Aserbaidschanisches Kulturzentrum Wien

Aserbaidschanisches Kulturzentrum Wien Azərbaycan Respublikasının Avstriya Respublikasındakı Mədəniyyət Mərkəzi
Kulturzentrum der Republik Aserbaidschan in der Republik Österreich

Das Aserbaidschanische Kulturzentrum in Wien gehört zum Netzwerk aserbaidschanischer Kulturzentren im Ausland, die der Öffentlichkeit des jeweiligen Landes als Treffpunkt und Präsentationsraum für die aserbaidschanische Kultur dienen. Das Kulturzentrum in Wien wurde durch die Anordnung des aserbaidschanischen Staatspräsidenten vom 16. November 2012 gegründet und hat nun im Herzen von Wien seine To

ren der breiten Öffentlichkeit eröffnet. Das Ziel des Kulturzentrums besteht darin, der österreichischen Gesellschaft aserbaidschanische Kunst und Musik, Literatur und Sprache näher zu bringen, kulturelle Beziehungen zwischen Österreich und Aserbaidschan zu fördern und eine angenehme Atmosphäre für ein MITEINANDER und kulturellen Dialog zu schaffen. Neben Ausstellungen, Konzerten, Vorträgen und Präsentationen bietet das Kulturzentrum auch aserbaidschanische Sprachkurse und erweitert die Informationen seiner Besucher über Aserbaidschan mit einer reichhaltigen Bibliothek und regelmäßig durchgeführten Filmabenden. In seiner Tätigkeit wird das Zentrum wird auf die Vermittlung aserbaidschanischer KünstlerInnen und auf gemeinsame Projekte an lokalen Kultureinrichtungen ein besonders Augenmerk legen. Das Kulturzentrum schränkt sich nicht nur auf die Hauptstadt Wien ein und organisiert Veranstaltungen zur Bekanntmachung aserbaidschanischer Kunst und Kultur auch in anderen österreichischen Großstädten. Gleichzeitig versteht sich das Aserbaidschanische Kulturzentrum als ein Treffpunk der Kulturen und stellt seine Räumlichkeiten für Veranstaltungen (Konzerte, Präsentationen, Konferenzen, Vorträge) gerne zur Verfügung. Wir wollen ein Ort der Begegnungen sein, wo das Völkerverständnis zwischen Menschen verschiedener Kulturen stattfindet und Kontakte zwischen KünstlerInnen intensiviert werden.

🇦🇿 Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 7 yanvar 2026-cı il tarixli Sərəncamı ilə xalqlar arasında dostl...
12/06/2026

🇦🇿 Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 7 yanvar 2026-cı il tarixli Sərəncamı ilə xalqlar arasında dostluğun möhkəmləndirilməsi və Azərbaycan diasporunun inkişafındakı xidmətlərinə görə Avstriyada yaşayan elm adamı, Dünya Azərbaycanlı Alimlər Birliyinin (DAAB) həmsədri, fizika-riyaziyyat elmləri üzrə fəlsəfə doktoru Bəxtiyar Siracov “Tərəqqi” medalı ilə təltif olunub.

Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov ali mükafatı Bəxtiyar Siracova Avstriyadakı Azərbaycan Mədəniyyət Mərkəzində təqdim edib.

🇦🇿 Avstriyadakı Azərbaycan Mədəniyyət Mərkəzində Azərbaycan–Avstriya münasibətlərinin inkişafına və Azərbaycan diasporun...
08/06/2026

🇦🇿 Avstriyadakı Azərbaycan Mədəniyyət Mərkəzində Azərbaycan–Avstriya münasibətlərinin inkişafına və Azərbaycan diasporunun fəaliyyətinə verdiyi töhfəyə görə Avstriya-Azərbaycan Ticarət Palatasının (ATAZ) prezidenti Gerald Qerstbauerin mükafatlandırılması mərasimi keçirilib.

🇦🇹 Im Aserbaidschanischen Kulturzentrum in Wien fand eine Feierstunde zu Ehren des Präsidenten der Österreichisch-Aserbaidschanischen Handelskammer (ATAZ), Gerald Gerstbauer, statt. Mit der Auszeichnung wurde sein Beitrag zur Entwicklung der aserbaidschanisch-österreichischen Beziehungen sowie zur Förderung der Aktivitäten der aserbaidschanischen Diaspora gewürdigt.

