dilara_mexdiyeva

dilara_mexdiyeva Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from dilara_mexdiyeva, Art, Mirmahmud Kazımovski 67, Baku.

🤲 Allahım...Bizi hər zaman yaxşılıq edən, qəlb qırmayan, insanlara faydası toxunan bəndələrindən et. Qəlbimizə mərhəmət,...
20/08/2026

🤲 Allahım...

Bizi hər zaman yaxşılıq edən, qəlb qırmayan, insanlara faydası toxunan bəndələrindən et. Qəlbimizə mərhəmət, əllərimizə səxavət, dilimizə gözəl sözlər, əməllərimizə ixlas nəsib et.
Allahım, bizə elə gözəl iz qoymağı nəsib et ki, biz bu dünyadan köçdükdən sonra belə etdiyimiz yaxşılıqlar davam etsin. 🌿

Yaxşı insan olmağı heç zaman unutma. Çünki yaxşı insanın əkdiyi toxum qiyamətə qədər cücərər, onun kölgəsi isə nəsillərinə qədər çatar. Bir insanın etdiyi yaxşılıq bəzən özündən sonra gələn övladların, nəvələrin həyatına belə nur saçar.
Allahım, bizdən sonra gələnlərə gözəl ad, gözəl əxlaq və gözəl əməllər miras qoymağı nəsib et. Etdiyimiz hər xeyri qəbul et, gizli etdiyimiz yaxşılıqları bərəkətləndir və bizi yaxşılıq etməyə səbəb olan qullarından et.

Allahım, bizi dünyada xeyirli, axirətdə üzüağ olanlardan et.
Qəlbimizi təmiz, niyyətimizi xalis, əməllərimizi Sənin rizana uyğun et.
Bizə elə bir həyat nəsib et ki, gəlişimiz insanlara sevinc, gedişimiz isə gözəl bir iz buraxsın.
🤲 Amin, ya Rəbbəl-aləmin. 🌿

Peyğəmbər (sallAllahu aleyhi və səlləm) belə buyurub:«Kim qırx gün camaatla bir yerdə, ilk təkbirə yetişərək namaz qılar...
15/08/2026

Peyğəmbər (sallAllahu aleyhi və səlləm) belə buyurub:

«Kim qırx gün camaatla bir yerdə, ilk təkbirə yetişərək namaz qılarsa, ona iki bəraət qurtuluş yazılar:
“Cəhənnəmdən qurtuluş və münafiqlikdən qurtuluş”».

Şeyx Albani, Sahihul-Cəmi 6365.

🌸 Bismillahir-Rahmanir-Rahim 🌸🤲 Allahım, bu mübarək Cümə günündə qəlblərimizi imanla nurlandır, dualarımızı qəbul et, gü...
14/08/2026

🌸 Bismillahir-Rahmanir-Rahim 🌸
🤲 Allahım, bu mübarək Cümə günündə qəlblərimizi imanla nurlandır, dualarımızı qəbul et, günahlarımızı bağışla. Ailəmizə, sevdiklərimizə sağlamlıq, hüzur, bərəkət və gözəl ömür nəsib et. 🌿💐
Qəlbimizdən keçən xeyirli diləkləri Sən Öz mərhəmətinlə gerçəkləşdir. Bizi doğru yoldan ayırma, təqvamızı artır, qəlbimizi ixlasla gözəlləşdir və axirətimizi xeyirli et. 🤍🌷
Allahummə salli alə seyyidinə Muhammədin və alə ali seyyidinə Muhamməd. 🌹
🌺 Cüməniz mübarək olsun! Allah dualarınızı qəbul etsin. Amin! 🤲✨
Allahummə salli və səllim və barik alə seyyidinə Muhammədin və alə alihi və səhabihi əcməin. 🌸

10/08/2026
Abdullah İbn Abbas (radıyAllahu anhumə) rəvayət edir ki, bir gün minikdə Peyğəmbərin (sallAllahu aleyhi və səlləm) arxas...
30/07/2026

Abdullah İbn Abbas (radıyAllahu anhumə) rəvayət edir ki, bir gün minikdə Peyğəmbərin (sallAllahu aleyhi və səlləm) arxasında idim və o belə buyurdu:

«Ey oğul! Mən sənə bir neçə kəlimə öyrədəcəm. Allahı qoru ki, Allah da səni qorusun. Allahı qoru ki, Onu öz qarşında tapasan. Bir şey dilədikdə, Allahdan dilə. Kömək istədikdə, Allahdan kömək istə. Bil ki, əğər bütün insanlar sənə xeyir vermək üçün bir yerə toplansalar da, Allahın yazdığından artıq sənə heç bir xeyir verə bilməzlər.
Bunu da bil ki, əgər insanlar sənə zərər vermək üçün bir yerə toplansalar da, Allahın yazdığından artıq sənə zərər verə bilməzlər. Çünki qələmlər qaldırılmış, səhifələrin mürəkkəbi qurumuşdur.»

