Atəş Hub / Atesh Hub

Wegbeschreibung

Atəş Hub / Atesh Hub Baku-based hub. Concepts shift into collective acts. Visual artists, curators, art managers, writers and observers.

SAYRIŞAN SİMVOLLARQrup sərgisiQədim türk mifoloji düşüncəsində heyvanlar əcdad, qoruyucu, yolgöstərən və hikmət daşıyıcı...
19/10/2026

SAYRIŞAN SİMVOLLAR

Qrup sərgisi

Qədim türk mifoloji düşüncəsində heyvanlar əcdad, qoruyucu, yolgöstərən və hikmət daşıyıcısı kimi təsəvvür edilirdi. Bu dünyagörüşünün izləri Azərbaycan mədəniyyətində qayaüstü təsvirlərdən xalça ornamentlərinə, miniatürlərdən dastanlara qədər yaşamaqdadır.

“Sayrışan simvollar” sərgisi Qafqazın Böyük Beşliyini - Qafqaz bəbirini, ceyranı, boz canavarı, qonur ayını və şah qartalını qədim mifoloji təsəvvürlərlə çağdaş vizual mədəniyyətin kəsişməsində təqdim edir. Yeni media və multidissiplinar sənət praktikaları vasitəsilə bu obrazlar müasir ekoloji, mədəni və texnoloji kontekstlərdə yenidən şərh olunur.

Sərgi mədəni irsin zamanla transformasiyasını, kollektiv yaddaşda yaşayan simvolların yeni mənalar qazanaraq gələcəyə ötürülməsini araşdırır. Bu obrazlar keçmişin yadigarları olmaqla yanaşı, bu günün mədəni düşüncəsini formalaşdıran və gələcəklə əlaqə yaradan canlı mədəni kodlar kimi təqdim olunur.

Mentor: Sabina Şıxlinskaya

Kurator: Mənsurə Məmmədəliyeva

Rəssamlar: Sabir Abdullazadə, Ramil Aliev, İlqar Aydın, Səbinə Cəfər, Riyad Hüseynov, Emin Mathers, Mariya Mozqovaya, Aliya The Mushroom, Tim Zaripov və Alina Yusupova.

📍 Məkan: İçərişəhər - Şirvanşahlar Sarayı Kompleksinin Şah məscidi və Bayıl Daşları

📅 Sərgi müddəti: 30 oktyabr - 30 dekabr 2026

SHIMMERING SYMBOLS

Group Exhibition

In ancient Turkic mythology, animals were regarded as ancestors, protectors, guides, and bearers of wisdom. Traces of this worldview endure in Azerbaijani culture, from rock carvings and carpet ornaments to miniature painting and epic narratives.

Shimmering Symbols explores the Caucasus Big Five - the Caucasian leopard, gazelle, grey wolf, brown bear, and golden eagle - at the intersection of ancient mythological beliefs and contemporary visual culture. Through new media and multidisciplinary artistic practices, these figures are reinterpreted in the context of contemporary ecological, cultural, and technological realities.

The exhibition examines how cultural heritage transforms over time and how symbols embedded in collective memory acquire new meanings and are carried into the future. Beyond their significance as remnants of the past, t

2026-cı ilin iyun ayında Əməkdar rəssam və müstəqil kurator Sabina Şıxlinskaya tərəfindən təsis edilmiş Atəş Hub yaradıc...
30/06/2026

2026-cı ilin iyun ayında Əməkdar rəssam və müstəqil kurator Sabina Şıxlinskaya tərəfindən təsis edilmiş Atəş Hub yaradıcılıq platformasının fəaliyyətinin ilk ili uğurla başa çatdı.

Bu bir il ərzində Atəş Hub müasir incəsənət və mədəniyyət sahəsində uğurlu layihələr həyata keçirdi, çoxsaylı sərgilər təşkil etdi, dəyərli tərəfdaşlıqlar qurdu və daim inkişaf edən yaradıcı birliyin formalaşmasına töhfə verdi. Bu gün artıq 50-dən çox istedadlı gənc rəssam və incəsənət nümayəndəsi Atəş Hub ailəsinin üzvü olmaqdan qürur duyur.

