Səadət Аsəf Abbasova

Səadət Аsəf Abbasova Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Səadət Аsəf Abbasova, Art, Gendzakh.

14/12/2024
Bu dünyanın nağılında atardıq qoşa addımı.Ümid-ümid gülümsəyib,deyərdik dünya yaddımı... Nəğməsində oxunardı sevgimiz,Da...
22/07/2024

Bu dünyanın nağılında
atardıq qoşa addımı.
Ümid-ümid gülümsəyib,
deyərdik dünya yaddımı...

Nəğməsində oxunardı sevgimiz,
Damla-damla əriyərdi qanında.
Ayaq açıb yalan doğru eşqimiz,
Canlanardı bu zamanın anında.

Yenə-yenə doymazdıq bu dünyadan,
Xətaların sağlığına içərdik.
Şərab təki qəriblikdə gillənib,
Pıçıltıda,duyğularda dinərdik.

Gecələrin xəyal pəncərəsində,
Pərdə olan ulduzlarla axardıq.
Hərdən birdə xəyallara küsənib,
Arzuları şöləsindən asardıq.

Qovuşmuş kölgəydik,yağmayan yağmur,
Yellənərdik bu asılqan dünyadan.
Qoy bizi qoynuna çağırsın uğur,
Gedək,sevgilərlə nəfəs almağa.

İlahi,sevinclər bürüsün bizi,
Açılsın tilsimli düyünlərimiz.
Eşqin bəbəyində gülsün bu aləm,
Vüsalda cücərsin ümidlərimiz....
Səadət Asəf✍️Bakı2016

SEVGİ ÖMÜR BAXTIDI...Bu bahar arzuların ,Yaşıl ümid vaxtıdır.Qəlblərdən köç eyləyən,Sevgi ömür baxtıdır.Nərgizi,bənövşəs...
16/03/2024

SEVGİ ÖMÜR BAXTIDI...
Bu bahar arzuların ,
Yaşıl ümid vaxtıdır.
Qəlblərdən köç eyləyən,
Sevgi ömür baxtıdır.

Nərgizi,bənövşəsi,
Vaxtsız saralıb-solmaz.
Yollarda boynun buran,
Taleylə bəxt doğulmaz.

Yasəmənin çiçəyi,
Tər qönçədir ləçəyi,
Qara qızın göyçəyi,
Nazlı dilə yar olmaz.

Tumurcuqlar budaqda,
Al-əlvandır torpaqda,
Bütün sirrlər yarpaqda,
Şehiylə badə dolmaz.

Sevda gölü aradım,
Dünya yaşı var adım,
Sonsuzluqlara vardım,
Gördüm ki, qaşı almaz.

Mənim köçdü elinə,
Vardım Tanrı dilinə,
Gözəllərin gülünə,
Ömürdə vəfa qılmaz.
Səadət Asəf✍️Bakı
11.04.2019.saat 19.35

Cəmi şəhidlırimizin ruhu şad olsun🙏
19/01/2024

Cəmi şəhidlırimizin ruhu şad olsun🙏

06/01/2024

Yağ, ey bəyaz donlum,sirri çiçəklim,
Dünyanı döyüşlər pəncəsindən al.
Yağ, ey dan ulduzlu,dürrü gövhərim,
Ömürdən qüssəni,kədərləri çal.

Yağ, cahan sevinsin saf təmizliyə,
İnsanlar talenin gücündən çıxsın.
Yağ, səma suları dönsün dənizə,
Mavilik rəmzinin sevinci axsın.

Yağ, ellər sevgiylə şadlığa gəlsin,
Nifrətin,kibirin dovürü bitsin.
Yağ, dillər vəsfiylə Yaradan desin,
Məhəbbət nəqşiylə pisliklər itsin.

Yağ, dünya gözəllik libası geysin,
Rəngarəng gülüşə bürünsün aləm.
Yağ, körpə balalar sülhlə böyüsün,
Tək Tanrı eşqiylə görünsün aləm.
Səadət Asəf✍️Göygöl
06.01.2024 saat 08.47

Address

Gendzakh

Website

Alerts

Be the first to know and let us send you an email when Səadət Аsəf Abbasova posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Establishment

Send a message to Səadət Аsəf Abbasova:

Share

Category