Qala Qəsəbə Klubu

Qala Qəsəbə Klubu BŞMBİ

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Qala qəsəbə klubunda fəaliyyət göstərən “Rəqs” kursunun  rəhbəri V...
27/04/2026

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Qala qəsəbə klubunda fəaliyyət göstərən “Rəqs” kursunun rəhbəri Vüsalə Cabarovanın təşkilatçılığı ilə “Şəhərsalma və Memarlıq İli” çərçivəsində xüsusi rəqs müsabiqəsi keçirilib.

Müsabiqədə Qala qəsəbə klubunda və Binə qəsəbə Mədəniyyət Mərkəzində təhsil alan kurs iştirakçıları öz bacarıqlarını nümayiş etdirib, milli və dünya rəqsləri ilə çıxış ediblər.

Yarışmanın qiymətləndirilməsi səsvermə yolu ilə aparılıb və iştirakçıların çıxışları obyektiv şəkildə dəyərləndirilib.

Nəticələrə əsasən: 🥇 I yerə – Aslanova Mədinə Ağa-Baba qızı
🥈 II yerə – Musayeva Leyla Şahin qızı
🥉 III yerə – Quliyeva Zəhra Tural qızı layiq görülüb.

Qaliblərə sertifikatlar və hədiyyələr təqdim edilib.

Azərbaycan Respublikasında mədəni siyasətin uzunmüddətli inkişaf trayektoriyasını müəyyən edən “Azərbaycan Mədəniyyəti –...
06/04/2026

Azərbaycan Respublikasında mədəni siyasətin uzunmüddətli inkişaf trayektoriyasını müəyyən edən “Azərbaycan Mədəniyyəti – 2040” Konsepsiyası ölkəmizin ideoloji, sosial və intellektual gələcəyinə yönəlmiş mühüm strateji sənəddir. Prezident İlham Əliyevin 14 yanvar 2026-cı il tarixli sərəncamı ilə təsdiq olunmuş bu Konsepsiya mədəniyyət anlayışını yalnız incəsənət və irs çərçivəsində deyil, daha geniş – cəmiyyətin davranış modeli, düşüncə sistemi və bilgi mədəniyyəti kimi çoxşaxəli bir strukturda təqdim edir.

“Qafqazinfo” xəbər verir ki, bu sənədin əhəmiyyəti ondadır ki, o, mədəniyyəti passiv qorunan miras kimi deyil, aktiv şəkildə formalaşdırılan və idarə olunan milli resurs kimi müəyyənləşdirir. Konsepsiya Azərbaycan cəmiyyətinin qlobal dəyişikliklər fonunda öz kimliyini qorumaqla yanaşı, müasir dünyaya inteqrasiya imkanlarını da genişləndirməyi hədəfləyir. Burada əsas məqsəd milli-mənəvi dəyərlərlə müasir elmi, texnoloji və sosial yanaşmalar arasında balans yaratmaqdır.

Konsepsiyada xüsusi vurğulanan istiqamətlərdən biri davranış və bilgi mədəniyyətidir. Sənədin icrasının birinci mərhələsində məhz bu sahələri əhatə edən ayrıca dövlət proqramının qəbul olunmasının nəzərdə tutulması təsadüfi deyil. Bu, dövlətin mədəni inkişafı yalnız struktur və infrastruktur səviyyəsində deyil, insan faktorunun keyfiyyət dəyişimi üzərindən qurmaq istədiyini göstərir. Diqqət etdikdə görürük ki, davranış mədəniyyəti fərdin milli-mənəvi dəyərlərə əsaslanaraq digər insanlarla, sosial qruplarla və ümumilikdə cəmiyyətlə qurduğu münasibətlərin məcmusudur. Bu anlayış təkcə etik normalarla məhdudlaşmır, o, ünsiyyət bacarıqlarını, qərarvermə prosesini, fikir ayrılığına münasibəti, etimad qurma qabiliyyətini və hətta zaman anlayışını da əhatə edir. Konsepsiyada bu sahə üzrə irəli sürülən tədbirlər, xüsusilə çoxmeyarlı davranış modelinin hazırlanması Azərbaycan cəmiyyətinin həm daxili, həm də beynəlxalq kommunikasiya qabiliyyətini gücləndirməyə yönəlib.

Konsepsiyanın ən diqqətçəkən və innovativ tərəfi isə “bilgi mədəniyyəti” anlayışının irəli sürülməsidir. Bu termin Azərbaycan mədəni diskursu üçün yeni olmaqla yanaşı, əslində qlobal çağırışlara verilən strateji cavabdır. Bilgi mədəniyyəti – elmin, təhsilin və maarifləndirmənin milli dəyərlər üzərində qurulması ilə yanaşı, fərdlərin və cəmiyyətin gündəlik həyatında informasiyadan düzgün, məqsədyönlü və etik istifadəni təmin edən yanaşmalar sistemidir. Bu, sadəcə bilik əldə etmək deyil, biliklə davranmaq, onu dəyərləndirmək və tətbiq etmək mədəniyyətidir.

