hr.medeniyyet.merkezi

hr.medeniyyet.merkezi Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from hr.medeniyyet.merkezi, Cultural Center, Həmid Həmidov küç1, Adshikabul.

04.07.2025-ci il tarixində Hacıqabul rayon Mədəniyyət Mərkəzi,  rayon Mərkəzi kitabxanası, Uşaq şöbəsi və şəhər 2-4 sayl...
04/07/2025

04.07.2025-ci il tarixində Hacıqabul rayon Mədəniyyət Mərkəzi,  rayon Mərkəzi kitabxanası, Uşaq şöbəsi və şəhər 2-4 saylı kitabxana filiallarının birgə təşkilatçılığı ilə Tovuz döyüşlərinin 5-ci  ildönümü ilə əlaqədar olaraq  Şəhidlər Xiyabanı ziyarət edilib.

1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə Hacıqabul rayon MKS-nin Navahı kənd kitabxana filialı, Navahı ...
31/05/2025

1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə Hacıqabul rayon MKS-nin Navahı kənd kitabxana filialı, Navahı kənd Mədəniyyət evi və Navahı kənd tam orta məktəbinin birgə təşkilatçılığı ilə " Bir günəşin zərrəsiyik." adlı şənlik keçirilib.

“1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü” Hacıqabul rayonunda qeyd olundu30 may 2025-ci il tarixində Hacıqabul rayo...
31/05/2025

“1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü” Hacıqabul rayonunda qeyd olundu

30 may 2025-ci il tarixində Hacıqabul rayon İcra Hakimiyyəti, YAP Hacıqabul Rayon təşkilatı, Şirvan-Salyan Regional Mədəniyyət İdarəsi üzrə Hacıqabul rayon Mədəniyyət Mərkəzi və Şirvan-Salyan Regional təhsil idarəsinin Hacıqabul rayonu üzrə təhsil sektorunun birgə təşkilatçılığı ilə “1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi günü” nə həsr olunmuş “Hər birimiz bir çiçək" adlı bayram konserti keçirildi. Hacıqabul rayon İcra Hakimiyyəti başçısının müavini Xuraman Məmmədova, YAP Hacıqabul rayon təşkilatının sədri İsmayıl İbrahimov çıxış edərək tədris ili ərzində müxtəlif sahələrdə uğur və nailiyyət qazanmış şagirdlərə öz səmimi fikirlərini çatdıraraq körpə fidanlara aydın səma, parlaq gələcək arzuladılar.

Mədəniyyət mərkəzinin solistlərinin ifasında davam edən əyləncəli konsert proqramı uşaqlara bayram əhval-ruhiyyəsi bəxş edərək, onların gününə əlavə rəng qatdı.

Hacıqabul rayon MKS-nin Kürdçü kənd kitabxana filialı və Atbulaq kənd Mədəniyyət evinin təşkilatçılığı ilə Kürdçü kənd m...
31/05/2025

Hacıqabul rayon MKS-nin Kürdçü kənd kitabxana filialı və Atbulaq kənd Mədəniyyət evinin təşkilatçılığı ilə Kürdçü kənd məktəbində 28 May Müstəqillik Günü münasibətilə " Müstəqil Azərbaycan" adlı tədbir keçirilib.

26.05.2025 ci- il tarixində Hacıqabul rayon MKS-nin Navahı kənd kitabxana filialı, Navahı kənd Mədəniyyət evinin birgə t...
31/05/2025

26.05.2025 ci- il tarixində Hacıqabul rayon MKS-nin Navahı kənd kitabxana filialı, Navahı kənd Mədəniyyət evinin birgə təşkilatçılığı ilə Navahı kənd tam orta məktəbində 28 May Müstəqillik Günü ilə əlaqədar olaraq " Müstəqilliyimiz əbədi, sarsılmaz və dönməzdir!" adlı tədbir keçirilib. Tədbirdə Rəncbər kənd kitabxana filialı və Rəncbər kənd Mədəniyyət evinin işçiləri də iştirak ediblər.

