08/03/2026
Doom 2099 (Gələcəyin Dumu)
San Diego Comic Con-dan sonra Marvel və ümumkomiks fanatlarının əsas diqqətini yönəltdiyi obraz təbii ki, Latveria-nın (Latveriya) qüdrətli və əzəmətli hökmdarı olan Doctor Doom-dur (Doktor Dum). Russo Qardaşlarının qarşıdan gələn yeni Avengers (Qisasçılar) filmlərinin sükanı arxasında əyləşməsi, Robert Downey Jr-un kinokainata qayıtması və ən əsası Dr. Doom-un debütü böyük maraqla gözlənilir. Buna görə də Marvel Comics-in ən əfsanəvi obrazlarından biri olan Doctor Doom-un bütün kainatlarda yer alan variantları ilə sizləri yenidən tanış edəcəyik. Marvel Azərbaycan/Comicverse Azerbaijan olaraq bu bizim üçün ən böyük missiyalardan biridir.
Doom 2099 (Dum 2099) obrazı adından da göründüyü kimi Marvel Kainatının gələcək zaman dilimində yer alan Doctor Doom-un gələcək versiyasını təqdim edir. Orijinal Dr. Doom-dan fərqli olaraq bu versiya daha futuristik texnologiya və cyberpunk üslubunda görünür. Doom 2099 ilk dəfə 1992-ci ildə dərc edilmiş "Marvel Comics Presents" (Marvel Komiks Təqdim Edir) komiksinin #118-ci sayısında debüt etmişdir. Personajın yaradıcıları isə John Francis Moore və Pat Broderick-dir. Doom 2099 - Latveria monarxı olmaqla yanaşı eyni zamanda Amerika Birləşmiş Ştatlarının prezidenti də olmuşdur. O illər ərzində Zefiro Clan (Zefiro Klanı) və Shadows (Kölgələr) kimi komandalarda yer almış və S.H.I.E.L.D. (QALXAN) orqanizasiyasının direktoru vəzifəsində çalışmışdır. Doom 2099 eyni zamanda Multikainat səviyyəsində, Kang the Conqueror (Fateh Kanq) tərəfindən bir araya gətirilmiş Chronos Corps (Zaman Korpusu) qruplaşmasının da əsas üzvlərindən biridir. Doom 2099 həmçinin All Father Doom (Hər Şeyin Atası Dum) olaraq da bilinir.
Deməli, 2099-cu ildə cərəyan edən hadisələr Earth 928 nömrəli reallığı bizlərə təsvir edir. Victor Von Doom yaddaşını itirmiş şəkildə ağrılı yuxulardan oyanaraq Latveria-ya qayıtdığı zaman burada hakimiyyətin kiborq düşmən Tyler Wylde-da olduğunu görür. Wylde Doom-a izah edir ki, o 2099-cu ildədir və Doom-un yoxluğundan sonra Latveria lidersiz qalıb. Yalnız Wylde-nin müdaxiləsi onu korporasiyaların ilhaqından qoruyub. Lakin Doom ona qəzəblənir və Wylde-dən onun taxtını tərk etməsini tələb edir. Wylde onun tələblərinə məhəl qoymayanda döyüş baş verir, amma nəticədə Wylde-nin inkişaf etmiş texnologiyası Doom-a üstün gəlir. Doom məğlub olur və Wylde maskasını çıxararaq ona üzünü göstərir. Burada isə biz Doom-un yaralı olan üzünün əvəzinə gənc bir oğlanın qüsursuz üzünü görürük, bu həm də psixoloji müharibənin bir növü kimi təqdim edilir. Sonrasında isə Wylde, Tarot kartları və ya oxşar vasitələrlə taleyi oxumaq qabiliyyətinə malik olan Fortune (Uğur, Taleyin Oxucusu) sayəsində Doom-u öz dədə-baba yurdu olan Latveria torpaqlarından çıxararaq kənara atmağı bacarır.
Daha sonra tərəf dəyişdirən Fortune, Doom-u diktator Wylde-i devirmək üçün yeganə şansı kimi görür və beləliklə onu öz Romani klanı olan Zefiro-ya, yəni Doom-un öz nəslinin bölgəsinə aparır. Orada Doom yeni müttəfiqlər tapır və onlar birlikdə Isla Lobos de Afuera (Peru sahillərində, Şərqi Sakit Okeanda yerləşən kiçik, qayalı bir arxipelaq) adasındakı Piksel Korporasiyasının (Pixel Corporation) qərargahına uçur. Onlar Celia Quinones adlı bir həkim tapır və onu, Doom-u nanotexnologiya ilə təkmilləşdirməyə, motor reaksiyalarını və neyron qabiliyyətlərini artırmağa razı salırlar. Bütün bunlar Doom-un öz zirehinə quraşdırdığı Pixel texnologiyası ilə birləşdirildikdə, Victor artıq özünə Doctor Doom yox sadəcə Doom adını götürür. Beləliklə də DOOM 2099 əfsanəsi başlayır...
