23/12/2024
Hörmətli Cənab Prezident!
Sizi doğum gününüz münasibəti ilə ürəkdən təbrik edirik. Sizə uzun ömür, sağlamlıq və dövlətimizə qarşı olan, sonsuz xidmətlərinizdə yeni uğurlar arzulayırıq!
Sizin rəhbərliyiniz altında Azərbaycan böyük inkişaf yolunu keçib. Güclü və müstəqil dövlətə çevrilmişdir. Azərbaycan xalqı sizin liderliyinizlə qürur duyur. Və sizin strateji yanaşmalarınız sayəsində ölkəmiz beynəlxalq aləmdə öz mövqeyini möhkəmləndirmişdir.
Bu əlamətdar gündə, xalqımızın rifahı üçün gördüyünüz yorulmaz işlərə görə təşəkkür edirik. Sizin yorulmaz əzminiz və rəhbərliyiniz sayəsində, Azərbaycanın gələcəyi parlaq və ümidverici olacaq!