27 may 2025-ci il tarixində “Konstitusiya və Suverenlik İli” çərçivəsində Hacıqabul rayon İcra Hakimiyyəti və Hacıqabul ...
27/05/2025

27 may 2025-ci il tarixində “Konstitusiya və Suverenlik İli” çərçivəsində Hacıqabul rayon İcra Hakimiyyəti və Hacıqabul rayon Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə 28 May - Müstəqillik Günü münasibətilə "Müstəqilliyin ilk nəfəsi" adlı tədbir keçirilib. Tədbir Azərbaycan Respublikasının Dövlət himni ilə açıq elan edilib. Sonra müasir və qüdrətli Azərbaycanın banisi, müstəqil ölkəmizin Konstitusiyasının müəllifi, Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı və suverenli uğrunda canlarını qurban vermiş qəhrəman şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Hacıqabul rayon İcra Hakimiyyəti başçısının müavini Xuraman Məmmədova, Yeni Azərbaycan Partiyası Hacıqabul rayon təşkilatının sədri İsmayıl İbrahimov çıxış edərək qeyd ediblər ki, Azərbaycan Xalq Cumhuriyyətinin siyasi və hüquqi varisi olan müasir Azərbaycan Respublikasının möhkəmləndirilməsi və inkişafı məhz türk dünyasının böyük oğlu Heydər Əliyevin gərgin zəhməti və fenomen bacarığının məhsuludur. Heydər Əliyevin əsasını qoyduğu güclü və qüdrətli dövlət konsepsiyası hazırda cənab prezident, müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən ən yüksək səviyyədə davam etdirilir.
Tədbirin bədii hissəsi rayon mədəniyyət mərkəzinin solistlərinin ifası ilə davam etdirildi.

08/05/2025
Hacıqabul rayonunda Ümummilli lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş tədbir keçirildi. 07...
08/05/2025

Hacıqabul rayonunda Ümummilli lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş tədbir keçirildi.

07 may 2025-ci il tarixində Hacıqabul şəhər Folklor klubunda Şirvan-Salyan Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Rayon Mədəniyyət Mərkəzinin və Hacıqabul şəhər Uşaq musiqi məktəbinin müəllim və şagird kollektivinin iştirakı ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısının İctimai, siyasi və humanitar məsələlər şöbəsinin müdiri Xuraman Məmmədova, İcra Hakimiyyətinin digər məsul işçiləri , YAP Hacıqabul rayon təşkilatının sədr müavini Hökmalı Mirzəyev, eləcə də rayonunun idarə və müəssisələrinin rəhbər şəxsləri və kollektivləri iştirak edirdi.

Tədbirdə  mədəniyyət işçilərinin və musiqi məktəbinin kollektivinin ifasında konsert proqramı təşkil edildi.

18 aprel   Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü münasibəti ilə Hacıqabul rayon mədəniyyət müəssisələrinin işçiləri ...
08/05/2025

18 aprel   Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü münasibəti ilə Hacıqabul rayon mədəniyyət müəssisələrinin işçiləri tərəfindən Qubalıbalaoğlan kəndində yerləşən PirHüseyn Xanəgahı tarix və memarlıq abidələrinə ekskursiyalar təşkil edilmişdi.

31 mart 2025-ci il tarixində Hacıqabul rayonunda “31 Mart - Azərbaycanlıların Soyqırımı Günü” nə həsr olunmuş anım məras...
08/05/2025

31 mart 2025-ci il tarixində Hacıqabul rayonunda “31 Mart - Azərbaycanlıların Soyqırımı Günü” nə həsr olunmuş anım mərasimi keçirilib. Keçirilən ümumrayon mərasimində mədəniyyət işçiləri də iştirak edib.

Allah şəhidlərimizə rəhmət eləsin.1 mart 2025-ci il tarixində Hacıqabul rayonunda “31 Mart - Azərbaycanlıların Soyqırımı Günü” nə həsr olunmuş anım mərasimi keçirilib. Keçirilən ümumrayon mərasimində mədəniyyət işçiləri də iştirak edib.

Allah şəhidlərimizə rəhmət eləsin.

Address

Həmid Həmidov Küç1
Adshikabul
2400

Website

Alerts

Be the first to know and let us send you an email when hr.medeniyyet.merkezi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Establishment

Send a message to hr.medeniyyet.merkezi:

Share