Nanotexnologiya ilə inanılmaz səviyyədə güclənən Doom 2099-un ilk işi öz haqq-halalı olan Latveria-nı geri qaytarmaq olur. Doom əvvəlcə Wylde-a göndərilən Tritonium göndərisini oğurlayaraq Latveria ilə Pixel Korporasiyası arasında gərginliyi artırır. Daha sonra Latveria əhalisinə yemək paylayaraq onların sədaqətini qazandır. Wylde onun ardınca gəldikdə, Doom onu Tritonium Bombası ilə tək döyüşməyə məcbur edir. Döyüş bərabərliklə bitəndə Doom Tritonium-u partladr, dağları rəqibinin üzərinə gətirərək üstünlük qazanır və sonda isə zirehindəki faza keçirmə texnologiyası ilə özünü xilas edir. Beləliklə, Latveria yenidən Doom-un nəzarətinə keçir.
Doom-un növbəti düşməni Pixel Corporation və korporasiyasının başçısı olan Eduardo Devargas idi. Devargas, Doom-un güc qazanmasından və Tritoniumun oğurlanmasından narahat olaraq, Fever (Hərarət) adlı Cyberspace (Kiber Məkan/Rəqəmsal Aləm) varlığı Doom-a qarşı göndərərək, onun kompüterlərini və zireh sistemlərini virusa yoluxdurur. Doom bu dəfə Tyler-dən daha çətin olan rəqəmsal düşmənə qarşı mübarizə aparmaq məcburiyyətində qalır. Doom 2099, Cyberspace-ə daxil olur və burada Fever ilə qarşılaşır. Fever Doom-a hücum edərək onu bir oyun simulyasiyasına salır, Doom simulyasiyada 20-ci əsrin Fantastic Four-unun (Fantastik Dördlük) tarixi ilə uyğun olmayan fərqli bir versiyası ilə döyüşür. Sonra, Paloma adlı tərk edilmiş proqramın məlumat toplama qabiliyyətini ələ keçirən Doom, Cyberspace-də kifayət qədər güc toplayır və Fever ilə birbaşa qarşılaşaraq onu məhv edir. Sonrakı illərdə Doom 2099 bir çox rəqiblə qarşılaşır və ən əsası isə Kang tərəfindən qurulmuş Zaman Korpusunun əsas üzvlərindən birinə çevrilir. Xatırladım ki, Multikainat çapında olan bu komanda da müxtəlif kainatlardan toplanmış personajlar mövcuddur: Iron Man 2020 (Dəmir Adam 2020), Venom (May Parker), Stryfe, Abomination (İyrənclik), Thor Odinson (Tor Odinoğlu), Psylocke (Psaylok/Psixi Kilid), Ahab və s. Onların əsas rəqibi isə Apocalypse Twins (Məhşər Əkizləri) olaraq bilinən Uriel və Eimin-dir. Onlar Kang the Conqueror tərəfindən gələcəkdə böyüdülmüşdülər. Məqsədləri Mutant irqini qorumaq və insanlardan üstün yeni dünya qurmaq idi.
👊 Gücləri və bacarıqları:
• Superinsan qüvvəsi
• Superinsan staminası
• Superinsan refleksləri
• Görünməzlik
• Uçuş
• Levitasiya
• Nanoaktiv qan
• Magiya/Sehr/Cadu
• Mistik obyektlər
• Mistik Varlıqları çağırma
• Zehin kontrolu
• Telepatiya
• Enerji proyeksiyası
• Eldritch enerji şüaları
• Zamanda səyahət
• Teleportasiya
• Regenerasiya
• Nanotexnologiya
• Kiberpatiya
• Qoruyucu qalxanlar
• Güc sahəsi
• Cisimlərin içindən keçmək/maddəsizlik
• Fizika üzrə mütəxəssis
• Genetika üzrə mütəxəssis
• Biokimya üzrə mütəxəssis
• Robotexnika üzrə mütəxəssis
• Kibernetika üzrə mütəxəssis
• Silah texnologiyaları və silah sistemləri
• Saysız-hesabsız texnoloji avadanlıqlar
• Adamantium qarışığı kiber-mexaniki zireh
• Geniş sensor və skaner sistemləri
• Sarsılmaz və dəyişməz iradə
• Liderlik keyfiyyətləri
• Mükəmməl xarizma
• Dahi səviyyədə intellekt
• Dahiyanə strateq və planlayıcı
• Hiyləgərlik keyfiyyətləri
• Usta manipulyator
• Doombots (Dum Robotları)
✅️ Hazırladı: Cosmicullah
Not: Bir sözlə desək, Doom 2099 həm elm, həm texnologiya, həm də mistik güc sahəsində birləşmiş, futuristik və ölümcül personajdır.