Tədbirin proqramına daxildir:
Saat 16:00- 00:00 festival müddəti
16:00-20:00 aralığında stendlərdə gəzinti, alış-veriş, əyləncə Qonaqlarımız 20:00-21:00 aralığında müxtəlif ifaları dinləyib istirahətə musiqi ilə davam edə biləcəklər.
21:00-00:00 aralığında isə "Arzu şarı" şousu, DJ çıxışı və rəqsə davam.. :)
Festival zamanı qonaqlarımızı göz oxşayan rəngarəng dekorasiya və stendlərlə yanaşı gülə
rüz komanda qarşılayacaq. Hər bir stend qonaqlara çılğın əyləncə, heyranedici görünüş, hər zaman xatirə olaraq saxlayacaqları müxtəlif əşyalar və anlar hədiyyə edəcəkdir. Festival zamanı xüsusi dizayn və sıralama ilə düzülmüş rəngarəng stendlərdə satış, kiçik həcmli yarışlar (konkurs), rəqs şou, teatr göstərisi , karikaturaların çəkilməsi, xına və tatu işləri, müxtəlif personajların çıxışı, uzun ayaqlı akrobatla fotosessiya, pantomimlərin şousu, baş tutacaqdır. Tədbirin satış bölməsində satlacaq məhsullar: Aksesuarlar- qolbaqlar, boyunbağlar, əl işləri hədiyyələr, müxtəlif, LOVE və SPRING mövzulu cupcake-lar, festivalın logosu ilə dizayn olunmuş köynəklər, çələnglər və.s.
Əyləncə bölməsinə daxil olanlar: Qonaqlar üçün əyləncəli yarışlar..Onlar sürpriz olsun ;)
Fotosessiya bölməsi - SEVGİ AĞACI, fonundan zövq alacağınız maraqlı stendlər və.s. Tədbirin konsert hissəsində qonaqlarımız 5.59 Qrupu, skripka, saksafon, gitara musiqi alətlərinin ifalarını dinləmək və DJ NANO-nun çıxışı ilə saat 00:00-a qədər rəqs etmək imkanı əldə edəcəklər. Tədbirin sonunda “Arzu şarı” (Çin fənəri) şousu həyata keçiriləcəkdir. Festivalın əsas məqsədi qonaqlara əyləncəli, sevgi dolu unudulmaz anlar bəxş etməkdir. Bundan əlavə olaraq məqsədlərimizdən biri də yığılan vəsaitdən bir hissə Xeyriyyə məqsədi ilə Uşaq Birliyinin balacalarının təhsilinə dəstək olmaqdır. Komanda olaraq dəstəyə ehtiyacı olan balacalarımıza bizdən də qatqı olmasını istəyirik! Festival 29 May 2016-cı il saat 16:00 tarixində baş tutacaqdır. Festival “Aysberq” ailəvi istirahət mərkəzində (Şıxov) açıq havada təşkil olunacaqdır. Festivalın bütün qonaqlarının məkana rahat çatdırılmasını isə UBER şirkəti təmin edəcəkdir. Festivalın partnyorları: Uber, Coca Cola, Sabina Parfumeriya, Brand Up, Yes Travel, Bravo Aksesuar, Məxməri xına, Wowoman, 7 Surprise handmade gift shop, X Group, Foxy.az
Festivalın kreativ təşkilatçısı və ideya müəllifi “Sürprizim var”
Festivalda iştirak biletlədir. Biletin qiyməti: 28 AZN
Biletləri əldə edə bilərsiniz:
www.LoveFestivalBaku.com
Ünvan: Aşıq Alı 2. (Şəhər bağları yanı)
Əlaqə: 0703141114