Bu müddət ərzində platformamız üçün ən böyük mənəvi dayaqlardan biri Heydər Əliyev Fondunun vitse-prezidenti, hörmətli Leyla xanım Əliyevanın müasir incəsənətə və gənc yaradıcı nəslə göstərdiyi davamlı diqqət və dəstək olmuşdur. Onun Atəş Hub-ın fəaliyyətinə göstərdiyi etimad və qayğı bizim üçün hər zaman böyük stimul və məsuliyyət mənbəyidir.

Bu gün xüsusi məmnunluq hissi ilə paylaşmaq istərdik ki, Leyla xanım Əliyevanın dəyərli dəstəyi sayəsində Atəş Hub-ın iki gənc rəssamı - Ramil Əliyev və Cavid Həsənli - bu ildən etibarən Amerika Birləşmiş Ştatları və Kanadanın nüfuzlu ali təhsil müəssisələrində incəsənət üzrə təhsillərinə başlayırlar.

İstedadlı gənclərin inkişafına şərait yaratmaq, onların yaradıcılıq potensialını doğru ünvanlara təqdim etmək və yeni imkanlara qovuşmasına töhfə vermək Atəş Hub-ın əsas missiyalarından biridir. Bu sevindirici hadisə də həmin missiyanın ən dəyərli nəticələrindən biri oldu.

Leyla xanım Əliyevaya Azərbaycan gəncliyinə, incəsənətə və mədəniyyətə göstərdiyi yüksək diqqət və qayğıya görə səmimi minnətdarlığımızı bildiririk. İnanırıq ki, bu dəstək yeni nəsil Azərbaycan rəssamlarının beynəlxalq uğurlarına ilham verməyə davam edəcək.

Yeni mövsümdə yenidən görüşmək ümidi ilə…
Sentyabr ayında yeni layihələr və yeni hekayələrlə qayıdırıq.

25/06/2026
Atəş Hub InContext rubrikası çərçivəsində təqdim edir: “NI - Natural Intelligence / Təbii Zəka”.
19/06/2026

Atəş Hub InContext rubrikası çərçivəsində təqdim edir: “NI - Natural Intelligence / Təbii Zəka”.

Azərbaycan Milli Xalça Muzeyində “Təbii Zəka / NI - Natural Intelligence” sərgisi açılacaqİyunun 10-da Azərbaycan Milli ...
09/06/2026

Azərbaycan Milli Xalça Muzeyində “Təbii Zəka / NI - Natural Intelligence” sərgisi açılacaq

İyunun 10-da Azərbaycan Milli Xalça Muzeyində “Təbii Zəka / NI - Natural Intelligence” adlı sərginin açılış mərasimi keçiriləcək. Sərgidə rəssamlar Ramil Aliev, Emin Mathers, Nərgiz Ramizqızı, Ramil Mammadli və Lenay Seidəli-zadənin incəsənət, elm və müasir texnologiyaları birləşdirən science art istiqamətində yaratdıqları instalyasiyalar, digital art, nano video art və performans əsərlər nümayiş olunacaq.
“Təbii Zəka / NI - Natural Intelligence” layihəsi texnoloji tərəqqinin, rəqəmsal mühitin və qlobal ekoloji dəyişikliklərin müasir insanın düşüncə tərzinə təsirini araşdırır. Ekspozisiyanın əsas mövzularını yaddaş, diqqət, qavrayış, insanın ətraf mühitlə əlaqəsi və rəqəmsallaşma dövründə fiziki reallıqdan və mədəni köklərdən tədricən uzaqlaşma prosesi təşkil edir.
Layihədə Azərbaycan xalçası yaddaşın, simvolların və mədəni kodların daşıyıcısı kimi xüsusi yer tutur. Müəlliflər bu qədim sənəti müasir sosial, texnoloji və ekoloji proseslər fonunda yenidən interpretasiya ediblər.
Elm və incəsənətin qarşılıqlı əlaqəsini ön plana çıxaran sərgi tamaşaçıları insanın təbiət, öz bədəni, texnologiyalar və mədəni irslə münasibətlərinin necə dəyişdiyi barədə düşünməyə dəvət edir.
Sərgi Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Milli Xalça Muzeyi və “Yaradıcı Mərkəz”in dəstəyi ilə baş tutacaq.
Qeyd edək ki, layihə Azad Mirzəcanzadə adına İnkişaf Proqramının qalibi olub və Atəş Hub platforması tərəfindən həyata keçirilir. Atəş Hub platformasının təsisçisi və mentoru Azərbaycanın Əməkdar rəssamı, kurator Sabina Şıxlinskaya, layihənin kuratoru Sofiya Frank, koordinatoru isə Aqnessa Tariverdiyevadır.
Sərgi 14 iyun tarixinədək ziyarətçilər üçün açıq olacaq.
___________

