirlər. Bu təbirlərdə ilk öncə şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla anılır. Qara Yanvar hadisələri şəhidlərinin ruhuna dualar oxunur. Sonra 20 Yanvara faciəsi ilə bağlı səfirlərin, həmçinin diaspor rəhbərlərinin çıxışları olur. Anım mərasimlərində SSRİ ordusunun Azərbaycana daxil olaraq, mülki əhaliyə qarşı odlu silahlardan atəş açdığı, zirehli texnika və tankların təcili tibbi yardım maşınlarını belə, əzib keçdikləri bildirilir. Həmin hərbi əməliyyatın böyük qəddarlıqla icra olunduğuna baxmayaraq, bunun Azərbaycan xalqının azadlıq hərəkatını və xalqın mətin iradəsini qıra bilmədiyi xüsusi vurğulanır. Ulu Öndər Heydər Əliyevin bu qanlı hadisədən dərhal sonra Moskva şəhərindəki Azərbaycanın Daimi Nümayəndəliyinə gələrək, xalqının qəzəb və etirazını açıq şəkildə bütün dünyaya bəyan etməsi xüsusilə qeyd olunaraq, 20 Yanvar faciəsinin məhz Heydər Əliyevin təşəbbüsü və göstərişi ilə araşdırılıb, hüquqi-siyasi qiymətin verildiyi xatırlanır.
Bu kimi tədbirdə iştirakçıları səfirliklərdə nümayiş etdirilən 20 Yanvar fotosərgisi ilə tanış olur, qanlı faciə barədə çəkilən sənədli filmi seyr edirlər. Bununla yanaşı, qanlı yanvar faciəsi ilə bağlı kitablar və 20 yanvar faciəsinə həsr olunan sənədli filmlərin DVD-si tədbir iştirakçılarına təqdim olunur. Tarixi faktlarla zəngin olan bu kitablar bir sıra dövlətlərin parlament üzvlərinə, ali təhsil ocaqlarına, dövlət və ictimai təşkilatlara, elmi dairələrə də təqdim edilir.

Paşa-zadə Kamal Çingiz oğlu - Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin violonçel ixtisası üzrə müəllimi, Azərbaycan Respublikasının Əməkdar müəllimi

Address

Bakikhanov
012323476

Telephone

0506669393

Website

Alerts

Be the first to know and let us send you an email when Arzu Eliyeva posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category