Avstriyadakı Azərbaycan Mədəniyyət Mərkəzində gənc opera müğənnisi Elmina Həsən ilə görüş keçirilib.Görüş zamanı Mərkəzi...
04/06/2026

Avstriyadakı Azərbaycan Mədəniyyət Mərkəzində gənc opera müğənnisi Elmina Həsən ilə görüş keçirilib.

Görüş zamanı Mərkəzin rəhbəri Leyla Qasımova sənətçini Azərbaycan mədəniyyətini xaricdə yüksək səviyyədə təmsil etdiyinə görə təbrik edib və ona gələcək yaradıcılıq fəaliyyətində uğurlar arzulayıb.

Xüsusilə vurğulanıb ki, Elmina Həsənin Vyana Dövlət Operasında C. Bizenin məşhur “Karmen” operasında baş rolu ifa etməsi Azərbaycan musiqi mədəniyyəti üçün tarixi bir hadisədir. Bu çıxış sənətçinin həm Vyana Dövlət Operasında ilk səhnə təcrübəsi, həm də birbaşa baş rol ifa etməsi ilə əlamətdardır.

Elmina Həsən Vyana Dövlət Operasının səhnəsində baş rolda çıxış edən ilk azərbaycanlı qadın opera müğənnisi kimi Azərbaycan mədəniyyət tarixində yeni bir səhifə açıb.

Bu uğur Azərbaycan mədəniyyətinin beynəlxalq arenada tanıdılması və təbliği istiqamətində mühüm nailiyyətlərdən biridir.

🇦🇿 Vyanadakı Azərbaycan Mədəniyyət Mərkəzində 28 May – Müstəqillik Gününə həsr olunmuş “Kəlbəcərin zərif irsi – məfrəş“ ...
28/05/2026

🇦🇿 Vyanadakı Azərbaycan Mədəniyyət Mərkəzində 28 May – Müstəqillik Gününə həsr olunmuş “Kəlbəcərin zərif irsi – məfrəş“ adlı xüsusi dəfilə proqramı təşkil olunub.

Tədbir Azərbaycan Mədəniyyət Mərkəzinin Qadınların İnkişafına və Maarifləndirilməsinə Dəstək İctimai Birliyinin birgə təşkilatçılığı ilə baş tutub.

Dəfilə proqramında “Qala Dress”, “Sevil Art”, “Basqal”, “Nur”, “Samuxis”, “Qurama” və “Atide” brendlərinin kolleksiyaları təqdim olunub.

🇦🇹 Im Aserbaidschanischen Kulturzentrum in Wien wurde anlässlich des 28. Mai – des Unabhängigkeitstages – ein besonderes Defilee-Programm mit dem Titel „Das feine Erbe von Kəlbəcər – Mafrash“ organisiert.

Die Veranstaltung fand in gemeinsamer Organisation des Aserbaidschanischen Kulturzentrums und der Öffentlichen Vereinigung zur Unterstützung der Entwicklung und Aufklärung von Frauen statt.

Im Rahmen des Defilees wurden Kollektionen der Marken „Qala Dress“, „Sevil Art“, „Basqal“, „Nur“, „Samuxis“, „Qurama“ und „Atide“ präsentiert.

🇦🇿 Müstəqillik günü - 108 il öncə 1918-ci il mayın 28-də müsəlman Şərqində ilk dünyəvi demokratik respublika olan Azərba...
28/05/2026

🇦🇿 Müstəqillik günü - 108 il öncə 1918-ci il mayın 28-də müsəlman Şərqində ilk dünyəvi demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin yarandığı gündür.

🇦🇹 Tag der Unabhängigkeit - heute vor 108 Jahren - am 28. Mai 1918 wurde die Aserbaidschanische Demokratische Republik als erste demkoratische Republik im islamischen Osten ausgerufen.

🇦🇿Qurban bayramınız mübarək!🇦🇹Wir wünschen ein gesegnetes Opferfest!
27/05/2026

🇦🇿Qurban bayramınız mübarək!

🇦🇹Wir wünschen ein gesegnetes Opferfest!

🇦🇿 Vyanadakı Azərbaycan Mədəniyyət Mərkəzində XX əsr milli ədəbi-bədii fikir tarixinin görkəmli nümayəndəsi, yazıçı, ali...
20/05/2026

🇦🇿 Vyanadakı Azərbaycan Mədəniyyət Mərkəzində XX əsr milli ədəbi-bədii fikir tarixinin görkəmli nümayəndəsi, yazıçı, alim və pedaqoq Mir Cəlal Paşayevin yaradıcılığına həsr olunmuş “İnsanlığın yüksək dəyəri” adlı ədəbi-musiqili gecə təşkil olunub.