The Azerbaijan National Carpet Museum to Open the Exhibition “NI – Natural Intelligence”

On 10 June, the Azerbaijan National Carpet Museum will host the opening ceremony of the exhibition “NI – Natural Intelligence”. The exhibition will feature installations, digital art, nano video art and performance works by artists Ramil Aliev, Emin Mathers, Nargiz Ramizgizi, Ramil Mammadli and Lenay Seidali-zade, created within the field of science art, which brings together art, science and contemporary technologies.
The project “NI – Natural Intelligence” explores the impact of technological progress, the digital environment and global environmental changes on contemporary patterns of human thinking. The exhibition focuses on memory, attention, perception, humanity’s relationship with the environment, and the gradual distancing from physical reality and cultural roots in the age of digitalisation.
A special place within the project is given to the Azerbaijani carpet as a carrier of memory, symbols and cultural codes. The artists reinterpret this ancient art form through the lens of contemporary social, technological and environmental processes.
Highlighting the interaction between science and art, the exhibition invites visitors to reflect on how the relationships between humans and nature, the human body, technology and cultural heritage are evolving.
The exhibition is organised with the support of the Ministry of Culture of the Republic of Azerbaijan, the Azerbaijan National Carpet Museum and the YARADICI Creative Centre.
The project, implemented by the Atesh Hub platform, is a winner of the Azad Mirzajanzada Development Program. The founder and mentor of Atesh Hub is Honoured Artist of Azerbaijan and curator Sabina Shikhlinskaya. The project curator is Sofiya Frank, and the coordinator is Agnessa Tariverdiyeva.
The exhibition will remain open to visitors until 14 June.

Atesh Hub is proud to be part of Affordable Art Fair Vienna 2026.From May 28-31, works by artists represented in collabo...
29/05/2026

Atesh Hub is proud to be part of Affordable Art Fair Vienna 2026.

From May 28-31, works by artists represented in collaboration with Atesh Hub will be showcased alongside a wider presentation of eight emerging contemporary artists from Azerbaijan at one of Europe’s leading international art fairs.

This project marks Azerbaijan’s first participation in Affordable Art Fair Vienna and is presented by Fluxus Space with the support of the Ministry of Culture of the Republic of Azerbaijan. The core team of participants includes Atesh Hub members, artists Huseyn Jalil, Fidan Nazimqizi, Emin Mathers, and Jala Aziz, together with art manager Agnessa Tariverdiyeva.

The project has been developed under the mentorship of Sabina Shikhlinskaya, founder of Atesh Hub, curator, and Honored Artist of Azerbaijan.

This initiative represents an important step in strengthening the international visibility of a new generation of Azerbaijani contemporary artists and creating new opportunities for cultural exchange and dialogue.