Müasir dövrdə informasiya bolluğu şəraitində əsas problem bilginin çatışmazlığı deyil, onun keyfiyyətli seçimi, təhlili və istifadəsidir. Bu baxımdan bilgi mədəniyyəti dezinformasiyaya qarşı immunitet yaradır, tənqidi və analitik düşüncəni inkişaf etdirir, qərarvermə proseslərini daha da rasionallaşdırır, cəmiyyətin intellektual səviyyəsini yüksəldir. Konsepsiyada bu sahənin funksionallığının artırılması üçün qurumlararası koordinasiyanın vacibliyi xüsusi qeyd olunur. Bu isə onu göstərir ki, bilgi mədəniyyəti bütün dövlət və ictimai institutların ortaq fəaliyyət sahəsi kimi nəzərdə tutulur. Bilgi mədəniyyətinin yeni anlayış kimi tətbiqi müəyyən riskləri də ehtiva edir. Sənəddə qeyd olunduğu kimi, bu sahədə mütəxəssislərin və araşdırmaların məhdudluğu əsas problemlərdən biridir. Bu baxımdan xarici təcrübənin cəlb olunması və elmi tədqiqatların genişləndirilməsi zəruri sayılır. Lakin bu çətinliklər eyni zamanda yeni imkanlar yaradır.

Azərbaycan özünəməxsus bilgi mədəniyyəti modelini formalaşdırmaqla regionda və daha geniş coğrafiyada intellektual mərkəzə çevrilə bilər. Ona görə də “Azərbaycan Mədəniyyəti – 2040” Konsepsiyası mahiyyət etibarilə mədəniyyətin yenidən tərifi və strukturlaşdırılması prosesidir. Bu sənəd göstərir ki, müasir dövrdə mədəniyyət yalnız keçmişin qorunması deyil, gələcəyin qurulmasıdır.

Davranış mədəniyyəti cəmiyyətin sosial harmoniyasını təmin edirsə, bilgi mədəniyyəti onun intellektual gücünü formalaşdırır. Xüsusilə bilgi mədəniyyətinin yeni istiqamət kimi önə çəkilməsi Azərbaycanın mədəniyyət siyasətində keyfiyyətcə yeni mərhələnin başlandığını göstərir.

Bütün bunlar da göstərir ki, Azərbaycan gələcəyə yalnız mədəni irsi ilə deyil, həm də müasir düşüncə modeli və bilgi istehsalı ilə gedir.

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan  Qala qəsəbə klubu və Binə qəsəbə Mədəniyyət Mərkəzində fəaliyyət ...
23/03/2026

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Qala qəsəbə klubu və Binə qəsəbə Mədəniyyət Mərkəzində fəaliyyət göstərən “Vüsaləm” rəqs qrupu, qrupun rəhbəri Vüsalə Cabarovanın rəhbərliyi ilə Kanal S televiziyasının “Uşaq saatı” verlişində Novruz bayramına həsr olunmuş bayram şənliyində “Gənclik” adlı rəqs nömrəsi ilə çıxış ediblər.
Qeyd edək ki, bu rəqsdə qrupun rəhbəri də şagirdləri ilə birlikdə səhnəyə çıxaraq ifaya xüsusi rəng qatıb. Onların nümayiş etdirdikləri yüksək peşəkarlıq, milli ruh və enerjili ifaları tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılanıb
Uğurlu çıxışlarına görə tədbirin sonunda kollektivə təşəkkürnamələr təqdim olunub.

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Qala qəsəbə klubunun “Vüsaləm” rəqs qrupunun şagirdləri “Səməni” a...
19/03/2026

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Qala qəsəbə klubunun “Vüsaləm” rəqs qrupunun şagirdləri “Səməni” adlı rəqslə Qala Dövlət Tarix-Etnoqrafiya Qoruğunda Novruz bayramı ilə əlaqədar təşkil olunan konsert proqramında çıxış ediblər.
Onların ifası tamaşaçılar tərəfindən böyük maraq və alqışlarla qarşılanıb.
Daha sonra qrupun şagirdləri qoruğun ərazisində yerləşən məkanlardan birində milli mətbəximizə aid şirniyyatların hazırlanma qaydası haqqında Baku TV kanalına müsahibə verərək maraqlı məlumatlar təqdim ediblər.

26/02/2026

“26 fevral – Xocalı faciəsi.
1992-ci ildə yüzlərlə günahsız insan həyatını itirdi.
Xocalı qurbanlarını dərin hörmət və ehtiramla anırıq.
Tarixi unutmayaq, gələcək nəsillərə çatdıraq. 🕯
Unutmadıq. Unutmayacağıq."

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Qala qəsəbə klubunda Gənclər Günü ilə əlaqədar açıq dərs keçirilib...
03/02/2026

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Qala qəsəbə klubunda Gənclər Günü ilə əlaqədar açıq dərs keçirilib. Açıq dərsdə klubun nəzdində fəaliyyət göstərən "Rəqs" kursunun şagirdləri iştirak ediblər.

Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən Mərdəkan Mədəniyyət Sarayı 1961-ci ildə istifadəyə verilib. 2007-ci ildə  He...
12/01/2026

Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən Mərdəkan Mədəniyyət Sarayı 1961-ci ildə istifadəyə verilib. 2007-ci ildə Heydər Əliyev Fondu tərəfindən əsaslı olaraq təmir edilib. Mərdəkan Mədəniyyət Sarayının əzəmətli binasının özünəməxsus tərtibatı və üslubu burada müxtəlif film, reklam çarxlarının və verilişlərin çəkilməsinədə imkan yaradır. Çəkilişlərlə bağlı müraciət eləmək üçün bu nömrələrlə əlaqə saxlamaq olar: (012 )454 74 82 ; (012) 454- 33-25

Qeyd edək ki, ümumi sahəsi 2208 kv.m olan sarayda 374 nəfərlik böyük zal, 150 nəfərlik kiçik zal, böyük foye,mühazirə və rəqs zalları vardır.

Mərdəkan Mədəniyyət Sarayı — yalnızca bir mədəniyyət mərkəzi deyil, həm də yerli əhalinin mədəni həyatının mühüm tərkib hissəsidir. Sarayda mütəmadi olaraq bayram və əlamətdar günlər qeyd olunur, bundan əlavə incəsənət xadimləri ilə görüşlər, rəsm sərgiləri, konsert proqramları və teatr tamaşaları təşkil olunur. Həmçinin Mərdəkan Mədəniyyət Sarayında uşaqların və böyüklərin asudə vaxtının səmərəli keçirilməsi məqsədilə müxtəlif sənət növlərini əhatə edən kurslar və dərnəklər fəaliyyət göstərir.

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan  Qala qəsəbə klubunda   “İlk tibbi yardım” kursunun şagirdləri ara...
25/11/2025

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Qala qəsəbə klubunda “İlk tibbi yardım” kursunun şagirdləri arasında “Ağıl dəryası” adlı keçirilən bilik yarışmasının qalibləri müəyyənləşdirilib:
I yer – Əndəlifova Həlimə Qurban qızı
II yer – Əndəlifli Nərmin Bayram qızı
Qaliblər Fərqlənmə və hədiyyələr ilə təltif ediliblər.

Qala qəsəbə klubunda “Konstitusiya və Suverenlik İli” çərçivəsində bilik yarışı keçirilibNoyabrın 22-də Bakı Şəhər Mədən...
22/11/2025

Qala qəsəbə klubunda “Konstitusiya və Suverenlik İli” çərçivəsində bilik yarışı keçirilib

Noyabrın 22-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Qala qəsəbə klubunda 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi münasibətilə klubun nəzdində fəaliyyət göstərən “İlk tibbi yardım” kursunun şagirdləri arasında “Ağıl dəryası” adlı bilik yarışı təşkil edilib.
Test üsulu ilə təşkil olunan yarış prosesinin şəffaf və obyektiv şəkildə keçirilməsi məqsədilə kurs rəhbəri imtahan gedişinə nəzarət edib.

Yarışın qalibləri növbəti dərs zamanı mükafatlandırılacaq.

Prezident İlham Əliyevin 2023-cü il 31 iyul tarixində imzaladığı “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazi...
20/10/2025

Prezident İlham Əliyevin 2023-cü il 31 iyul tarixində imzaladığı “Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günlərinin təsis edilməsi haqqında” Sərəncamla oktyabrın 20-si Zəngilan şəhəri günü elan edilib.

06.08.2025-ci  il tarixində saat 14:00-da Qala qəsəbə klubunda otaqların birində dəyirmi masa ətrafında Narkomaniyaya qa...
06/08/2025

06.08.2025-ci il tarixində saat 14:00-da Qala qəsəbə klubunda otaqların birində dəyirmi masa ətrafında Narkomaniyaya qarşı mübarizəyə həsr olunmuş "Narkomaniya uçurumdur." adlı tədbir keçirilmişdir. Tədbirdə klubun işçiləri və 185 və 92 saylı orta məktəbin şagirdləri iştirak etmişdilər.

Tədbirin aparıcısı narkomaniyanın tarixindən, narkobizneslə məşğul olan ölüm satıcılarından, onlara qarşı necə mübarizə aparılmasından, narkotikin insanlara verdiyi mənfi təsirdən və s. barədə ətraflı şəkildə danışdı. Tədbirdə maarifləndirici plakatlardan da istifadə olunmuşdur.

Address

Xəzər Rayonu, Qala Qəsəbəsi, Sülh Küçəsi 6
Baku
AZ1046

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00
Saturday 09:00 - 18:00
Sunday 09:00 - 18:00

Website

Alerts

Be the first to know and let us send you an email when Qala Qəsəbə Klubu posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share