Türkologiya üzrə mütəxəssis, tədqiqatçı alim Mixael Raynhard Heß Mir Cəlalın həyat və yaradıcılığına dair məruzə ilə çıxış edib.

Tədbirin bədii hissəsində Mir Cəlalın alman dilinə tərcümə olunmuş hekayələri əsasında səhnələşdirilmiş təqdimatı olub. Əsərlər musiqili proqramın müşayiəti ilə almanca Yaqut Abdalla, Denis Yastrauniq və Konstantin Tsander tərəfindən səsləndirilib. Musiqi nümunələri tanınmış musiqiçi Tural İsmayılovun bədii rəhbərliyi ilə “Anima Shirvani” qrupunun ifasında təqdim olunub.

🇦🇹 Im Aserbaidschanischen Kulturzentrum in Wien wurde ein literarisch-musikalischer Abend mit dem Titel „Der hohe Wert der Menschlichkeit“ organisiert, der dem Schaffen des bedeutenden Vertreters der nationalen Literatur- und Geistesgeschichte des 20. Jahrhunderts, des Schriftstellers, Wissenschaftlers und Pädagogen Mir Cəlal Paşayev gewidmet war.

Der Turkologe und Forschungswissenschaftler Michael Reinhard Heß hielt einen Vortrag über das Leben und Schaffen von Mir Cəlal.

Im künstlerischen Teil der Veranstaltung wurde eine szenische Präsentation auf Grundlage von ins Deutsche übersetzten Erzählungen von Mir Cəlal aufgeführt. Die Werke wurden begleitet von einem musikalischen Programm auf Deutsch von Yaqut Abdalla, Denis Jastraunig und Konstantin Zander vorgetragen.

Die Musikstücke wurden von der Gruppe „Anima Shirvani“ unter der künstlerischen Leitung des bekannten Musikers Tural İsmayılov präsentiert.

🇦🇿🌍Bakıda VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcək 27-29 oktyabr tarixlərində Bakıda VII Ümumdünya Məd...
15/05/2026

🇦🇿🌍Bakıda VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcək 27-29 oktyabr tarixlərində Bakıda VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcək. Forum Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm və Mədəniyyət Təşkilatı (UNESCO) BMT-nin Sivilizasiyalar Alyansı (UNAOC), İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ICESCO) və BMT-nin Ümumdünya Turizm Təşkilatının (UN Touirsm) birgə tərəfdaşlığı ilə gerçəkləşəcək. Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən 2008-ci ildə irəli sürülmüş mədəniyyətlərarası dialoqa dair “Bakı Prosesi”nin tərkib hissəsi olan Forumun əsası 2011-ci ildə qoyulub və bu il Forumun 15 illiyi qeyd olunur.

Bakı Prosesi və onun çərçivəsində keçirilən Forum Birləşmiş Millətlər Təşkilatı tərəfindən mədəniyyətlərarası dialoqun və beynəlxalq əməkdaşlığın təşviqi sahəsində aparıcı qlobal platforma kimi tanınır.

🇦🇹🌍Das 7. Weltforum für Interkulturellen Dialog wird vom 27. bis 29. Oktober in Baku stattfinden.

Das Forum wird in Partnerschaft mit dem Kulturministerium der Republik Aserbaidschan, der Organisation der Vereinten Nationen für Bildung, Wissenschaft und Kultur (UNESCO), der Allianz der Zivilisationen der Vereinten Nationen (UNAOC), der Organisation für Bildung, Wissenschaft und Kultur der islamischen Welt (ICESCO) sowie UN Tourism organisiert.

Es ist anzumerken, dass das Weltforum für Interkulturellen Dialog, das im Rahmen des „Baku-Prozesses“ für interkulturellen Dialog stattfindet, der 2008 vom Präsidenten der Republik Aserbaidschan, Ilham Aliyev, initiiert wurde, im Jahr 2011 ins Leben gerufen wurde. In diesem Jahr begeht das Forum sein 15-jähriges Bestehen.

Der Baku-Prozess und das im Rahmen dieses Prozesses veranstaltete Forum werden von den Vereinten Nationen als führende globale Plattform zur Förderung des interkulturellen Dialogs und der internationalen Zusammenarbeit anerkannt.

