Gənc Ağdaşlılar

Gənc Ağdaşlılar Səhifəmizə xoş gəldiniz! Bu səhifədə Ağdaş rayonu haqqında ən son məlumatlar, xəbərl? Ağdaşa xoş gəlmişsiniz!..

Həmrəy olaq 100₼ qazanaq!24 dekabr tarixində Region Kursları"nda 2, 3, 4, 5, 6, 7 və 8-ci sinif Azərbaycan və Rus bölməs...
03/12/2023

Həmrəy olaq 100₼ qazanaq!
24 dekabr tarixində Region Kursları"nda 2, 3, 4, 5, 6, 7 və 8-ci sinif Azərbaycan və Rus bölməsi şagirdləri üçün "Həmrəylik Yarışı" keçiriləcək.

📝 İmtahan mövzuları üçün ➕ qoyun.

➡️ Fənlər:
🔹2,3,4-cü sinif: Ana dili, riyaziyyat, məntiq, ingilis dili, həyat bilgisi.
🔹5,6,7,8-ci sinif: Ana dili, riyaziyyat, məntiq, ingilis dili, tarix.

➡️ İmtahan mükafatları:
🔸 700 bal: Smart watch + Fəxri Fərman;
🔸 600+ bal: 100₼ mükafat şagirdlər arasında bölünəcək + Təltifnamə;
🔸 500+ bal: Regıon Qələm + Təltifnamə;
🔸 400+ bal: Təltifnamə
➡️ Maksimal bal: 700
➡️ Bilet: 10₼
➡️ İmtahan saatı: 10 və 12:00
➡️ İmtahan üçün biletləri sizə yaxın olan filialımızdan və ya onlayn (WhatsApp vasitəsilə) ala bilərsiniz.

👉 Ağdaş Filialı: 051 779 94 49 WhatsApp
👉 Ləki Filialı: 051 778 94 49 WhatsApp


03/11/2022

03 noyabr 2022-ci il tarixində, Ağdaş Dövlət Hümanitar Kolleci, Ağdaş Regional Mədəniyyət idarəsi və Rayon Gənclər və İdman idarəsinin dəstəyi ilə Ağdaş rayon Heydər Əliyev Prospekti, Rayon Mədəniyyət Mərkəzinin qarşısındakı meydanda “08 noyabr Zəfər günü” münasibəti ilə Fləşmob tədbiri keçirilmişdir. Fləşmob tədbirində 400 nəfərdən artıq gənclərin iştirakı ilə yer üzərində "Qarabağ Azərbaycandır ! " sözü yazıldı.Meydana gənc şahinlərin iştirakı ilə dövlət bayrağı gətirildi.Gənclər canlı olaraq dövlət himnini səsləndirdilər.daha sonra torpaqlarımızın müdafiəsi,ərazi bütövlüyümüzün bərpası uğrunda canlarından keçən qəhrəman şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.Rayon Gənclər və İdman idarəsinin rəisi Azad Gözəlov “08 noyabr Zəfər günü” münasibətilə rayonda çoxsaylı tədbirlərin keçirildiyini bildirdi.Tədbirdə iştirak edən bütün gəncləri təbrik edərək,gələcək işlərində uğurlar arzuladı. Flaşmob tədbirində Rayon İcra Hakimiyyəti başçısının birinci müavini İsmayıl Yusifzadə, Ağdaş Regional Mədəniyyət İdarəsinin rəisi Səxavət Məmmədov, Mədəniyyət Mərkəzinin direktoru Türanə Şıxalıyeva, Ağdaş Dövlət Hümanitar Kollecinin müəllim kolllektivi və rayon ictimaiyyətinin nümayəndələri iştirak edirdi.

Ağdaş rayon Gənclər və İdman İdarəsi
Ağdaş Dövlət Humanitar Kolleci

02/05/2022

Bayramınız mübarək əziz Ağdaşlılar!

Səssiz foto.
11/12/2021

Səssiz foto.

Dəstək olaq 🤲
05/06/2021

Dəstək olaq 🤲

Bugün şəhid polkovnik Adəm Əliyevin bizə əmanəti olan qızının doğum günüdür. Təbrik edirik, can sağlığı və daim zirvələr...
27/05/2021

Bugün şəhid polkovnik Adəm Əliyevin bizə əmanəti olan qızının doğum günüdür. Təbrik edirik, can sağlığı və daim zirvələr arzu edirik.

Tanınmış tar ifaçısı, gözəl insan, dəyərli sənətkar, H. Əliyev adına Ağdaş şəhər Musiqi Məktəbində müəllim işləmiş Akif ...
22/05/2021

Tanınmış tar ifaçısı, gözəl insan, dəyərli sənətkar, H. Əliyev adına Ağdaş şəhər Musiqi Məktəbində müəllim işləmiş Akif (müəllim) Hacıbalayev 20. 05. 2021 tarixdə dünyasını dəyişdi. Allah rəhmət eləsin!

Vətən müharibəsi iştirakçısı, Ağdaş rayonunun Qarağan Şıxlar kənd sakini, 1993-cü il təvəllüdlü Niyazi Gündüz oğlu İbrah...
16/05/2021

Vətən müharibəsi iştirakçısı, Ağdaş rayonunun Qarağan Şıxlar kənd sakini, 1993-cü il təvəllüdlü Niyazi Gündüz oğlu İbrahimli mayın 14-də axşam saatlarında vəfat edib.

Bu barədə “Qafqazinfo”ya Ağdaş rayon İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin böyük məsləhətçisi Mahir Musayev məlumat verib. Qeyd edib ki, səhhətində problem olduğu üçün Bakı şəhərinə gətirilsə də, qazinin həyatını xilas etmək mümkün olmayıb.

Onun sözlərinə görə, 28 yaşlı qazi ötən ilin dekabrında ordudan tərxis olunub. Bir müddət əvvəl koronavirusa yoluxan qazinin qəfildən səhhəti pisləşib:

“N. İbrahimli tərxis olunandan sonra səhhəti ilə bağlı hər hansı şikayəti olmayıb. Bir müddət əvvəl koronavirusa yoluxub, sağalandan təxminən bir ay sonra halı qəfildən pisləşib, ürəyində problem yaranıb. Mingəçevir xəstəxanasına, oradan da göndərişlə Bakıya aparılıb. Lakin hələ hansı səbəbdən vəfat etməsilə bağlı məlumat verilməyib”.

İcra hakimiyyəti rəsmisi bildirib ki, qazi dünən doğulduğu kənddə dəfn olunub.

Xatırladaq ki, N. İbrahimli Vətən müharibəsi başlayan zaman könüllü olaraq ordu sıralarına qatılıb. Ailəli idi, bir övladı var.

Şəhidimiz Məhəmməd Osmanovun oğul övladı dünyaya gəldi.Atasına Vətəninə layiq övlad olsun🤲
09/05/2021

Şəhidimiz Məhəmməd Osmanovun oğul övladı dünyaya gəldi.Atasına Vətəninə layiq övlad olsun🤲

Arif Quliyev 71 yaşında korona virisdan dünyasını deyisib. Her zaman üzümüzü guldurem Arif Quliyev bu defe ağlatdı seven...
07/05/2021

Arif Quliyev 71 yaşında korona virisdan dünyasını deyisib. Her zaman üzümüzü guldurem Arif Quliyev bu defe ağlatdı sevenlerini. Allah rehmet elesin

05/05/2021

Address

Agdas
03

Website

Alerts

Be the first to know and let us send you an email when Gənc Ağdaşlılar posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share