Yazıçı qəzeti

Yazıçı qəzeti "Yazıçı" qəzetinin rəsmi səhifəsi

21/06/2026
30/04/2026

Ramiz Rövşən - "ALLAH"

Gecə birin yarısıdı,
Nə dünəndi, nə sabah.
Iki günün arasında
Canım sıxılır, Allah.

Ulduzlardan yuxarısan,
Qorxuram yıxılasan.
Sən də bir az yuxulusan,
Mən də yuxulu, Allah.

Düşüb ev-ev, küçə-küçə,
Dünyanı gəzir əcəl.
Bütün ölənlər bu gecə
Səndən çıxılır, Allah.

Doğulan sənə vurulur,
Sən verən dinə vurulur,
Bir olan minə vurulur,
Bəndən çoxalır, Allah.
.. Nə qədər ki, göy üzü var,
Göydə hamının gözü var,
Sən də bax, bəlkə nəsə var,
Səndən yuxarı, Allah?!

30/04/2026

Saat neçədir, qumru...

Saat neçədir, qumru,
Sən qonduğun budaqda?
Vaxt iz qoya bilməyir
Bu bağda, bu otaqda...

Yorğunluq tezmi çıxır,
Qumru, candan budaqda?
Bir qulaq as, tar çalır
Yenə kimsə uzaqda...

Eşitdinmi, gördünmü,
Kəsilməyib tar səsi,
Quşların uçan yerdə
Kəsilirmi nəfəsi?

Qumru, bu gün başımdan
Kimsə ağlımı alıb,
Sən qonduğun budaqda
Bayaqdan gözüm qalıb...

Vaqif Səmədoğlu
1985

Address

Bakı. Mətbuat Prospekti. Azərbaycan Nəşriyyatı. 6-cı Mərtəbə
Baku

Website

Alerts

Be the first to know and let us send you an email when Yazıçı qəzeti posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category