🇦🇿 Eurovision 2026-da Azərbaycana səs verin! Jiva – 02 nömrə! 📢 Əziz Avstriyada yaşayan dostlar, gəlin birlikdə Azərbayc...
14/05/2026

🇦🇿 Eurovision 2026-da Azərbaycana səs verin! Jiva – 02 nömrə!

📢 Əziz Avstriyada yaşayan dostlar, gəlin birlikdə Azərbaycanı dəstəkləyək!

Təmsilçimiz Jiva Azərbaycanı Eurovision-da təmsil edir. Finala vəsiqə qazanmaq üçün sizin səsiniz çox önəmlidir!
Gəlin 02 NÖMRƏSİNƏ səs verək və Azərbaycanı zirvəyə daşıyaq! ✨

🇦🇹 Avstriya:
📩 SMS: 0901 050 25 02

⏰Səsvermə vaxtı⏰
14 may, saat 21:00-da keçiriləcək Eurovision 2026-nın ikinci yarımfinalında JIVA-nın “Just Go” mahnısına səs vermək üçün 0901 050 25 02 nömrəsinə SMS göndərin.

⚠️ Vacib qeyd:
• İştirakçı ölkələrdə yaşayan azərbaycanlılar və həmin ölkələrin vətəndaşları SMS və rəsmi Eurovision tətbiqi vasitəsilə səs verə bilərlər.
• İştirakçı ölkələrdə yaşamayan şəxslər isə “Rest of the World” sistemi ilə esc.vote üzərindən səs verə bilərlər.

Mayın 13-də Vyanada Azərbaycan Mədəniyyət Mərkəzinin yaradılmasının 13-cü ildönümü münasibətilə tədbir təşkil olunub.Təd...
14/05/2026

Mayın 13-də Vyanada Azərbaycan Mədəniyyət Mərkəzinin yaradılmasının 13-cü ildönümü münasibətilə tədbir təşkil olunub.

Tədbirdə Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri Leyla Qasımova qurumun yarandığı gündən bu günə qədər keçdiyi inkişaf yolundan bəhs edib.

Azərbaycanın Avstriyadakı səfiri Rövşən Sadıqbəyli çıxışında Azərbaycan Mədəniyyət Mərkəzinin xaricdə fəaliyyət göstərən ən fəal Azərbaycan mədəniyyət ocaqlarından biri olduğunu bildirib.

Tədbirdə, həmçinin “Sülhə dəstək” İctimai Birliyinin prezidenti Herta Marqarete Habsburq-Lotrinqen çıxış edib. O, mədəniyyətlərarası dialoq, qarşılıqlı anlaşma və sülh təşəbbüslərinin əhəmiyyətindən danışaraq, Azərbaycan Mədəniyyət Mərkəzinin bu istiqamətdə Avstriyadakı fəaliyyətini təqdir edib. O, qeyd edilən istiqamətlər üzrə uğurlu fəaliyyətinə görə Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbərlik etdiyi ictimai təşkilat tərəfindən “Sülh naminə alov“ beynəlxalq mükafatına layiq görüldüyünü bildirib. Qeyd olunub ki, dünyada sülhpərvər tədbir və təşəbbüsləri dəstəkləyən, mədəniyyətlərarası dialoqun inkişafına xidmət edən təşkilat və şəxslər bu mükafata layiq görülürlər.

Tədbirin bədii hissəsində Azərbaycan musiqiçiləri - Rilaya Hüseynzadə (vokal) və Abuzər Manafzadə (fortepiano) konsert proqramı ilə çıxış ediblər.

Adresse

Bellariastraße 8
Wien
1010

Öffnungszeiten

Montag 10:00 - 17:00
Dienstag 10:00 - 17:00
Mittwoch 10:00 - 17:00
Donnerstag 10:00 - 17:00
Freitag 10:00 - 17:00

Benachrichtigungen

Lassen Sie sich von uns eine E-Mail senden und seien Sie der erste der Neuigkeiten und Aktionen von Aserbaidschanisches Kulturzentrum Wien erfährt. Ihre E-Mail-Adresse wird nicht für andere Zwecke verwendet und Sie können sich jederzeit abmelden.

Service Kontaktieren

Nachricht an Aserbaidschanisches Kulturzentrum Wien senden:

Teilen

Kategorie