Atəş Hub-ın “Kritisizm” rubrikasında kurator Murad Mir-Zadə rəssam Məryəm Yusifəliyevanın “Recreation in Nature” seriyas...
27/05/2026

Atəş Hub-ın “Kritisizm” rubrikasında kurator Murad Mir-Zadə rəssam Məryəm Yusifəliyevanın “Recreation in Nature” seriyasına daxil olan əsərlərinə öz baxışını təqdim edir. Kurator mətni əsərlərə şəxsi interpretasiya və fərdi müşahidə prizmasından yanaşaraq onların yaratdığı vizual və emosional qatları ön plana çıxarır. Sonda isə kurator oxuyucunu vacib bir sualla üz-üzə qoyur…

__

Within the framework of Atesh Hub’s “Criticism” section, curator Murad Mir-Zada presents his perspective on the works from Maryam Yusifaliyeva’s “Recreation in Nature” series. Approaching the artworks through a personal and interpretative lens, the curatorial text highlights their visual language and emotional resonance. In the end, the curator leaves the reader face to face with an essential question…

Atəş Hub-ın “Kritisizm” rubrikası çərçivəsində kurator Bəxtiyar Ali’nin rəssam Ramil Aliev’in “mommy let me go…” əsərinə...
11/05/2026

Atəş Hub-ın “Kritisizm” rubrikası çərçivəsində kurator Bəxtiyar Ali’nin rəssam Ramil Aliev’in “mommy let me go…” əsərinə “Yumuşaq Üsyanı” yazısı ilə kutarorial yanaşmasını təqdim edir. Bu yanaşma əsərə fərdi baxış bucağını və interpretasiya prizmasını ön plana çıxarır.

__

Within the framework of Atesh Hub’s “Criticism” section, curator Bakhtiyar Ali presents his curatorial approach to artist Ramil Aliev’s work “mommy let me go…” through the text “Soft Rebellion.” This approach foregrounds a personal perspective and an interpretive prism through which the work is explored.

Naxışların danışdığı, formaların düşüncəyə çevrildiyi bir məkan sizi gözləyir. Beynəlxalq Xalça Festivalı çərçivəsində k...
30/04/2026

Naxışların danışdığı, formaların düşüncəyə çevrildiyi bir məkan sizi gözləyir. Beynəlxalq Xalça Festivalı çərçivəsində keçirilən bu iki görüşə siz də qoşulun.

Ənənənin ilmələri ilə müasir alqoritmin ritmi burada qovuşur.

Kurator və sənət nəzəriyyəçisi Bəxtiyar Əli “Naxışdan əlifbaya: vizual dilin səyahəti” mövzusunda çıxış edəcək. Təqdimatda naxışların sadəcə dekorativ element deyil, mənanı daşıyan bir dil kimi formalaşması, simvolların zamanla necə dəyişərək yeni ifadə formalarına çevrilməsi diqqət mərkəzində olacaq.

Kurator və sənətşünas Mənsurə Məmmədəliyeva isə “Ornamentdən alqoritmə: Azərbaycan xalçasının ənənədən müasirliyə təkamülü” mövzusunda çıxış edəcək. Təqdimatda xalça sənətinin əsrlər boyu formalaşmış bədii dili, ornamentlərin semantik qatları və bu irsin müasir dövrdə yeni ifadə vasitələri ilə necə yenidən şərh olunduğu təqdim ediləcək.

Mühazirələr Timur Zaripov, Hüseyn Cəlil, Ramil Məmmədli, Ellada Ağayeva və Alina Yusupovanın əsərlərinin proyeksiyalarından ibarət video instalyasiya ilə müşayiət olunacaq.

📍 Məkan: Şirvanşahlar Sarayı Kompleksi, Şah məscidi
🗓 Tarix: 2 may
⏰ Saat: 12:00–14:00 / 15:00–17:00
🎟 Giriş: DM qeydiyyat əsasında

Adresse

Vienna

Website

Benachrichtigungen

Erfahren Sie als Erste/r von Neuigkeiten und Aktionen: Wir schicken Ihnen eine E-Mail, wenn Atəş Hub / Atesh Hub etwas veröffentlicht. Ihre E-Mail-Adresse wird für keinen anderen Zweck verwendet, und Sie können sich jederzeit abmelden.

Verknüpfungen

Teilen