Zamiq Səfai şe'rləri.

Zamiq Səfai şe'rləri. Şair,qəzəlxan.

25/02/2026

Gözəl Əhli Beyt Məddahı Kərbəlayi Oktay Abbaszadənin təqdimatında On4 tv nin efirində Misra verilişindən
23.02.2026
Ramazan 5

Ramazan ayı İftar süfrəsindən xatirə 2026
25/02/2026

Ramazan ayı İftar süfrəsindən xatirə 2026

10/10/2025

Misra Verlişində Kərbəlayi Vüqar Abbaszadənin (qardaşımın) Qonağı olduq.

Yaşa Türküm!
30/05/2023

Yaşa Türküm!

Сənab Rəcəb Tayyib Ərdoğanı və əziz bacım Əminə xanımı qələbə münasibətilə səmimi-qəlbdən təbrik edirəm! Qoy xalqlarımızın qardaşlığı əbədi və sarsılmaz olsun! Bütün Türkiyə xalqına möhkəm cansağlığı, xoşbəxtlik və sülh arzu edirəm. Uca Allah Azərbaycanı və Türkiyəni qorusun!

Искренне поздравляю c победой господина Реджепа Тайипа Эрдогана и дорогую сестру Эмине ханум! Пусть братство наших народов будет вечным и нерушимым! Желаю всему народу Турции крепкого здоровья, счастья и мира! Пусть Великий Аллах бережет Азербайджан и Турцию!

26/05/2023

İnsanlar içində insan gəzirəm

04/05/2023

Yaşa doluram

23/09/2022

Uydu xəlqim, uzun illərdi yalan söhbətüvə,
Xeyli saldın dala, aldandı bəşər də'vətüvə,
Mərhəba, səndə olan məkrə, çürük xislətüvə,
Yaraşır, gör necə nöqsan dolu şəxsiyyətüvə,
Tüf sənin şöhrətüvə, şənüvə, heysiyyətüvə!

Haqqı batildən ayırd eyləməyin yoxdursa,
Miskinə, zalimə nisbət köməyin yoxdursa,
Düzə düz, əyriyə əyri, deməyin yoxdursa,
Filməsəl ərz edəlim gəl bunu da, diqqətüvə,
Tüf sənin şöhrətüvə, şənüvə heysiyyətüvə!

Haqqa rəğbət bəşərin olmalı zatında gərək,
Ruhu pərvaz edə haqqın uca qatında gərək,
Kamil insan ola bir ömr, səbatında, gərək,
Səndə yoxdursa sığınmırsa bəşər qeyrətüvə,
Tüf sənin şöhrətüvə, şənüvə, heysiyyətüvə!

Dövr mərcanələri xeyli müasirdi bu gün,
Haqq yox, batil olanlar mütəvatirdi bu gün,
Bir dövürdür ki, həqiqətlər əsatirdi bu gün,
Vaiz, uydurmaların od qoyar aqibətüvə,
Tüf sənün söhbətüvə, şənüvə, heysiyyətüvə!
Tüf sənün söhbətüvə, şənüvə, heysiyyətüvə!

Zamiq Səfai. Bakı sent, 2022.

03/02/2022

Məsnəvi.
Mahi-Rəcəb,gəldin əcəb zövq ilə,
Ümmət üzün tutdu sənə şövq ilə.
Sən Ramazan şəhrinə bir babsən,
Bəlkə budur kim, bu qədər nabsən.
Hörmətini saxlayanın əcri var,
Xəlvət ibadətlərinin fəcri var.
Cənnəti mümkünsə qazanmaq bu gün,
Səndə rəvadırmı yubanmaq bu gün?
Şəni uca,ismi mübarək Rəcəb,
Xəstə - könüllər daha kövrək,Rəcəb.
Söylə Rəcəb kimlər olub yar sənə,
Kimlər olub bunca ümidvar sənə?
Rəhməti sonsuzdu Xudanın bu ay,
Əcrin alar hər kəs ədanın bu ay.
Ey ki, şərafətdir adın ümmətə,
Ümməti-həq sənlə yetib şöhrətə.
Səndə imam Baqirimin ətri,
Ömrümüzün səndə mühüm sətri var.
Səndə əlamətləri var rəhmətin,
Düşmüş İmam Hadiyə də qismətin.
Ümmət əgər var yeri eylərsə yad,
Bir səlavat şə'ni Muhəmməd Cəvad.
Səndə qərar verdi Xuda Heydəri,
Gəldi cahan mülkünə Həq-Sərvəri.
Xeyli mübarək günü var xilqətin,
İlbəil artır çoxalır izzətin.
Yoxsa Səfaində bu günlər səvab,
Qoyma qiyamətdə ola dilkəbab.
Zamiqi-rüsvanı da sal yadına,
Həşrdə şahid kimi yet dadına.
Lütf elə nöqsan dolu dövranına,
Həmd ola rəğbətlidir ünvanına.

Bakı. 03.02.2022.

"Mənəvi Ziyafət" verilişindən xatirə
28/04/2021

"Mənəvi Ziyafət" verilişindən xatirə

Address

Baku

Telephone

+994502122361

Website

Alerts

Be the first to know and let us send you an email when Zamiq Səfai şe'rləri. posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category