"Mən futbol azarkeşi deyiləm. Amma Lamine Yamalın inancını çəkinmədən ifadə etməsi bir daha göstərdi ki, İslam insanı ge...
20/07/2026

"Mən futbol azarkeşi deyiləm. Amma Lamine Yamalın inancını çəkinmədən ifadə etməsi bir daha göstərdi ki, İslam insanı geridə qoymur. Əksinə, iman insanı şəxsiyyətli, cəsarətli və öz dəyərlərinə sadiq olmağa təşviq edir. İnsan inancını qorxmadan yaşaya biləndə, bu, bir çox yanlış düşüncələri də sarsıdır."

İnsan bəzən bir davranışı ilə minlərlə sözün edə bilmədiyini edir. Dünyaya göstərir ki, İslam geridəqalmışlıq deyil, savadsızlıq deyil, qabiliyyətsizlik deyil. Əksinə, İslam insanı elmə, əxlaqa, zəhmətə, dürüstlüyə və kamilliyə çağıran ilahi bir yoldur.
Təəssüf ki, hələ də dini zahiri görüntülərlə ölçənlər var. Bir mömini görəndə "molladır" deyib lağ edirlər. Amma öz yaxınlarını itirəndə ilk axtardıqları yenə Quran oxuyan, dua edən, dini bilən insandır. Bu, düşündürücü deyilmi?
İnsanlar bu cür cahil düşüncələri tərk etməlidirlər. Çünki İslam bir neçə stereotipdən ibarət deyil. İslam əsrlərlə elmə rəhbərlik etmiş, alimlər yetişdirmiş, ədalət, mərhəmət və hikmət üzərində qurulmuş böyük bir din və böyük bir mədəniyyətdir. Riyaziyyatdan astronomiyaya, tibbdən fəlsəfəyə qədər bir çox sahədə müsəlman alimlərin qoyduğu irs bu gün də dünyanın elmi inkişafının əsas sütunlarından biri hesab olunur.

Şüurlu insan bu möhtəşəm kainata baxanda anlayır ki, bu nizam təsadüf ola bilməz. Hər yaradılmışın bir Yaradanı var. O Yaradan Allahdır. Onu tanımaq isə insanın həyatdakı ən böyük nemətidir.
İslamı küçədə din adı ilə insanları aldadan saxta şəxslərlə tanıma. İslamı Qurandan, Peyğəmbərin (sallallahu əleyhi və səlləm) səhih sünnəsindən, elm öyrənmiş, gözəl əxlaq sahibi olan, insanları Allaha sevgi ilə çağıran həqiqi alimlərdən öyrən.
Baş örtüsü də cahillik əlaməti deyil. Baş örtüsü Allahın əmrinə itaətin, həyanın, iffətin və gözəl əxlaqın rəmzidir. Əlbəttə, onu daşıyan hər kəs onu əxlaqı ilə gözəlləşdirməyə çalışmalıdır. Çünki hicab yalnız başda olan bir parça deyil, qəlbdə olan təqvanın və həyatda yaşanan əxlaqın da təzahürüdür.

İnsanları geyiminə görə deyil, əxlaqına, elminə, ədalətinə və davranışına görə dəyərləndirin. Çünki Allah qatında üstünlük nə var-dövlətlə, nə şöhrətlə, nə də xarici görünüşlədir. Üstünlük təqva, gözəl əxlaq və saleh əməllərlədir.

🌿 Cümə günü Kəhf surəsini oxumağın fəziləti🤲Bismilləhir-Rahmənir-Rahim📖 Peyğəmbərimiz ﷺ buyurmuşdur:"Kim Cümə günü Kəhf ...
09/07/2026

🌿 Cümə günü Kəhf surəsini oxumağın fəziləti🤲

Bismilləhir-Rahmənir-Rahim
📖 Peyğəmbərimiz ﷺ buyurmuşdur:
"Kim Cümə günü Kəhf surəsini oxuyarsa, iki Cümə arasını nurlandıracaq bir nur ona verilər."

Başqa bir hədisdə buyurulur:
"Kim Kəhf surəsinin ilk on ayəsini əzbərləyərsə (və ya son on ayəsini), Dəccalın fitnəsindən qorunar."

Cümə günü Kəhf surəsini oxumağın fəzilətləri
• Qəlbə və həyata nur bəxş edər.
• İki Cümə arasını mənəvi nurla işıqlandırar.
• Dəccalın fitnəsindən qorunmağa səbəb olar.
• Qurana bağlılığı və Allahı zikri artırar.
• Cümə gününün bərəkətindən pay almağa vəsilə olar.
🌸 Allah-Təala bizləri Qurani-Kərimi oxuyan, anlayan, onunla əməl edən və Cümə gününün bərəkətindən faydalanan qullarından etsin. Amin.

Məhərrəm bizə nə öyrədir?Məhərrəm təkcə qara geyinmək ayı deyil. Məhərrəm nəfsimizi sorğu-suala çəkdiyimiz, vicdanımızı ...
02/07/2026

Məhərrəm bizə nə öyrədir?

Məhərrəm təkcə qara geyinmək ayı deyil. Məhərrəm nəfsimizi sorğu-suala çəkdiyimiz, vicdanımızı oyatdığımız, haqq ilə batili ayırd etməyi öyrəndiyimiz bir məktəbdir.
Kərbəla bizə göstərdi ki, haqq yolunda insan bəzən tək qala bilər, amma Allahla olan heç vaxt tənha olmaz. Say çoxluğu deyil, iman gücü insanı ucaldır.

Bu ay gəlin özümüzdən soruşaq:
– Mən haqqın yanındayam, yoxsa susaraq haqsızlığa yol açıram? – Mən qəlbimi kin, həsəd və təkəbbürdən təmizləyə bilirəmmi? – Mənim əxlaqım, səbrim və mərhəmətim İmam Hüseynin (ə) bizə öyrətdiyi dəyərlərə nə qədər yaxındır?
Məhərrəm göz yaşı ilə yanaşı, dəyişmək ayıdır. Əgər Kərbəla qəlbimizi yaxşılığa doğru dəyişmirsə, tökdüyümüz göz yaşının bizə nə qazandırdığını yenidən düşünməliyik.
Allah bizə haqqı haqq olaraq tanıyıb ona tabe olmağı, batili batil olaraq tanıyıb ondan uzaq durmağı nəsib etsin.

Allahummə səlli əla Muhəmmədin və ali Muhəmməd. Amin🤲🕋🥀

Niyə hüzur tapmırıq?İnsan bu gün hər şeyə sahib olmaq istəyir: daha çox pul, daha böyük ev, daha yaxşı iş, daha çox şöhr...
18/06/2026

Niyə hüzur tapmırıq?

İnsan bu gün hər şeyə sahib olmaq istəyir: daha çox pul, daha böyük ev, daha yaxşı iş, daha çox şöhrət… Amma bütün bunlara sahib olsa belə, qəlbindəki boşluq dolmur.

Çünki qəlbin ehtiyacı dünya deyil.

Bəzən saatlarla telefonlara baxırıq, insanlarla danışırıq, gəzib əylənirik, amma yenə də içimizdə izah edə bilmədiyimiz bir sıxıntı qalır. Bunun səbəbi qəlbin Allahdan uzaq düşməsidir.

Qəlb yaradılış etibarilə Rəbbini tanımaq və Onu zikr etməklə rahatlıq tapar. Dünya nemətləri gözəldir, amma qəlbin dərmanı deyil.

Hüzur pulda olsaydı, ən varlı insanlar ən xoşbəxt insanlar olardı. Hüzur şöhrətdə olsaydı, tanınmış insanların heç bir dərdi olmazdı. Amma görürük ki, əsl rahatlıq başqa yerdədir.

Qəlbin hüzuru səhər Allahı zikr etməkdədir.
Qəlbin hüzuru Quranla ünsiyyətdədir.
Qəlbin hüzuru səmimi duadadır.
Qəlbin hüzuru kasıbın qəlbini sevindirməkdədir.
Qəlbin hüzuru Allahın razılığını axtarmaqdadır.

İnsan Rəbbinə yaxınlaşdıqca qəlbindəki ağırlıqlar yüngülləşər, narahatlıqlar azalır və ruhu sakitləşər.

🌿 Hüzur axtarırsansa, əvvəl qəlbinin istiqamətinə bax. Bəlkə də axtardığın şey sənin çox yaxınındadır: Allahı xatırlamaqda….
🫶☺️

Address

Mirmahmud Kazımovski 67
Baku
AZ1000

Website

Alerts

Be the first to know and let us send you an email when dilara_mexdiyeva posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category